Məhkəmə qərarları › İş №2(004)-392/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-392/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-392/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” BOKT MMC Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli SUMG1-18061-9623 nömrəli X2 müqaviləsinə xitam verilməsi, Cavabdeh 1.755,61 manat əsas borc, 498,13 manat faiz borcu olmaqla, cəmi 2.253,74 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” BOKT MMC-yə ödənilməsi, lizinq obyekti olan sedan tipli, ban 5NPEC4AB8DH742319, M.İ.H. 1998 sm3, qara rəngli, 2013-cü il buraxılışlı “Hyundai Sonata” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq verənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək, iddianı təmin etmə tədbiri kimi, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli SUMG1-18061-9623 nömrəli X2 müqaviləsi üzrə lizinq obyekti olan sedan tipli, ban 5NPEC4AB8DH742319, M.İ.H. 1998 sm3, qara rəngli, 2013-cü il buraxılışlı, “Hyundai Sonata” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh götürülməsi və cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4605/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli SUMG1-18061-9623 nömrəli X2 müqaviləsi üzrə lizinq obyekti olan “Hyundai Sonata” minik markalı, 2013-cü il buraxılışlı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin xüsusi mühafizə olunan dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət X3 tapşırılmış, qərardad dərhal icra edilmişdir. İşə baxılması xx.xx.2021-ci il tarixə saat 12:00-a təyin edilmişdir. İddiaçı “xxxx” BOKT MMC-nin səlahiyyətli nümayəndəsi X1 xx.xx.2021-ci il tarixli 016/HO- OUT nömrəli ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı mübahisənin məhkəmədən kənar qaydada öz həllini tapdığını bildirmişdir. Bu səbəbdən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar