Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3832/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Quliyeva (Bıkova) Natalya Aleksandrovnaya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh Quliyeva (Bıkova) Natalya Aleksandrovnaya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 24.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Quliyeva (Bıkova) Natalya Aleksandrovnadan 18.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********36031 olan “Samsung Galaxy S10+” markalı telefon və “Samsung” markalı qulaqcıq üçün 456 manat ödənilməmiş hissə, 136 manat dəbbə, 11.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********74243 olan “Samsung Galaxy S20” markalı telefon üçün 3374,2 manat ödənilməmiş hissə, 693,8 manat dəbbə, 30.03.2020-ci il tarixli müqaviləyə əsasən, “Sony Playstation-4” üçün 1067,8 manat ödənilməmiş hissə, 221,2 manat dəbbə olmaqla ümumilikdə 5949 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə “xxxx” MMC arasında 18.05.2019-cu i tarixli, 00668107 saylı, 11.03.2020-ci il tarixli, 20168559 saylı və 30.03.2020-ci il tarixli, 20208568 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 5949 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi cəmi məbləğ 3081 manat təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 18.05.2019-cu i tarixli, 00668107 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********36031 olan “Samsung Galaxy S10+” markalı telefon və “Samsung” markalı qulaqcıq Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 11.03.2020-ci il tarixli, 20168559 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********74243 olan “Samsung Galaxy S20” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2020-ci il tarixli, 20208568 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən "Sony Playstation-4" Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 18.05.2019-cu i tarixli, 00668107 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2911 manat təşkil edir və aylıq 228 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 11.03.2020-ci il tarixli, 20168559 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 3796,2 manat təşkil edir və aylıq 210,9 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 30.03.2020-ci il tarixli, 20208568 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1271,8 manat təşkil edir və aylıq 67,6 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 13.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Quliyeva (Bıkova) Natalya Aleksandrovnanın 18.05.2019-cu i tarixli, 00668107 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 2911 manat olan əsas borcdan 456 manat ödənilməmiş hissə, 136 manat cərimə, cəmi 592 manat borcu, 11.03.2020-ci il tarixli, 20168559 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 3796,2 manat olan əsas borcdan 3374,2 manat ödənilməmiş hissə, 693,8 manat cərimə, cəmi 4068 manat borcu, 30.03.2020-ci il tarixli, 20208568 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 1271,8 manat olan əsas borcdan 1067,8 manat ödənilməmiş hissə, 221,2 manat cərimə, cəmi 1289 manat olmaqla, ümumilikdə isə 5949 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Quliyeva (Bıkova) Natalya Aleksandrovna malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdeh Quliyeva (Bıkova) Natalya Aleksandrovnadan iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 18.05.2019-cu i tarixli, 00668107 saylı müqavilə üzrə 20 manat, 11.03.2020-ci il tarixli, 20168559 saylı müqavilə üzrə 40 manat və 30.03.2020-ci il tarixli, 20208568 saylı müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 18.05.2019-cu i tarixli, 00668107 saylı müqavilə üzrə 456 manat əsas borc, 20 manat dəbbə borcu, 11.03.2020-ci il tarixli, 20168559 müqavilə üzrə 3374,2 manat əsas borc, 40 manat dəbbə borcu, 30.03.2020-ci il tarixli, 20208568 saylı müqavilə üzrə 1067,8 manat əsas borc, 40 manat dəbbə borcu olmaqla, ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Quliyeva (Bikova) Natalya Aleksandrovnadan 18.05.2019-cu il tarixli, 00668107 saylı müqavilə üzrə 456 manat əsas borc, 20 manat dəbbə borcu, 11.03.2020-ci il tarixli, 20168559 saylı müqavilə üzrə 3374,2 manat əsas borc, 40 manat dəbbə borcu, 30.03.2020-ci il tarixli, 20208568 saylı müqavilə üzrə 1067,8 manat əsas borc, 40 manat dəbbə borcu olmaqla, ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3832/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3832/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver