Məhkəmə qərarları › İş №2(004)-3860/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3860/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3860/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.01.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı paltaryuyan üçün 536,4 (beş yüz otuz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 53,6 (əlli üç manat altmış qəpik) manat cərimə 02.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********55704 olan Samsung Galaxy A40 markalı telefon üçün 758,4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 75,6 (yetmiş beş manat altmış qəpik) manat cərimə, ümumilikdə 1424 manat borc, 30 manat dövlət rüsumu, Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» MMC ilə 25.01.2020-ci il və 02.05.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı paltaryuyan, İMEİ kodu **********55704 olan Samsung Galaxy A40 markalı telefon almış və nəticədə 1424 (min dörd yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh 25.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 644.4 (altı yüz qırx dörd manat qırx qəpik) manat (yəni 12 ay x 53.7 manat + 0 manat ilkin ödəniş), olan HOFFMANN markalı paltaryuyan üçün ümumilikdə 590 (beş yüz doxsan) manat olmaqla ondan 536,4 (beş yüz otuz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53,6 (əlli üç manat altmış qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 02.05.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 804.4 (səkkiz yüz dörd manat qırx qəpik) manat (yəni 12 ay x 63.2 manat + 46 manat ilkin ödəniş), olan İMEİ kodu **********55704 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 834 (səkkiz yüz otuz dörd) manat olmaqla ondan 758,4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75,6 (yetmiş beş manat altmış qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi 154 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 25.01.2020-ci il tarixli, 20060069 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən HOFFMANN markalı paltaryuyan almışdır. İş materiallarına əlavə olunmuş 02.05.2020-ci il tarixli, 20254524 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən İMEİ kodu **********55704 olan Samsung Galaxy A40 markalı mobil telefon almışdır. İş materiallarında olan 13 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 644,40 (altı yüz qırx dörd manat qırx qəpik) manat (12 ay x 53.7 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı paltaryuyan üçün ümumilikdə 590 (beş yüz doxsan) manat olmaqla ondan, 536,40 (beş yüz otuz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 53,60 (əlli üç manat altmış qəpik) manat cərimə borcu yaranmışdır; 02.05.2020-ci il tarixli tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 804,4 (səkkiz yüz dörd manat, qırx qəpik) manat (12 ay x 63,2 manat + 46 manat ilkin ödəniş) İMEİ kodu **********55704 olan Samsung Galaxy A40 markalı mobil telefon üçün ümumilikdə, 834 (səkkiz yüz otuz dörd) manat olmaqla ondan, 758,4 (yeddiz yüz əlli səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 75,60 (yetmiş beş manat, 60 qəpik) manat cərimə borcu yaranmışdır; İş materiallarına əlavə olunmuş 05.02.2021-ci il tarixli bildirişdən görünür ki, 25.01.2020-ci il tarixli və 02.05.2020-ci il tarixli müqavilələrə əsasən, öhdəsinə götürdüyü öhdəliyə görə qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 16 may 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxx” MMC ilə Cavabdeh arasında 25.01.2020-ci il tarixli və 02.05.2020-ci il tarixli müqavilələrə əsasən HOFFMANN markalı paltaryuyan və İMEİ kodu **********55704 olan Samsung Galaxy A40 markalı telefon almış və nəticədə 1424 (min dörd yüz iyirmi dörd) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25.01.2020-ci il tarixli, 20060069 nömrəli müqavilə üzrə 536,40 (beş yüz otuz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 53,60 (əlli üç manat altmış qəpik) manat cərimə borcu, 02.05.2020-ci il tarixli, 20254524 nömrəli müqavilə üzrə 758,40 (yeddiz yüz əlli səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 75,60 (yetmiş beş manat altmış qəpik) manat cərimə borcu, cəmi 1424 (bir min dörd yüz iyirmi dörd) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar