Məhkəmə qərarları › İş №2(004)-3846/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3846/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3846/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC - nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC - nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********51812 olan iPhone Xs Max markalı telefon üçün 2123 (iki min yüz iyirmi üç) manat ödənilməmiş hissə, 667 (altı yüz altmış yeddi) manat dəbbə; 19 aprel 2019-cu il tarixli müqavilə üzrə VENUS markalı çarpayı, termo, tumba, dolab, DOSHEK URETAN üçün 1820 (bir min səkkiz yüz iyirmi) manat ödənilməmiş hissə, 546 (beş yüz altı) manat dəbbə; 01 avqust 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********74266 olan iPhone 8 plus markalı telefon üçün 749 (yeddi yüz qırx doqquz) manat ödənilməmiş hissə, 225 (iki yüz iyirmi beş) manat dəbbə ümumilikdə 6130 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ““xxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 25.10.2019-cu il, 19.04.2019-cu il və 01.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********51812 olan iPhone Xs Max markalı telefon, VENUS markalı çarpayı, termo, tumba, dolab, DOSHEK URETAN, İMEİ kodu **********74266 olan iPhone 8 plus markalı telefon almış və nəticədə 6130 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3349 (üç min üç yüz qırx doqquz) manat (12 ay x 278 manat + 13 manat ilkin ödəniş) olan İMEİ kodu **********51812 olan iPhone Xs Max markalı telefon üçün ümumilikdə, 2790 (iki min yeddi yüz doxsan) manat olmaqla ondan, 2123 (iki min yüz iyirmi üç) manat ödənilməmiş hissə, 667 (altı yüz altmış yeddi) manat dəbbə; 19.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3220 (üç min iki yüz iyirmi) manat (23 ay x 140 manat + 0 manat ilkin ödəniş) olan VENUS markalı çarpayı, termo, tumba, dolab, DOSHEK URETAN üçün ümumilikdə, 2366 (iki min üç yüz altmış altı) manat olmaqla ondan, 1820 (min səkkiz iyirmi) manat ödənilməmiş hissə, 546 (beş yüz qırx altı) manat dəbbə; 01.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1863 (bir min səkkiz yüz altmış üç) manat (23 ay x 150 manat + 63 manat ilkin ödəniş) olan İMEİ kodu **********74266 olan iPhone 8 plus markalı telefon üçün ümumilikdə, 974 (doqquz yüz yetmiş dörd) manat olmaqla ondan, 749 (yeddi yüz qırx doqquz) manat ödənilməmiş hissə, 225 (iki yüz iyirmi beş) manat dəbbə borcu hesanlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3740 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 25.10.2019-cu il tarixli, 01003961 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 3349 (üç min üç yüz qırx doqquz) manat (12 ay x 278 manat + 13 manat ilkin ödəniş) dəyərində əşyanı (iPhone Xs Max markalı telefon) hər ay 278 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 278 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 19.04.2019-cu il tarixli, 00620820 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 3220 (üç min iki yüz iyirmi) manat (23 ay x 140 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (VENUS markalı çarpayı, termo, tumba, dolab, DOSHEK URETAN) hər ay 140 manat olmaqla 23 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 23 ay ərzində hər ay 278 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 01.08.2019-cu il tarixli, 00817329 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 1863 (bir min səkkiz yüz altmış üç) manat (12 ay x 150 manat + 63 manat ilkin ödəniş) dəyərində əşyanı (iPhone 8 plus markalı telefon) hər ay 150 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 140 manat ödəniş edilməlidir. İş materiallarında olan 25.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01003961 nömrəli alqı-satqı müqaviləsi üzrə iPhone Xs Max markalı telefon təhvil-təslim aktına əsasən 25.10.2019-cu il tarixli, 01003961 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd iPhone Xs Max markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 19.04.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00620820 nömrəli alqı-satqı müqaviləsi üzrə VENUS markalı çarpayı, termo, tumba, dolab, DOSHEK URETAN təhvil-təslim aktına əsasən 19.04.2019-cu il tarixli, 00620820 nömrəli alqı-satqı müqaviləsi üzrə VENUS markalı çarpayı, termo, tumba, dolab, DOSHEK URETAN tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 01.08.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00817329 nömrəli alqı-satqı müqaviləsi üzrə iPhone 8 plus markalı telefon təhvil-təslim aktına əsasən 01.08.2019-cu il tarixli, 00817329 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd iPhone Xs Max markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 19 may 2021-ci il tarixli X3 əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 25.10.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 2123 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 667 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 1226 manat olmuşdur, ödənilməmiş məbləğ isə 2123 manat, dəbbə pulu 667 manat; 19.04.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 1820 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 546 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 1400 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1820 manat, dəbbə pulu 546 manat; 01.08.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 749 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 225 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 1114 manat olmuşdur, ödənilməmiş məbləğ isə 749 manat, dəbbə pulu 225 manat olmaqla, ümumilikdə Cavabdeh 6130 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 25.10.2019-cu il tarixli, 19.04.2019-cu il və 01.08.2019cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış 25.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 667 manat cərimənin, 19.04.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 546 manat cərimənin və 01.08.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 225 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, 25.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 66 manat, 19.04.2019cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 54 manat, 01.08.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 22 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25.10.2019-cu il tarixli 01003961 nömrəli müqavilə üzrə 2123 manat borc və 66 manat dəbbə pulu; 19.04.2019-cu il tarixli 00620820 nömrəli müqavilə üzrə 1820 manat borc və 54 manat dəbbə pulu; 01.08.2019-cu il tarixli 00817329 nömrəli müqavilə üzrə 225 manat borc və 22 manat dəbbə pulu olmaqla, ümumilikdə 4834 (dörd min səkkiz yüz otuz dörd) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25.10.2019-cu il tarixli 01003961 nömrəli müqavilə üzrə 2123 (iki min yüz iyirmi üç) manat borc və 66 (altmış altı) manat dəbbə pulu, 19.04.2019-cu il tarixli 00620820 nömrəli müqavilə üzrə 1820 (bir min səkkiz yüz iyirmi) manat borc və 54 (əlli dörd) manat dəbbə pulu, 01.08.2019-cu il tarixli 00817329 nömrəli müqavilə üzrə 749 (yeddi yüz qırx doqquz) manat borc və 22 (iyirmi iki) manat dəbbə pulu olmaqla, ümumilikdə 4834 (dörd min səkkiz yüz otuz dörrd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar