Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3837/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,67 kv.m yaşayış sahəsi 60,80 olan izolə olunmuş 2 otaqdan ibarət A03 saylı mənzilə dair İddiaçı MTK ilə X2 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli A-237/12 saylı, ünvan 2 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m yaşayış sahəsi 66,40 olan izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilə dair İddiaçı MTK ilə X2 arasında bağlanmış xx xxxxx 2019-cu il tariixli A-238/12 saylı, ünvan 1 ünvanda inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 156,50 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilə dair İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli B-260/16 saylı, ünvan 1 ünvanda inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,10 kv.m yaşayış sahəsi 60,80 olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzilə dair İddiaçı MTK ilə Cavabdeh3 arasında bağlanmış x xxxx 2019-cu il tarixli A-267/18 saylı, mənzillərə dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 14:20-a təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3837/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3837/2020
15.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver