Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3909/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 21.05.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat kontorunda 3M-451 reyestr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21.05.2018-ci il tarixli, Bakı şəhəri 50 saylı Notariat Kontorunda 3M-451 reyesyr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alq-satqı müqaviləsinə əsasən “xxxx” MMC-nin nizamnamə kapitalındakı ona məxsus 1190 paydan ibarət olan 35%-lik təsisçilik hüququ üzrə payı alqı-satqı predmeti olmaqla Cavabdeh satılmışdır. Əslində isə həmin müqaviləyə əsasən MMC-nin nizamnamə kapitalındakı ona məxsus 1190 paydan ibarət olan 35 %-lik təsisçilik hüququ üzrə pay tərəfindən Cavabdeh faktiki olaraq satılmamışdır. Müqavilədə göstərilən 595.000 manat pul nağd şəkildə əslində müqavilə bağlanarkən mövcud olmamışdır. Belə ki, 16.11.2017-ci ildə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-1184 reyesyr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alq-satqı müqaviləsinə əsasən 35 % payın 17,5 %-ni 297.500 manata X4, 17,5 %-ni isə 297.500 manata X1. “xxxx”xxxx“X7 Şirkəti”xxxx“X7 Şirkəti” QSC-nin qanuni təmsilçisi X10 onunla 80 hektar yeni bağ sahəsi salınması və soyuducu anbar tikilməsi layihəsini həyata keçirməli idi. Bu məqsədlə kredit götürməklə bu layihələrdəki iştirakını maliyyələşdirməli idi. Kredit götürərkən “xxxx” MMC-dəki 35 % payını girov qoymalı idi. Belə olduqda Elvin Aşırov ona MMC-dəki payını girov qoymamağı, həmin payı müvəqqəti olaraq, yuxarıda göstərilən layihələri həyata keçirdiyi dövrdə və layihələri işə saldıqdan sonra ona düşəcək gəlirin hesabına çəkilmiş xərclərin payına düşən hissəsi ödənilənə qədər onun yaxın dostu və tələbə yoldaşı Cavabdeh adına keçirməyi təklif etmiş, bildirmişdir ki, layihələrə çəkilən xərclərdən onun payına düşən hissə gəlirlərdən payına düşən hissə ilə ödənilən kimi MMC-dəki 35 % payı dərhal ona qaytarılacaq. Elvin Aşırovun və ən əsası 35 % payın rəsmi olaraq adına keçirildiyi X6 vədlərinə inanıb X2 və X3 onlara satdığı payların bir aylıq müddətə qaytarılmasını xahiş etmiş və bildirmişdir ki, bir aydan sonra həmin payları yenə də onlara qaytaracaq. Onunla dost olduqlarından bu əməliyyata razılaşdılar və 25.04.2021 ci ildə əməkdaşlıq müqaviləsi imzalamış və həmin müqaviləyə əsasən göstərilən payların bir ay müddətinə adına keçirilməsi və bir ayın tamamında qaytarılmasını razılaşdırmışlar. Bundan sonra həmin payların Cavabdeh satılması barədə formal olaraq bağlanmış müqaviləni imzalamışdır. Lakin 80 hektar yeni bağ sahəsi salınması və soyuducu anbar tikilməsi layihəsi həyata keçirildikdən sonra, bu layihələrin işə salınması nəticəsində gəlirlər əldə olunmağa başlandıqda və layihələrə çəkilmiş xərclərdən payına düşən hissə tam ödənilməsinə baxmayaraq, Cavabdeh 35 % payı ona qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X12 ərizə verərək işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X12 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddiaçının könüllü təşəbbüsü ilə qanunvericiliyə uyğun müqavilə bağlanmışdır. Odur ki, cavabdehin nümayəndəsi məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 21.05.2018-ci il tarixdə bağlanmış müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən İddiaçı “xxxx” MMCnin nizamnamə kapitalındakı ona məxsus 1190 paydan ibarət olan 35%-lik təsisçilik hüququ üzrə paynı 595.000 manata Cavabdeh satmışdır. Müqavilə Bakı şəhəri 50 saylı Notariat kontorunda təsdiq edilərək, reyestrdə 3M-451 nömrə ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı Cavabdeh ilə aralarında 21.05.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat kontorunda təsdiq edilərək, reyestrdə 3M-451 nömrə ilə qeydiyyata alınmış müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı tələblərini əsaslandırarkən göstərilən 595.000 manat pulun nağd şəkildə əslində müqavilə bağlanarkən mövcud olmamasını, qeyd olunan müqavilənin formal olaraq bağlanıldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir... iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Göründüyü kimi, iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliyin tələbi imperativ xarakter daşıyır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı formal bağlandığını iddia etdiyi müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsızlığı barədə 20.05.2018-ci il tarixdən məlumatı olmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş 1 illik müddəti ötürməklə, yalnız 28.05.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi verməklə mübahisələndirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 17.03.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh ilə aralarında 21.05.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat kontorunda 3M-451 reyestr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3909/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3909/2021
01.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver