Məhkəmə qərarları › İş №2(004)-3920/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3920/2025

29.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3920/2025 29.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Ərizəçi X2 Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəç X5 Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1977-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1947-ci il tarixdə doğulmuşdur. X4 xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, o, X6 anasıdır. X4 nevroloji xəstəliyindən əziyyət çəkir və ikinci dərəcəli əlilliyi vardır. Qızı həmişə onun himayəsində olub. Qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Qızı xx.xx.2017-ci il tarixdən pisxitar kabinetində qeydiyyatdadır. Qızında forma, şəxsiyyətin dərin qüsüru ilə ikinci dərəcəli əlilliyi vardır. Bunu 1 nömrəli şəhər poliknikası tərəfindən verilmiş epikriz də sübut edir. Hazırda qızı öz hərəkətlərini idarə etmək qabiliyyətindən, hərkətlərin mənası dərk etməkdən, ümumiyyətlə hər hansı hərəkət etməkdən belə məhrumdur. Belə ki, qızı anlaqsızdır. O, fəaliyyət qabiliyyəti olmadığından öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətindən məhrumdur. Bu barədə, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olmadığı üçün də mən qəyyumu kimi onun adında çıxış edə bilmir. Qızı nə əmək qabiliyyəti, nə dəki fəaliyyət qabiliyyəti vardır. Bu vəziyyətdə ona yardım edilməsini xahiş edir. Hal-hazırda qızının müalicəsi üçün daim yanında kiməsə ehtiyyacı duyması səbəbindən öz müalicəsini saxlamışdır və hal-hazırda qardaşı ilə məşğuldur və onun qayğısına qalır. Ərizəçiyə və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasının psixiatriya kabineti tərəfindən verilmiş arayışdan görübür ki, X9 2017-ci ildən A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasının psixiatriya kabinetində qeydiyyatdadır. Diaqnoz: "Şizofreniya paranoid forma, şəxsiyyətin dərin qüsuru ilə". Mülki işə əlavə edilmiş Bakı şəhər 2 saylı X8 tərəfindən təqdim edilmiş xəstəlik tarixinin çıxarışın surətind göstərilir ki, X9 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "Şizofreniya paranoid forma, şəxsiyyətin dərin qüsuru ilə" diaqnozu ilə Bakı şəhər 2 saylı X3 stasionar müalicədə olmuşdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi məhkəmənin sorğusuna 3-168/8- 13/3031/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında” qərarına əsasən doğum haqqında tibbi şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər qeydiyyat şöbəsində 1 il saxlanılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2908 saylı, xx.xx.2025-ci il tarixli il tarixli rəyindən görünür ki, X1 paranoid forma, şəxsiyyətin dərin qüsuru ilə formasında ruhi xəstəlikdən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq xx.xx.1977-ci il təvəllüdlü X9 xroniki ruhi xəstəliyi ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X6 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X6 şizofreniya paranoid forma, şəxsiyyətin dərin qüsuru ilə formasında ruhi xəstəliyi olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X9 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar