Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3910/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun bibisi xx.xx.1962-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsi ərizəsində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini iş üzrə maraqlı şəxs kimi qeyd etmişdir. Ərizəçi məhkəmənin hazırlıq iclasında ərizəni müdafiə etmiş və izahatında bildirmişdir ki, onun bibisi X1 köməyindən istifadə etmədən özünü idarə etmək imkanına malik deyildir. Tibbi- Sasial Ekspert Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə X4 “kəskin imbessilik dərəcəsində oliqofreniya” diaqnozu qoyulmaqla, müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmiş, əməyə qadir olmadığı göstərilmişdir. Onun anası X6 xx.xx.2012-ci ildə, atası X7 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Bu səbəbdən özündən kiçik olan bacısı və ruhi xəstə olan bibisi X5 onun himayəsində qalmışlar. X5 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Bu səbəbdən X2 üzərində qəyyum təyin edilməsi məqsədilə onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3910/2023 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, xx.xx.1962-ci il təvəllüdlü X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə həvalə edilmişdir. Ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2617 nömrəli ekspert rəyi mülki iş ilə birlikdə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3910/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 10:30-a təyin edilmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərsə də, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyanının sonuncu müayinəyə dair xx.xx.2005-ci il tarixli arayışından müəyyən edilir ki, müayinə zamanı xx.xx.1962-ci il təvəllüdlü X4 “kəskin imbessilik dərəcəsində oliqofreniya” diaqnozu qoyulmaqla, müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Əməyə qadir deyildir. Bakı Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 856 nömrəli arayışdan müəyyən edilir ki, xx.xx.1962-ci il təvəllüdlü X5 1978-ci ildən RƏX-ri kabinetində qeydiyyatdadır. (a/k 3379/78) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2617 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X3 - “kəskin imbessilik dərəcəsində oliqofreniya” xəstəliyi müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 müəyyən edilən “kəskin imbessilik dərəcəsində oliqofreniya” ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1962-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X5 (FİN 5QC7G4W) fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Bu qətnamə, Ərizəçi bibisi X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3910/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3910/2023
24.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver