Məhkəmə qərarları › İş №2(004)-386/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-386/2024

18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-386/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 8640 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 1036 manat borcun onun **********00131 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə ona məxsus ünvan 2 ünvanda olan evə quraşdırılmış qaz sayğacı cavabdeh təşkilatın əməkdaşları tərəfindən yenisi ilə əvəz edilməsi üçün quraşdırıldığı həyətdən onun iştirakı və razılığı olmadan sökülərək çıxarılmış və bundan sonra yeni qaz sayğacı quraşdırılmışdır. Ona bu barədə qonşuları məlumat vermişdir. Borcla bağlı məlumat əldə etdikdən sonra məsələ ilə bağlı Cavabdeh İB-də əlaqədər şəxslərə müraciət etmişdir. Borcun haradan və necə yarandığını aydınlaşdırmaq üçün Cavabdeh İB-yə müraciət etdiyi zaman ona demişlər ki, köhnə sayğac yoxlanılması üçün laboratoriyaya gönsərilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla xx.xx.2022-ci il tarixdə sökülmüş sayğacın çıxış plasmas borusunun deşildiyi və buna görə akt tərtib edildiyi, daha sonra isə xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə ona 8640 m3 qaz sərfiyyatı hesablanaraq 1036 manat borc hesablanmışdır. O, cavabdehə müraciət etsə də, qanunsuz hesablanmış borc silinməmişdir. 2017-ci ilin may ayından 2023-cü ilin iyun ayına qədər o, Masazır qəsəbəsində qaynatasına məxsus evdə yaşamış, ünvan 2 ünvanda yaşayış olmamışdır. Hesab edir ki, aktda qeyd olunanlar və həmin akt əsasında hesablanmış ağlasığmaz, şişirdilmiş məbləğ tam qanunsuz və əsassızdır. Tərtib olunmuş akt qanunsuz və əsassız olaraq tərtib olunduğundan ləğv edilməli, əsassız olaraq hesablanmış borc isə, tam silinməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh elektron kabinent vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair yazılı etiraz və mülahizəsini təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı məxsus ünvan 1 ünvanda xx.xx.2016-cı il tarixdə təbii qazın sərfiyyatını müəyyən etmək üçün G-4 markalı 1602AZ**********75 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən İddiaçı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2016-cı il tarixli ******* nömrəli akt verilmişdir. Həmin aktda sayğaca müdaxilə edilməsi, plombun yerində olmaması və ya qırılması, müdaxilə edilməsinə dair hər hansı bir qeyd yazılmamışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanda quraşdırılmış 1602AZ/**********5 nömrəli qaz sayğacının çıxış plastmas borusu deşilib və qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə göstərilir ki, Cavabdeh Qazın Satışı Departamentinin sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2023-ciü il tarixli MSK 44-2-2/3-5-553-1 nömrəli rəyinə əsasən G4 markalı 1602AZ**********75 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşikdir. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 24 x 90 = 8640 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 8640 m3 qazın pulunun ödənilməsi tələb edilmişdir. 32 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 038 saylı arayışdan müəyyən edilir ki, İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. Qonşuların aktlarına əsasən 2017-ci ilin may ayından 2023-cü ilin iyun ayına qədər göstərilən ünvanda yaşamamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Cavabdeh abonentə məxsus olan sayğacın çıxış plastmas borusu deşildiyini və qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıldığını qeyd etsə də, bu halın iddiaçı tərəfindən edildiyini, eyni zamanda plombların yerində olması zamanı abonentin belə bir müdaxilə edə biləcəyini hər hansı bir mötəbər sübutla əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, sayğacın plombları yerində olduğuna və plombları sökmədən sayğacın çıxış plastmas borusu deşmək və qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığı qırmaq mümkün deyildir. Sayğacda yaranmış hər hansı bir təbii qüsura, aşınma zamanı əmələ gələn texniki nasazlığa görə sayğacdan keçən qazın mexanizm tərəfindən qeyd edilməməsinə abonent məsuliyyət daşımır. Həmçinin sayğacın dəyişdirilməsindən əvvəlki aylar və sonrakı aylar üzrə ödənişlər arasında ciddi fərqin olmaması bir daha abonentin sayğaca hər hansı bir müdaxilə etmədiyini təsdiq edir. Abonent istifadə etmədiyi 8640 m3 qaza görə hesablanmış borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı məxsus olan ünvan 1 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 8640 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 1036 manat borc - istehlakçı İddiaçı abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 8640 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 1036 (min otuz altı) manat borc - istehlakçı İddiaçı **********00131 nömrəli abunə hesabından silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar