Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3924/2021 18.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X1 oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15.03.2017-ci il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, 15.03.2017-ci il tarixində tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə 59 500 ABŞ dolları məbləğində pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Qızıl-zinət əşyalarının satışı ilə əlaqədar iddiaçının cavabdehə borclu olması müqavilənin bağlanılmasına səbəb olmuşdur. İddiaçı cavabdehdən nağd pul almamışdır. Borcun etirafı nisyə alqı-satqı müqaviləsini pərdələmək üçün bağlanmışdır. Müqavilədə qiymətlərin ABŞ dolları ilə ifadə olunması qanunsuzdur. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2. -ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir İş materiallarına əlavə edilmiş 15.03.2017-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə tərəflər arasında notariat ofisində bağlanmış, həmin müqavilədə iddiaçı cavabdehdən 2010-cu ilin sentyabr ayında 65600 ABŞ dolları məbləğində borc pul aldıgını etiraf etmişdir. Göründüyü kimi, iddiaçı müqaviləni öz sərbəst iradəsinə uyğun olaraq bağlamışdır. Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olmasını təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. -ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, hətta əqdin etibarsızlığı əsasları mövcud olduğu halda belə iddiaçı məhkəməyə müqavilənin etibarsızlığı müddətlərini ötürülməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilə bilməz. Belə ki, 354.1. -ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3924/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3924/2021
18.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver