Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3847/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 17.10.2019-cu il, 29.07.2019-cu il, 25.10.2019-cu il, 29.11.2019-cu il və 29.11.2019-cu il tarixli müqavilələrinə əsasən, Seksiya HOFFMANN, HOFFMANN LED TV, HOFFMANN Kombi, Seksiya, Logitech Mouse, qulaqlıq, HP notebook, notebook çantası almış və nəticədə 3791 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 manata (12 ay x 57 manat) Seksiya HOFFMANN üçün ümumilikdə, 215 manat olmaqla ondan, 164 manat ödənilməmiş hissə, 51 manat dəbbə; 29.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1044 manata (18 ay x 58 manat) HOFFMANN LED TV üçün ümumilikdə, 958 manat olmaqla ondan, 732 manat ödənilməmiş hissə, 226 manat dəbbə; 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1632 manata (24 ay x 68 manat) HOFFMANN Kombi, Seksiya üçün ümumilikdə, 1762 manat olmaqla ondan, 1456 manat ödənilməmiş hissə, 306 manat dəbbə; 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 49 manata (12 ay x 4 manat + 1 manat ilkin ödəniş) Logitech Mouse, qulaqlıq üçün ümumilikdə, 62 manat olmaqla ondan, 48 manat ödənilməmiş hissə, 14 manat dəbbə; 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 manata (12 ay x 57 manat) HP notebook, notebook çantası üçün ümumilikdə, 794 manat olmaqla ondan, 606 manat ödənilməmiş hissə, 188 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1087 manat təşkil edir. Göstərilənlərə əsasən 17.10.2019-cu il tarixli, 00987187 saylı müqavilə üzrə Seksiya HOFFMANN üçün 164 manat ödənilməmiş hissə, 51 manat dəbbə; 29.07.2019-cu il tarixli, 00811868 saylı müqavilə üzrə HOFFMANN LED TV üçün 732 manat ödənilməmiş hissə, 226 manat dəbbə; 25.10.2019-cu il tarixli, 01004631 saylı müqavilə üzrə HOFFMANN Kombi, Seksiya üçün 1456 manat ödənilməmiş hissə, 306 manat dəbbə; 29.11.2019-cu il tarixli, 01084707 saylı müqavilə üzrə Logitech Mouse, qulaqlıq üçün 48 manat ödənilməmiş hissə, 14 manat dəbbə; 29.11.2019-cu il tarixli, 01083054 saylı müqaviləsi üzrə HP notebook, notebook üçün çanta üçün 606 manat ödənilməmiş hissə, 188 manat dəbbə; ümumilikdə 3791 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, sözü gedən əşyaları o özü üçün yox, əslində qardaşı üçün götürmüşdür. Belə ki, qardaşı avtomobil təmiri işi ilə məşğul olduğu üçün sadalanan əşyalar ona lazım idi. Lakin sonradan qardaşı və ailə üzvlərindən rəhmətə gedən olduğu üçün ödənişləri edə bilməmişdir. Hətta əşyaları qaytarmaq üçün qardaşının həyat yoldaşına müraciət etsə də, sonuncu həmin əmlakların harada olduğundan məlumatsız olduğunu bildirmişdir. Hazırda tələb edilən məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Bundan başqa iddiaçı tərəfindən yüksək miqdarda cərimə də tələb olunur ki, onların azadılmasını istəyir. Odur ki, qətnamə çıxarılarkən nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 684 manata Seksiya HOFFMANN-nı nisyə satmış, alıcı həmin məbləği hər ay 57 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 29.07.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1044 manata HOFFMANN LED TV-ni nisyə satmış, alıcı həmin məbləği hər ay 58 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1632 manata HOFFMANN Kombini nisyə satmış, alıcı həmin məbləği hər ay 68 manat ödəmək şərti ilə 24 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 49 manata Logitech Mouse, qulaqlığı nisyə satmış, alıcı həmin məbləği hər ay 4 manat (ilkin ödəniş 1 manat) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, iddiaçı alqı-satqı qiyməti 684 manata HP notebook, notebook çantasını nisyə satmış, alıcı həmin məbləği hər ay 57 manat ödəmək şərti ilə 12 ay müddtinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1087 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış 3791 manat borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 17.10.2019-cu il, 29.07.2019-cu il, 25.10.2019-cu il, 29.11.2019-cu il və 29.11.2019-cu il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı «xxxx» MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış 17.10.2019-cu il tarixli müqavilə üzrə 51 manat, 29.07.2019-cu il tarixli müqavilə üzrə 226 manat, 25.10.2019-cu il tarixli müqavilə üzrə 306 manat, 29.11.2019-cu il tarixli müqavilə üzrə 14 manat, 29.11.2019-cu il tarixli müqavilə üzrə 188 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 17.10.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 29.07.2019-cu il tarixli müqavilə üzrə 50 manat, 25.10.2019-cu il tarixli müqavilə üzrə 100 manat, 29.11.2019-cu il tarixli müqavilə üzrə 5 manat, 29.11.2019-cu il tarixli müqavilə üzrə 50 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 17.10.2019-cu il tarixli müqaviləyə əsasən 164 (bir yüz altmış dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 174 (bir yüz yetmiş dörd) manat; 29.07.2019-cu il tarixli müqaviləyə əsasən 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 782 (yeddi yüz səksən iki) manat; 25.10.2019-cu il tarixli müqaviləyə əsasən 1456 (bir min dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, ümumilikdə 1556 (bir min beş yüz əlli altı) manat; 29.11.2019-cu il tarixli müqaviləyə əsasən 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 53 (əlli üç) manat; 29.11.2019-cu il tarixli müqaviləyə əsasən 606 (altı yüz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 656 (altı yüz əlli altı) manat, cəmi 3221 (üç min iki yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15%-i, yəni 4 (dörd) manat 50 (əlli) qəpiyi iddiaçıya aid edilməli, qalan 85%-i, yəni 25 (iyirmi beş) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.10.2019-cu il tarixli müqaviləyə əsasən 164 (bir yüz altmış dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 174 (bir yüz yetmiş dörd) manat; 29.07.2019-cu il tarixli müqaviləyə əsasən 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 782 (yeddi yüz səksən iki) manat; 25.10.2019-cu il tarixli müqaviləyə əsasən 1456 (bir min dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, ümumilikdə 1556 (bir min beş yüz əlli altı) manat; 29.11.2019-cu il tarixli müqaviləyə əsasən 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 53 (əlli üç) manat; 29.11.2019-cu il tarixli müqaviləyə əsasən 606 (altı yüz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 656 (altı yüz əlli altı) manat, cəmi 3221 (üç min iki yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15%-i, yəni 4 (dörd) manat 50 (əlli) qəpiyi iddiaçıya aid edilsin, qalan 85%-i, yəni 25 (iyirmi beş) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3847/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3847/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver