Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3877/2021 31.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “şəxsin ölmüş hesab edilməsi” və “əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “şəxsin ölmüş hesab edilməsi” və “əmlakın vərəsələr arasında bölünməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2 41.3-cü, Mülki Prosessual Məcəlləsinin 312 və 313 maddələrinin tələblərini əsas götürərək, N-ci ilin yanvar ayının 13-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmətə başlayan, N-ci ilin may ayının 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə itkin düşmüş ehtimal olunan oğlu X2 ölmüş elan olunması və Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunan gün, 08 may N-ci il tarixi ölmüş günü hesab edilməsi və X2 N-ci ilin may ayında hərbi xidmət zamanı Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə itkin düşməsi ilə əlaqədar atasının X1 vəfat etməsi ilə əlaqədar vərəsəlik əsasında bölünən mənzilin itkin düşən oğlunun taleyinə aydınlıq gətirilənə qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 26.02.2021-ci il tarixində **********04-05101-093002 nömrəli çıxarışına əsasən adında saxlanılan yaşadığı mənzilin 1/3 hissəsinin qanuna müvafiq surətdə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehlərə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən isə, iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə görə isə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İddia ərizəsindən görünür ki, irəli sürülən tələblərin bir qismi xüsusi iddia icraatı qaydasında baxılan tələblərə, digər qismi isə iddia icraatı qaydasında baxılan tələblərə aiddir. Belə olduğu təqdirdə, həmin tələblər bir icraatda baxıla bilməz və ona görə də, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” məzmunlu iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya (ərizəçiyə), xüsusi icraat qaydasında baxılan ərizələr üçün nəzərdə tutulmuş formaya və qaydaya riayət etməklə müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “şəxsin ölmüş hesab edilməsi” və “əmlakın vərəsələr arasında bölünməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır Qərardaddan 10 (on) gün müddətində Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3877/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3877/2021
31.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver