Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-384/2021 04.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və üçüncü şəxs AR ƏMDK-in yanında Daşınmaz əmlakın Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X4 və üçüncü şəxs AR ƏMDK-in yanında Daşınmaz əmlakın Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən mənzildə İddiaçı və digər cavabdehlərin paylarının natura ilə bölünərək paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı idda tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən mənzildən X1 və digər cavabdehlərin paylarının natura yolu ilə bölünərək payların müəyyən olunmasını ünvan 3 ünvanında yerləşən mənzildən X1 6/10 payının natura yolu ilə bölünməsi ilə əvəz edilməsi, iddia ərizəsində qeyd olunan cavabdehlərdən X7 və X2 cavabdehliklərinə xitam verilməsi və ünvan 3 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.09.2021-ci il tarixli ekspertiza rəyində göstərilən birinci formada, yəni texniki pasportda 4 saylı keçid kimi qeyd olunmuş otağın 5 və 6 saylı otaqlara açılan qapıları bağlandıqda yan-yana yerləşən 2, 3 saylı yaşayış otaqlarının və 4 saylı otağın (keçid), ümumi sahəsi 54.9 kv.m təşkil etməklə, X1 6/10 payının natura yolu ilə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə etmiş, bildirişdir ki, cavabdehlərdən X7 və X3 cavabdehliklərinə xitam verilməsi və ünvan 3 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.09.2021-ci il tarixli ekspertiza rəyində göstərilən birinci formada, yəni texniki pasportda 4 saylı keçid kimi qeyd olunmuş otağın 5 və 6 saylı otaqlara açılan qapıları bağlandıqda yan-yana yerləşən 2, 3 saylı yaşayış otaqlarının və 4 saylı otağın (keçid) ümumi sahəsi 54.9 kv.m təşkil etməklə İddiaçı 6/10 payının natura yolu ilə bölünməsi barədə qərar qəbul edilməlidir. Belə ki, cavabdehlərdən X7 və X3 bizim tələbimizə görə heç bir hüquqi satusu yoxdur və onların həmin əmlakda payları yoxdur. Əlavə olaraq bildirmişdir ki, artıq yaranan kv.m görə iddiaçı kompensasiya ödəməyə hazırdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.09.2021-ci il tarixli ekspertiza rəyində göstərilən birinci formada, yəni texniki pasportda 4 saylı keçid kimi qeyd olunmuş otağın 5 və 6 saylı otaqlara açılan qapıları bağlandıqda yan-yana yerləşən 2, 3 saylı yaşayış otaqlarının və 4 saylı otağın (keçid) ümumi sahəsi 54.9 kv.m təşkil etməklə İddiaçı 6/10 payının natura yolu ilə bölünməsinə razı olduğunu, artıq nəzərdə tutulmuş kv.m görə kompensasiya tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.09.2021-ci il tarixli ekspertiza rəyində göstərilən birinci formada, yəni texniki pasportda 4 saylı keçid kimi qeyd olunmuş otağın 5 və 6 saylı otaqlara açılan qapıları bağlandıqda yan-yana yerləşən 2, 3 saylı yaşayış otaqlarının və 4 saylı otağın (keçid) ümumi sahəsi 54.9 kv.m təşkil etməklə İddiaçı 6/10 payının natura yolu ilə bölünməsinə razı olduğunu, artıq nəzərdə tutulmuş kv.m görə kompensasiya tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş üçüncü şəxs AR ƏMDK-in yanında Daşınmaz əmlakın Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İİ № 021333 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X9 19.04.2019-cu il tarixdə beyin infarktından vəfat etmişdir. İş materiallarında olan AR ƏMDK-in yanında Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ümumi sahəsi 87,70 kv m olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi, 57 saylı ev İddiaçı 6/10 hissədə, Cavabdeh1 1/0 hissədə, Cavabdeh2 1/10 hissədə xüsusi mülkiyyətindədir və X6 mülkiyyətində olan 2/10 hissə isə açıq saxlanılır. İş materiallarında olan 09.04.2021-ci il tarixli 10/3735 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi, 57 saylı mənzilin İddiaçı 6/10 payına uyğun təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Tədqiq olunan yaşayış evi faktiki olaraq tərəflər araasında bölünmüş vəziyyətdədir. İş materiallarında olan 23.09.2021-ci il tarixli 10/2262 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi, 57 saylı fərdi yaşayış evinin texniki pasportunda göstərilən 87,7 kv m sahəsi nəzərə alınaraq, 6/10 paydan qismən kənara çıxmaqla iddiaçının payının digər sahələrdən ayrılması iki variantda mümkündür. Birinci variantda texniki pasportda 4 saylı keçid kimi qeyd olunmuş otağın 5 və 6 saylı otaqlara açılan qapıları bağlandıqda yan-yana yerləşən 2, 3 saylı yaşayış otaqlarının və 4 saylı otağın (keçid) ümumi sahəsi 54.9 kv.m təşkil etməklə iddiaçının payına düşən 52,62 kv m sahədə 2,3 kv m çox olacaqdır. İkinci variantda texniki pasportda 4 saylı keçid kimi qeyd olunmuş otağın 3 saylı otağa açılan qapısı bağlandıqda, yan-yana yerləşən 4,5 və 6 saylı otaqlarınını ümumi sahəsi 50,8 kv m təşkil etməklə iddiaçının payına düşən 52,62 kv metr sahədən 1,6 kv metr az təşkil edəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 6 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.09.2021-ci il tarixli ekspertiza rəyində göstərilən birinci formada, yəni texniki pasportda 4 saylı keçid kimi qeyd olunmuş otağın 5 və 6 saylı otaqlara açılan qapıları bağlandıqda yan-yana yerləşən 2, 3 saylı yaşayış otaqlarının və 4 saylı otağın (keçid) ümumi sahəsi 54.9 kv.m təşkil etməklə X1 6/10 payı natura yolu ilə bölünməlidir. Belə ki, iş materiallarına əsasən iddiaçının Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsində yerləşən 57 saylı mənzilə 6/10 hissədə mülkiyyət hüququnun olması iş materialları ilə müəyyən edilmiş və ekspert rəyinə əsasən qeyd ediləm əmlakın naturada bölgüsü mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər isə əmlakın ekspert rəyində göstərilən birinci formada bölünməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil əmlakın bölgüsü zamanı iddiaçıya artıq düşəcək 2,3 kv metr sahəyə görə cavabehlərə kompensasiya ödənilməsinə razı olduqlarını bildirmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya tələblərinin olmadığını bildirmişlər. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış 200 (iki yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, 20 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 6 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.09.2021-ci il tarixli ekspertiza rəyində göstərilən birinci formada, yəni texniki pasportda 4 saylı keçid kimi qeyd olunmuş otağın 5 və 6 saylı otaqlara açılan qapıları bağlandıqda yan-yana yerləşən 2, 3 saylı yaşayış otaqlarının və 4 saylı otağın (keçid), ümumi sahəsi 54.9 kv.m təşkil etməklə, X1 6/10 payı natura yolu ilə bölünsün. İş üzrə aparılmış 200 (iki yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. 20 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-384/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-384/2021
04.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver