Məhkəmə qərarları › İş №2(004)-3903/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3903/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3903/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı “xxxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxx” MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat depozit borcunun, lizinq predmetindən istifadəyə görə 513 manat borcun, istifadəsində olan müddət ərzində yol hərəkəti qaydalarını pozduğu üçün tətbiq edilən protokollar üzrə 380 manat borcun, ümumilikdə 1393 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddi tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “xxxxx” MMC arasında xx xxxx 2020-ci il tarixli 4A/20 saylı lizinq müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən “xxxxx” MMC-nin mülkiyyətində olan “Toyota Prius” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə lizinqə verilmişdir. Cavabdeh lizinq müqaviləsi üzrə hər ay ödəniş etməli olduğu halda ödənişləri etməmiş, bununla da cəmiyyətə ziyan vurmuşdur. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunmasına, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcunun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-13.4-cü maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 4A/20 saylı lizinq müqaviləsinə əsasən ümumi dəyəri 38880 manat təşkil edən avtomobil lizinq yolu ilə lizinq alanın sahibliyinə və istifadəsinə verilmişdir. xx xxxx 2020-ci il tarixli 4A/20 saylı lizinq müqaviləsinin 3.5-ci bəndinə əsasən lizinq alan bu müqavilə bağlanan anda minimum 1000 manat məbləğində depoziti lizinqverənin hesabına ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən lizinqalan bu müqavilə imzalandığı anda 500 manat məbləğində depoziti lizinqverənin hesabına ödəyir, qalan 500 manat məbləği isə xx xxxx 2020-ci il tarixinədək lizinqverənin hesabına ödəməyi öz öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 500 manat depozit borcu və lizinq predmetindən istifadəyə görə 513 manat borc hissəsində təmin olunmalıdır. Bundan əlavə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş arayışdan müəyyən olunur ki, cavabdehə lizinq predmetindən istifadə etdiyi zaman yol hərəkəti qaydalarını pozduğu üçün tətbiq edilən protokollar üzrə 380 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı 380 manat cərimə borcundan 310 manat hissəsini cavabdehin əvəzinə ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehə lizinq predmetindən istifadə etdiyi zaman yol hərəkəti qaydalarını pozduğu üçün tətbiq edilən protokollar üzrə hesablanmış 380 manat borc hissəsində qismən əsaslıdır və həmin tələb 70 manat məbləğində cərimə borcunun iddiaçı tərəfindən ödənilməsinə dair sübut təqdim edilmədiyindən 310 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı xxxxx” MMC-nin iddiasını qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 28,20 manat hissəsi cavabdehdən tutularaq iddiaçı “xxxxx” MMC-yə ödənilməlidir. AzərbaycanRespublikasıMPM-in 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MülkiProsessualMəcəlləsinin77.1-cimaddəsinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. HəminMəcəllənin88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat depozit borcu, lizinq predmetindən istifadəyə görə 513 manat məbləğində borc, stifadəsində olan müddət ərzində yol hərəkəti qaydalarını pozduğu üçün tətbiq edilən protokollar üzrə 310 manat məbləğində borc, ümumilikdə 1323 (min üç yüz iyirmi üç) manat borc və ödənilmiş 28,20 (iyirmi səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu “xxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər . Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar