Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3892/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxx” MMC və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06 saylı müqaviləyə əsasən cavabdeh 10.0 hektar sahədə yüksək keyfiyyətli pambıq əkməyi və yetişdirdiyi məhsulu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4237,62 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 3296 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 941,62 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması aidiyyatı aktlar, məxaric orderləri, qaiməfakturalar və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq iddiaçiya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının xeyrinə 941.62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, “xxxxxxxxxxxx” MMC və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06 saylı müqaviləyə əsasən cavabdeh 10.0 hektar sahədə yüksək keyfiyyətli pambıq əkməyi və yetişdirdiyi məhsulu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdehə icarə, suvarma və becərmə üçün, əl yığımı və pambıq dəyəri üçün 1795 manat məbləğində avans verilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehdə müxtəlif vaxtlarda 647.62 manat məbləğində gübrə və pesidirlər, həmçinin 1052 manat məbləğində toxumluq çiyidlər verilmiş və eyni zamanda cavabdehə məxsus torpaq sahəsinə 740 manat məbləğində müxtəlif xidmətlər göstərilmişdir. Cavabdehin yuxarıda sadalanan xidmət və məsullara görə ümumilikdə 4237.62 manat pul hesablanmış və sonuncu həmin məbləğdən 3296 manatını onlara geri ödəmişdir. Cavabdehin hal-hazırda ödənilməmiş 941.62 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, “xxxxxxxxxxxx” MMC və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06 saylı müqaviləyə əsasən cavabdeh 10.0 hektar sahədə yüksək keyfiyyətli pambıq əkməyi və yetişdirdiyi məhsulu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində iddiaçı “xxxxxxxxxxxx” MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdehə iddiaçı tərəfindən icarə, suvarma və becərmə üçün, əl yığımı və pambıq dəyəri üçün 1795 manat məbləğində avans, 647.62 manat məbləğində gübrə və pesidirlər, həmçinin 1052 manat məbləğində toxumluq çiyidlər verilmiş və eyni zamanda cavabdehə məxsus torpaq sahəsinə 740 manat məbləğində müxtəlif xidmətlər göstərilmişdir. Cavabdehə iddiaçı tərəfindən ümumilikdə 4237.62 manat pul hesablanmış və sonuncu həmin məbləğdən 3296 manatını iddiaçıya geri ödəmiş, qalan borcunu isə ödəməkdən yaınmışdır. Cavabdehin hal-hazırda ödənilməmiş 941.62 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin xeyrinə 941 (doqquz yüz qırx bir) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin xeyrinə 941 (doqquz yüz qırx bir) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3892/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3892/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver