Məhkəmə qərarları › İş №2(004)-3945/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3945/2023

09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3945/2023 09.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsi tərəfindən 31 iyul 2007-ci il tarixdə verilmiş AZ-İ № 249932 seriyalı ölüm haqqında şəhadətnamənin, 10 №-li “Vişnovka-1” Bağ-Tikinti Kooperativinin nəzdində anasına ayrılmış bağ sahəsinə dair orderdəki adında və ata adında uyğunsuzluğun aradan qaldırılması və həmin sənədlərin anasına məxsus olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini iş üzrə maraqlı şəxs qismində göstərmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/370 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1430 “Q” nömrəli bağ sahəsinin X10 verilməsinə dair Bakı şəhər İK Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK tərəfindən verilmiş 10 nömrəli orderin - xx.xx.1920-ci ildə Xızı rayonunda doğulmuş və xx.xx.1994-cü ildə ölmüş X17 (Əliəsgər) qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, X7 ilə xx.xx.1965-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Nikah bağlayandan sonra ona Həmzəyeva soyadı verilmişdir. Onun qaynanası X12 xx.xx.1920-ci il tarixdə Xızı rayonunda doğulmuş və xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Qaynanasının sənədlərindəki adında və ata adında sözün deyilişinə uyğun yazılaraq hərf səhvlərinə yol verilmişdir. Bundan başqa, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/370 nömrəli qərarı ilə X12 114 nömrəli Vişnovka-1 bağ-tikinti kooperativi üzvlüyündə qəbul edilmiş və qeydiyyata alınmışdır. Bunun əsasında 114 nömrəli BTKnın nəzdində sahəsi 0,12 ha olan 1430q saylı bağ sahəsinə dair X9 10 nömrəli order əsasında ayrılmışdır. Həmin orderdə onun qaynanasının adı və ata adı X4 göstərilmişdir ki, bu da qaynanasının pasportundakı adı və ata adı ilə hərf fərqinə görə uyğun gəlmir. Onun əri X7 xx.xx.1998-ci ildə vəfat etmişdir. Hazırda o, mərhum əri X3 mərhum anası X5 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1430 “Q” nömrəli bağ sahəsini qəbul etmiş və öz adına sənədləşdirmək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla onun müraciətinə cavab verərək bildirmişdir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989cu il tarixli 10/370 nömrəli qərarında bağ sahəsinin üzərində hüquq sahibi kimi X13 qeyd olunmuşdur. Şəxsin ölüm haqqında şəhadətnaməsindəki adı ilə, bağın orderindəki adı arasında uyğunsuzluq vardır. Hazırda o, mərhum əri X3 mərhum anası X5 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1430 “Q” nömrəli bağ sahəsini öz adına sənədləşdirmək üçün notariat kontoruna müraciət etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu Xuraman Əliyeva xx.xx.2023-cü il tarixli 171 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək miras əmlaka dair onun adına çıxarış verilməsini xahiş etmişdir. Bağ sahəsinin orderinin mərhum qaynanasına məxsus olması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/370 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1430 “Q” nömrəli bağ sahəsinin X10 verilməsinə dair Bakı şəhər İK Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK tərəfindən verilmiş 10 nömrəli orderin - xx.xx.1920-ci ildə Xızı rayonunda doğulmuş və xx.xx.1994-cü ildə ölmüş X17 (Əliəsgər) qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, rəsmi sənədlərlə və işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/370 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1430 “Q” nömrəli bağ sahəsi Bakı şəhər İK Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK tərəfindən verilmiş 10 nömrəli orderlə X9 ayrılmışdır. X1 adı texniki səhvlə “X13” kimi göstərilmişdir. Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/370 nömrəli qərarında ərizəçinin qaynanasının adı “X13” kimi qeyd olunmuş, həmçinin həmin qərar əsasında bu bağ sahəsinə dair Bakı şəhər İK Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK tərəfindən verilmiş 10 nömrəli orderdə də bağ sahibinin adı “X13” kimi göstərilmişdir. Bakı şəhəri Yasamal RPŞ tərəfindən xx.xx.1977-ci ildə verilmiş V-JQ 640880 seriyalı pasportdan müəyyən edilir ki, X16 xx.xx.1920-ci ildə Xızı rayonunda doğulmuşdur. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ İİ № 371062 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X12 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1000 nömrəli akt qeydi aparılmışdır. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli 3- 16-5/8-2512-15/23 nömrəli arayışdan müəyyən edilir ki, xx.xx.1939-cu il tarixdə Xızı rayonu Xələnc kəndində doğulmuş X2 atası X6, anası X11r. Bakı şəhəri “Səadət Sarayı” tərəfindən xx.xx.1965-ci il tarixdə verilmiş AZ 024888 nömrəli evlənmək haqqında şəhadətnamədən müəyyən edilir ki, X7 ilə X15 xx.xx.1965-ci ildə 810 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Nikah bağlayandan sonra arvada “Həmzəyeva” soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş V-JQ 324748 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X7 xx.xx.1998-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 262 nömrəli akt qeydi aparılmışdır. Ərizəçi mərhum əri X3 mərhum anası X5 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1430 “Q” nömrəli bağ sahəsini faktiki qəbul etmiş və öz adına sənədləşdirmək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla onun müraciətinə cavab verərək bildirmişdir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/370 nömrəli qərarında bağ sahəsinin üzərində hüquq sahibi kimi X13 qeyd olunmuşdur. Şəxsin ölüm haqqında şəhadətnaməsindəki adı ilə, bağın orderindəki adı arasında uyğunsuzluq vardır. Ərizəçi mərhum əri X3 mərhum anası X5 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1430 “Q” nömrəli bağ sahəsini öz adına sənədləşdirmək üçün notariat kontoruna müraciət etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu Xuraman Əliyeva xx.xx.2023-cü il tarixli 171 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək miras əmlaka dair Ərizəçi adına çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatı və təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edilir ki, ərizəçi qaynanasından miras qalmış Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1430 “Q” nömrəli bağ sahəsini özəlləşdirmək istəyir. Lakin Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/370 nömrəli qərarında və Bakı şəhər İK Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK tərəfindən verilmiş 10 nömrəli orderində ərizəçinin qaynanasının adı texniki səhvlə “X17 (Əliəsgər) qızı” əvəzinə, “X21” qızı kimi qeyd olunduğuna görə, ərizəçinin bu hüququnu həyata keçirməsində çətinlik yaranmışdır. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və sənədin qaynanasına məxsus olmasını başqa qaydada əldə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/370 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1430 “Q” nömrəli bağ sahəsinin X10 verilməsinə dair Bakı şəhər İK Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Vişnyovka-1 bağlar sahəsindəki 114 nömrəli BTK tərəfindən verilmiş 10 nömrəli orderin - xx.xx.1920-ci ildə Xızı rayonunda doğulmuş və xx.xx.1994-cü ildə ölmüş X17 (Əliəsgər) qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar