Məhkəmə qərarları › İş №2(004)-3851/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3851/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3851/2021 23.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və Şahverdiyev Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh və zamin Şahverdiyev Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********18050 olan Samsung Galaxy A10 markalı telefon üçün 310 manat ödənilməmiş hissə, 93 manat dəbbə pulu olmaqla, ümumilikdə 403 manat borc, 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh və zamin tutularaq Şahverdiyev Zamin oğundan tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul eillməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəbbə pulunun məbləği ilə bağlı sədrlik edənin sualına cavab olaraq dəbbə pulunun azaldılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini əsas borcun ödənilməsi hissəsində qəbul etdiyini bildirmiş və məhkəmədən cərimə borcunun azaldılmasını xahiş etmişdir. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019cu il 01075913 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı İMEİ kodu **********18050 olan Samsung Galaxy A10 markalı telefonu cavabdehə verməyi öhdəsinə götürmüşdür. 25.11.2019-cu il 01075913 №-li müqaviləyə əlavəyə əsasən Cavabdeh ilkin ödəniş də daxil olmaqla 389 manat məbləğində pulu aylıq 31 manat olmaqla 12 müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********18050 olan Samsung Galaxy A10 markalı mobil telefon Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan “xxxx” MMC ilə zamin Şahverdiyev Zamin arasında bağlanmış 25.11.2019-cu il tarixli 01075913№li zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, müqavilənin predmeti xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019cu il 01075913 №-li müqavilənin zamin tərəindən alıcı ilə birgə icrasının təminatıdır. “xxxx” MMC-nin Cavabdeh və zamin Şahverdiyev Zamin ünvanladığı 07.05.2021-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 18 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 25.11.2019-cu il tarixli 01075913№li müqaviləyə əsasən Cavabdeh 310 manat əsas, 93 manat cərimə borcu olmaqla cəmi 403 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh və zamin Şahverdiyev Zamin 25.11.2019-cu il tarixli 01075913№li müqaviləyə əsasən, İMEİ kodu **********18050 olan Samsung Galaxy A10 markalı telefon üçün, 310 (üç yüz on) manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla cəmi 340 (üç yüz qırx) manat borc və 20 manat dövlət rüsumu tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəlikərini yerinə yetirmiş, lakin cavabdehlər Cavabdeh üzrinə düşən öhdəliyi qismən yerinə yetirərək borcunu tam ödəməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Şahverdiyev Zaminlik müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçının borcun Cavabdeh və zamin Şahverdiyev Zamin müştərək qaydada tutulması barədə tələbi qismən təmin təmin edilməli, əsas borc və 30 manat cərimə cavabdehlərdən tutulmalıdır. Məhkəmə qeyd edir ki, cərimə məbləğinin miqdarı əsas borca mütənasib olmadığından, azaldılmalı, 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 25.11.2019-cu il tarixli 01075913№li müqaviləyə əsasən, İMEİ kodu **********18050 olan Samsung Galaxy A10 markalı telefon üçün, 310 (üç yüz on) manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla cəmi 340 (üç yüz qırx) manat borc və 20 manat dövlət rüsumu Cavabdeh və zamin Şahverdiyev Zamin tutularaq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar