Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3910/2020 24.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbi barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi ravon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 450 saylı Sərəncamı ilə 6-cı mkr., S.Lazo küçəsi, kolxoz bazarının qarşısında ticarət sırasının təşkil edilməsinə icazə verilmiş fıziki şəxslər sıyahısında X1 qeyd edilmiş şəxsin, eyni şəxsə, yəni Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona xx.xx.1993-cü il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfındən 6-cı mkr., S.Lazo küçəsi kolxoz bazarının qarşısında ticarət sırasında yer ayrılmışdır. Həmin vaxtdan bu günə kimi ayrılmış sahədə yerləşən köşk sahiblik və istifadəsindədir. Sərəncama əsasən ona ayrılmış köşkün sənədlərini qaydasına salmaq məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciəti əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı fılialına sorğu verilmiş və ticarət sırasında yer ayrılan fiziki şəxslərin sırasında adının və soyadının düzgün qeyd edildiyi, lakin ata adının səhvən Kərim əvəzinə "Kamil" kimi qeyd edildiyi müəyyən olunmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 450 saylı sərəncamında qeyd olunmuş ata adının düzəliş olunmasına köməklik göstərilməsi barədəərizəsinə cavab olaraq düzəlişin aparılmasının mümkün olmaması bildrilmiş, bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi ravon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 450 saylı Sərəncamı ilə 6-cı mkr., S.Lazo küçəsi, kolxoz bazarının qarşısında ticarət sırasının təşkil edilməsinə icazə verilmiş fıziki şəxslər sıyahısında ərizəçinin atasının adıyanlış olaraq “Kərim” əvəzinə "Kamil" kimi göstərilmişdir. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.1988-ci il tarixdə verilmiş “Nikah haqında şəhadətnamə”dən görünür ki, ərizəçinin atasının adı “Kərim” olaraq qeyd edilmişdir. Nikah bağlananadək ərizəçinin soyadı “İbrahimova” olmuş, nikah bağlandıqdan sonra ona “Tahirova” soyadı verilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli məktubu ilə ərizəçinin xx.xx.1993-cü il tarixli 450 saylı sərəncamında qeyd olunmuş ata adının düzəliş olunmasına köməklik göstərilməsi barədə ərizəsinə cavab olaraq düzəlişin aparılmasının müınkün olmaması bildrilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bakı şəhəri, Binəqədi ravon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 450 saylı Sərəncamı ilə 6-cı mkr., S.Lazo küçəsi, kolxoz bazarının qarşısında ticarət sırasının təşkil edilməsinə icazə verilmiş fıziki şəxslər sıyahısında X1 qeyd edilmiş şəxsin, eyni şəxsə, yəni Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3910/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3910/2020
24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver