Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3945/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi İddiaçı Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “əmək haqqı və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “əmək haqqı və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini və xx.xx.2016-ci il tarixədək qanunla nəzərdə tutulmuş, iddiaçının hesabına görə 4000 manat pulun, məzuniyyət pulunun, eləcə də 4000 mənəvi ziyana görə kompensasiyanın cavabdehlərdən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, 10-cu mikrorayon MMC-də işlədiyi müddətdə əmək məzuniyətinə çıxması barədə özü ərizə yazıb imzalasa da, mütəmadi olaraq işə gəlmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Cavabdeh1 MMC Azərbaycan filialından işdən azad olunarkən son haqq hesabını və əmək kitabçasını almışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və cavabdeh "xxxx" MMC-nin vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh1 MMC Azərbaycan filialına münasibətdə iddia müddətini ötürmüşdür. Bu səbəbdən də iddia tələbinin cavabdeh Czechconstructionservice” MMC Azərbaycan filialı hissəsində iddia müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. İddia tələbi cavabdeh "xxxx" MMC hissəsində isə əsassızdır belə ki, iddiaçı "xxxx" MMC-də işlədiyi dövrdə əmək məzuniyyətindən istifadə etmişdir. Sənədləri müəyyən saxlanma müddəti var, ona görə də Czechconstructionservice” MMC Azərbaycan filialı ilə bağlı sənədləri təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq Cavabdeh1 MMC-nin Azərbaycan Respublikası filialından işdən azad edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab ödənilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində "xxxx" MMC-yə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə və xx.xx.2021-ci il tarixli, 12/M saylı əmrə əsasən xx.xx.2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixi daxil olmaqla 30 gün müddətində məzuniyyətdə olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixində bitdiyindən və həmin tarix iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdiyindən, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi iddiaçı məzuniyyət hüququndan istifadə etdiyindən və iddia müddəti keçdiyindən iddia tələbindən imtina olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdehlər "xxxx" MMC və Czechconstructionservice” MMC-nin Azərbaycan Respublikasında filialına qarşı “pul tələbinə” dair iddiasından iddia müddətinin keçməsi səbəbindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixində Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasındakı filialına Təhlükəsizliyə nəzarət mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixində Təhlükəsizlik üzrə mütəxəssis vəzifəsindən Sətəm üzrə mütəxəssis vəzifəsinə keçmiş, xx.xx.2020-ci il tarixində AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (“əmək müqaviləsinin müddətinin qurtarması”) əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2021-ci il tarixində "xxxx" MMC-yə Sətəm üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixində AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (“əmək müqaviləsinin müddətinin qurtarması”) əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan AR ƏƏSMN yanında X2 Xidmətinin xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyinin X2 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı məktubdan və əlavə olunmuş sənədlərdən, İddiaçı xx.xx.2021-ci il tarixindən “SƏTƏM” üzrə mütəxəssis vəzifəsində çalışdığı və cəmiyyətlə arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 001/K-2022 saylı əmrlə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (“əmək müqaviləsinin müddətinin qurtarması”) əsasən xitam verildiyi və son haqq-hesabının qanunvericiliyin tələblərinə uyğun olaraq əmək haqqı kart hesabına köçürüldüyü məlum olmuşdur. Habelə, Müəssisə tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi əsasında 2021-2022-ci ili üçün xx.xx.2021-ci il tarixli 12/M-21 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək məzuniyyəti hüququndan istifadə etdiyi məlum olmuşdur. Cavabdeh1 MMC-nin rəhbərliyinə **********5 saylı xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq İddiaçı aid sənədlərin, Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 7.9-cu bəndinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin, tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, İddiaçı həqiqətən də, 05 yanvar 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixə kimi "xxxx" MMCdə “Sətəm üzrə mütəxəssis” vəzifəsində işləyib, aylıq əmək haqqı 1001.13 manat təşkil edib və 30 dekabr 2021-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (“əmək müqaviləsinin müddətinin qurtarması”) tutduğu vəzifədən azad edilib və əmək müqaviləsinə xitam verilib. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, "xxxx" MMC-nin direktoru X1 müraicət edərək, 2021-2022-ci illər hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi daxil olmaqla 30 təqvim günü müddətinə əsas məzuniyyət verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 12/M-21 nömrəli əmrdən görünür ki, İddiaçı 2021-2022-ci illər hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi də daxil olmaqla 30 təqvim günü müddətinə əsas məzuniyyət verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində son 5 il 3 ay müdətində əmək məzuniyyətindən istifadə etmədiyini bildirsə də bununla bağlı sübutları məhəkəməyə təqdim etməmiş, həmçinin iş materiallarında göründüyü iddiaçı Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasındakı filialındakı işindən xx.xx.2020-ci il tarixində AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (“əmək müqaviləsinin müddətinin qurtarması”) əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilsə də qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddətində Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı iddia irəli sürməmiş və beləliklə də Cavabdeh1 MMC –yə qarşı iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, iddia tələbi bu səbəbdən Cavabdeh1 MMC-yə qarşı əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iddia tələbinin "xxxx" MMC-yə aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixində "xxxx" MMC-yə Sətəm üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və iş materiallarında olan İddiaçı tərəfindən verilmiş ərizədən və 10-ci Mikrorayon MMC tərəfindən verilmiş əmrdən görünür ki, İddiaçı 2021-2022-ci il üzrə əmək məzuniyyətindən istifadə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçıya mənəvi ziyan vurulması faktı iş materialları ilə müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsaslandığı hallar iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçı tərəfindən məhkəməyə həmin hallar barədə mötəbər sübutlar təqdim edilmədiyindən, həmçinin iddiaçı tərəfindən iddia müddəti Cavabdeh1 MMC-yə münasibətdə ötürüldüyündən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113.1-ci madəsinə əsasən əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı xx.xx.2016-cı ildən 06.01.202-ci il tarixədən qanunla nəzərdə tutulmuş, iddiaçının hesabına görə 4000 manat ulun məzuniyyət pulunun, eləcə də 4000 manat mənəvi ziyana görə kompensasiyanın cavabdehlərdən tutularaq iddiçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3945/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3945/2022
21.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver