Məhkəmə qərarları › İş №2(004)-39/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-39/2022

18.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-39/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs "xxxx" QSC-nin ləğvedicisi X2rşı "payın bölünməsi, bu mümkün olmadıqda paya uyğun kompenasasiyanın ödənilməsi və hərracda satılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs "xxxx" QSCnin ləğvedicisi X2rşı "payın bölünməsi, bu mümkün olmadıqda paya uyğun kompenasasiyanın ödənilməsi və hərracda satılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-429/2017 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1431c saylı bağ evinin (həmin bağ sahəsində yerləşən yaşayış sahəsi 75.3 kv.m, yardımçı sahəsi 227,1 kv.m olan 5 otaqlı bağ evi- və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin), ünvan 3lı evin 51 saylı mənzilinin, Daşkəsən rayonu, İ.Qayıbov küçəsində yerləşən 31 saylı evin 28 saylı mənzilinin onun payına müvafiq naturada bölünməsi, onun payına düşən sahənin cavabdehlərə düşən sahədən tam təcrid olunması, onun həmin mənzillərə köçürülməsi, cavabdehlər tərəfindən həmin mənzildən istifadəsinə olan maneənin aradan qaldırılması, bu mümkün olmadıqda həmin mənzillərdə onun payına müvafıq pulun, habelə, “Toyoto Rav4” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun payına düşən dəyərinin ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzillərin, “Toyoto Rav4” markalı **-HF-*** dövlət qeydiyvat nişanlı avtomobilin açıq hərracdan satılması, əldə olunan pulun ona düşən hissəsinin ödənilməsi, eləcə də, X15 Bankı QSC-də ********************, ******************** və ******************** nömrəli bank hesablarında 27.02.2016-cı il tarixdə mövcud olmuş müvafiq olaraq 0,70 ABŞ dolları, 62.058,32 ABŞ dolları və 545 Avro məbləğlərində olan pul vəsaitinin onun payına düşən hissəsinin cavabdeh tərəfındən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-429/2017 saylı qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1431 c saylı bağ evinin (həmin bağ sahəsindəyerləşən yaşayış sahəsi 75.3 kv.m, yarımçı sahəsi 227,1 kv.m olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin) 1/2 hissəsinin 1/5 hissəsinə , Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqqaşınlı küçəsi 1 saylı evin 51 saylı mənzilinin 1/2 hissəsinin 1/5 hissəsinə, “Toyoto Rav4” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinin 1/5 hissəsinə, X5palı səhmdar cəmiyyətindəki ********************, ******************** və ******************** nömrəli bank hesablarıbda 27 fevral 2016-cı il tarixdə mövcud olmuş müvafiq olaraq 0.70 ABŞ dolları, 62.058 ABŞ dolları 32 sent və 545 avronun 1/2 hissəsinin 1/5 hissəsəsinə, Daşkəsən rayonu, İ.Qayıbov küçəsində yerləşən 31 saylı evin 28 saylı mənzilindin 5/1 hissəsinə payı müəyyən edilmişdir. Hazırda sözügedən mənzillərdə cavabdehlər tərəfindən yaşamasına, orda qalmasına icazə verilmir, habelə sözegdən avtombilldən cavabdeh istifadə edir və onun tərəfindən həmin əmlaklara faktiki olaraq sahiblik edilmir.Bundan əlavə onun adı çəkilən bankda olan pul vəsaiti cavabdeh tərəfindən 2016-cı ildən götürülmüş və hazırkı vaxta kimi ona düşən payı qaytarılmır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır ki, həmin mənzillər ya naturada bölgüsü aparılsın, ya da həmin evlərə dair cavabdeh tərəfindən ona düşən kompensasiya verilsin, yaxuda həmin mənzil açıq həracda satılmaqla paylara müvafiq pul bölünsün. Habelə sözügedən avotomobill üzrə ona düşən payın dəyəri, eləcə də bank hesabında olan ona düşən paya müvafiq pulun ödənilməsi təmin edilsin. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verib təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.04.2017-ci il tarixli, 2(004)-429/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1431c saylı bağ evinin (həmin bağ sahəsində yerləşən, yaşayış sahəsi 75,3 kvadratmetr, yardımçı sahəsi 227,1 kvadratmetr olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin) bağışlanmasına dair ünvan 2ntorunda təsdiq edilmiş 04.03.2016-cı il tarixli, 4Ə-106 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqaviləyə əsasən həmin bağ evinin və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın etibarsız, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 1 saylı evin 51 saylı mənzilinin bağışlanmasına dair Bakı şəhəri 43 saylı notariat kontorunda təsdiq edilmiş 07 mart 2016-cı il tarixli, 4Ə-65 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 1 saylı evin 51 saylı mənzilinin mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və mülkiyyət hüququna dair verilmiş çıxarışın, “Toyota RAV4” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat-imtahan Şöbəsinin kompyuter-uçot bazasında 04.03.2016-cı il tarixdə X13 adından qeydiyyatdan çıxarılması üzrə aparılmış əqdlərin etibarsız hesab edilməsi və avtomobilin X13 adından qeydiyyatdan çıxarılmasının qanunsuz hesab edilməsi. Həmin avtomobilin Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinin kompyuter-uçot bazasında X13 adına qeydiyyatının bərpa edilməsi, X11 miras qalmış və Bakı şəhəri Binəqədi rayonu, Goradil kəndində yerləşən 1431c saylı bağ evinin (həmin bağ sahəsində yerləşən, yaşayış sahəsi 75,3 kvadratmetr, yardımçı sahəsi 227,1 kvadratmetr olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin) 1/2 hissəsinin 1/5 hissəsinə X9 və 1/2 hissəsinin 1/5 hissəsinə İddiaçı vərəsəlik paylarının müəyyən edilməsi, X11 miras qalmış və Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 1 saylı evin 51 saylı mənzilinin 1/2 hissəsinin 1/5 hissəsinə X9 və 1/2 hissəsinin 1/5 hissəsinə Abbasov Sə/xan Ruslan oğlunun vərəsəlik payları müəyyən edilməsi, X11 miras qalmış “Toyota RAV4” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinin 1/5 hissəsinə X18 oğlunun və 1/2 hissəsinin 1/5 hissəsinə İddiaçı vərəsəlik paylarının müəyyən edilməsi, X11 miras qalmış və “X15 Bankı” qapalı səhmdar cəmiyyətindəki ********************, ******************** və ******************** nömrəli bank hesablarında 27 fevral 2016-cı il tarixdə mövcud olmuş müvafiq olaraq 0,70 ABŞ dolları, 62.058,32 ABŞ dolları və 545 Avro məbləğlərində pul vəsaitlərinin hər birinin 1/2 hissəsinin 1/5 hissəsinə X9 və 1/2 hissəsinin 1/5 hissəsinə İddiaçı vərəsəlik paylarının müəyyən edilməsi, X11 miras qalmış və Daşkəsən şəhəri, İ.Qayıbov küçəsində yerləşən, 31 saylı evin 28 saylı mənzilinin 1/5 hissəsinə X9 və 1/5 hissəsinə İddiaçı vərəsəlik paylarının müəyyən edilməsi qət edilmişdir İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 21.09.2017-ci il tarixli, 2(103)- 7796/2017 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2(102)-1244/2019 saylı Qərarının surətindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İş materiallarında olan 01.11. 2021-ci il tarixli, 10/3485 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1431c saylı bağ evinin, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 1 saylı evin 51 saylı mənzilinin və Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, bina 31, mənzil 28-in faktiki vəziyyətinə görə, fərdi yaşayış evinə və mənzillərə yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun iddiaçı və cavabdehlərin payına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 218.2-ci maddəsinə görə payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə görə isə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkoməsinin “Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddoalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərartnda göstərilir ki, “ Azərbaycan Respublikası Mülki Mocəlləsinin 220.6 və 221 -ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfındən qərarın qəbul edilməsi miilkiyyət hüququnun qanunsuz mohdudlaşdınlması kimi qiymətləndirilə bilməz... Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1431c saylı bağ evinin (həmin bağ sahəsində yerləşən yaşayış sahəsi 75.3 kv.m, yardımçı sahəsi 227,1 kv.m olan 5 otaqlı bağ evi- və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin), ünvan 3lı evin 51 saylı mənzilinin, Daşkəsən rayonu, İ.Qayıbov küçəsində yerləşən 31 saylı evin 28 saylı mənzilinin tərəflərin hər birinin məxsus hissələrinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, habelə, “Toyoto Rav4” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun təyinatına xələl gətirilmədən bölünməsinin mümkünsüzlüyü, cavabdehlərin iddiaçıya kompensasiya ödəməklə onun pay hüququna xitam verilməsinə razı olmamaları, həmçinin, X15 Bankı QSC-də ********************, ******************** və ******************** nömrəli bank hesablarında 27.02.2016-cı il tarixdə mövcud olmuş müvafiq olaraq 0,70 ABŞ dolları, 62.058,32 ABŞ dolları və 545 Avro məbləğlərində olan pul vəsaitinin Cavabdeh1 X1 tərəfindən çıxarılması müəyyən olunduğuna görə iddia tələbi qismən təmin edilərək, həmin bağ evi, mənzillər və avtomobil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tərəflərin arasında paylarına uyğun olaraq bölüşdürülməlidir. Eyni zamanda, qeyd olunan pul vəsaitinin payına düşən hissəsi Cavabdeh1 alınıb İddiaçı ödənilməlidir. Bununla yanaşı, mübahisəli əmlakların naturada bölgüsü qeyrimümkün olduğuna və həmin əmlakların açıq hərracda satılması zəruri olduğundan, iddia tələbləri digər hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T Dİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1431c saylı bağ evi (həmin bağ sahəsində yerləşən yaşayış sahəsi 75.3 kv.m, yardımçı sahəsi 227,1 kv.m olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsi), ünvan 3lı evin 51 saylı mənzili, Daşkəsən rayonu, İ.Qayıbov küçəsində yerləşən 31 saylı evin 28 saylı mənzili, habelə, “Toyoto Rav4” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satıllsın. Həmin bağş evinin, mənzillərin və h avtomobilin satışından əldə olunmuş pul vəsaiti İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında onların paylarına uyğun olaraq bölünsün. X15 Bankı QSC-də ********************, ******************** və ******************** nömrəli bank hesablarında 27.02.2016-cı il tarixə mövcud olmuş müvafiq olaraq 0.70 (sıfır tam yüzdə yetmiş) ABŞ dollarının, 62.058,32 (altmış iki min əlli səkkiz dollar 32 sent) ABŞ dollarının və 545 (beş yüz qırx beş) Avronun 1/2 (ikidə bir) hissəsinin 1/5 (beşdə bir) hissəsi Cavabdeh1 alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar