Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-396/2023 05.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh "Xalq Sığorta” ASC arasında xx.xx.2018-ci il tarixdə rəsmi bağlanmış əmək müqavilasi əsassız olaraq verilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddosinin "ç” maddəsinə əsasən (ƏM-nin 72-ci maddəsinin "e” bəndi üzrə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları naticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni manafeyinə ciddi xələl gətirməsi) işdən azad olunma maddəsinin ləğv edilməsi, işə bərpa olunmağı, ona dəymiş 9500 (doqquz min beş yüz) manatadak maddi və 3000 (üç min) manat mənəvi ziyanın kompensasiya olunaraq ödənilməsi və verilən əsassız töhmətin üzərindən götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlayaraq şirkətin satış idarəsinin “Nümayəndəlik və agentlərlə iş üzrə şöbəsi”nə satış üzrə agent vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə onu günahsız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" maddəsinə əsasən ( ƏM-nin 72-ci maddəsinin “e” bəndi üzrə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işdən azad edilmişdir. O özünü ittiham edilən səbəblərə görə günahkar bilmir. Rəhbərliyin ona işə götürüldüyü vaxtdan sığortalları vətəndaşlardan sənədlərib alıb, oradakı məlumatları onlayın sistemə daxil etmişdir. Sistemə daxil etdiyi sənədlərdə sistem xəta qeyd etdikdə, bu barədə rəhbərliyə məlumat vermişdir. Onun işdən çıxarılmağına səbəb olan sıöorta işini də sistemə daxil etmişdir. Sistem bu barədə heç bir xəta verməyib, o da sənədləşməni qanuni formada olaraq həmişəki kimi aparmışdır. Həm də müştərilərdən sığorta haqqı məbləğindən əlavə ödəniş almamışdır. Lakin rəbərlik iddia edir ki, o müştərilərdən əlavə pul alaraq və sistem üzərində hər hansı müdaxiləni etmişdir. Bu barədə o rəhbərlikdən maddi sübut istədikdə rəhbərlik ona heç bir sübut təqdim edə bilməmişdir. Çünki onun öhdəsində olan iş formasında heç bir qanun pozuntusu aşkar olunmamışdır. Sadəcə, rəhbərliyin və şirkətin hüquqşünası əsassız irad olaraq qərəzli və ya qanunsuz, ona uyğunsuz olaraq Azərbaycan Respublikasının əmək Məcəlləsinmin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əsasən ( ƏM-nin 72-ci maddəsinin “e” bəndi üzrə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işdən azad edilmişdir. Bu səbəbdən ona izahat yazdırıblar ki, “o izahatı yazsın, onlar bu izahatı sadəcə olaraq prosedur kimi qəbul edəcəklər, onu işdən azad etməyəcəklər.” O da izahatı yazmışdır. Rəhbərliyin göstərişlərini vaxtlı-vaxtında qüsursuz yerinə yetirmişdir. Buna görə də bir neçə ay öncə rəhbərlikdən təşəkkürnamə almışdır. Qeyd olunan müddətdə əmək müqaviləsində göstərilməyən əmək funksiyalarını da yerinə yetirmişdir, belə ki, rəsmi iş günlərində iş saatları həftənni 5 iş günü saaat 09:00-dan 18:00-dək işləməli olduğu halda, rəhbərliyin qeyri-qanuni göstərişi ilə əlavə olaraq gündəlik 1 saat və həftənin şənbə günləri də 10 saat əlavə olaraq işləmişdir. Ümumilikdə götürdükdə, təqribən iş saatlarından əlavə şənbə günləri 180 gün işləmişdir ki, bu da gündəlik 10 saatdan 1800 saat edir və əlavə iş günləri işlədiyi saatlar isə təqribən 800 saat edir. Bu isə 4 il ərzində 2600 saat -260 iş günü əlavə işləmək deməkdir. Bu da hər saatını 2,09 qəpikdən hesablasa 5434 manat edir. Artıq 3 aydan çoxdur ki, işləmir, buna görə də aylıq əmək haqlarından və bonuslardan məhrum olmuşdur. Hər ay 300 manat əmək haqqı və əmək haqqından əlavə ***-**** manat aralığında bonuslar alırmış. Bunları hesabladıqda 900 manat əmək haqqı və ortalama 3600 manat bonusları almamışdır. Bunlardan əlavə 2022-ci ilin iyul ayının 15-dən 29-dək verilməli olan satışa görə təxminən 200 manat bonusları da ödənilməyib. Ümumilikdə ona 9500 manatadək maddi ziyanj, 3000 manat da mənəvo ziyan dəymişdir. Bu barədə yuxarı rəhbərliyə və hüquq mühafizə orqanlarına işdən qzad oluna biləcəyinin qorxusundan məlumat verməmişdir. Tələb edir ki, onu yenidən işinə bərpa etməklə, işdə olmadığı müddət üçün ala bilmədiyi əmək haqqı məbləğindfə kompensasiya ödənsin, verilən əsassız töhmət silinsin. O artıq 4 aydır ki, işləmir, heç bir yerə də işə qəbul etmirlər. Bu səbəbdən tam maddi sıxıntıya məruz qalmışdır. Bu işlə bağlı mediasiyaya müraciət etmiş, mediasiya prosesində qarşı tərəf prosesə gəlməmiş, bu səbəbdən mediasiya prosesi yarımçıq qalmışdır. Hesab edir ki, ona 9500 manatatadək maddi və 3000 manat mənəvi ziyan dəyib, bu məbləğ kompensasiya olunaraq ödənilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Xalq Sığorta ASC ilə bağlanmış 206 K saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunmağı və ona dəymiş 9500 manatadək maddi və 3000 manat mənəvi ziyan kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixi, 206 k nömrəli əmrə əsasən İddiaçı 29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən Şirkətin satış idarəsinin Agentlərlə üzrə şöbəsinin satış üzrə agenti vəzifəsindən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan əmrlə İddiaçı ilə son haqq-hesab aparılmışdır. Qeyd edilməlidir ki, həmin iddia tələbi əsassızdır və hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, əmək müqaviləsinə xitamla bağlı əmrin veriməsindən 2 aya yaxın müddət keçdikdən sonra iddiaçı mübahisənin həll edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli mediasiya təklifi göndərmiş, Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli, MŞB/8-00094 saylı ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Hazırda xx.xx.2022-ci il tarixli 206 K nömrəli əmr iddiaçı tərəfindən mübahisələndirilir. Yuxarıda qeyd edilənlərə və AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, iddia müddətinin tətbiq edilərək İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və məcburi işdən azad olan günlər üçün kompensasiyanın ödənilməsi, əsassız töhmətin və maddənin götürülməsi” iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, müştərinin birinin şikayəti var idi. Şirkətin problemini müştərini aldadaraq ona yönəltmişlər, onda elə bir sistem yoxdur ki, etibarnamələrin etibarlılığını müəyyən etsin. O, sözügedən müştəridən 90 manat deyil, 55 manat almışdır.xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Həmçinin qeyd etmişdir ki, işdən çıxma barədə əmrin surətini xx.xx.2022-ci il ya da xx.xx.2022-ci il tarixdə alsa da, xəstəliyi səbəbindən mediasiyaya xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə ki, mədə problemi olduğu üçün bir müddət müalicə almış və müraciət etmək imkanı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia müddətini tətbiqinə dair ərizənin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Satış idarəsinin müdiri E.Abdullayev tərəfindən verilmiş təqdimatdan görünür ki, şikrətin satış idarəsinin əməkdaşı İddiaçı odlu vətəndaşdan artıq sığorta haqqı alaraq, ona məxsus avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqaviləni saxtalaşdırmış, aidiyyatı olmayan digər şəxsin adına müqavilə tərtib edərək, sığortalı X1 müqavilə təqdim etmişdir. Qeyd olunan faktın sübutu olaraq, sığortalı A.H.Fətəliyev əməkdaş İddiaçı çalışdığı ofisə gəldiyini, birbaşa olaraq sonuncuya 90 (doxsan) A7.N sığorta haqqı ödədiyini öz ərizəsində qeyd elmişdir. Bundan başqa xx.xx.2022-xx.xx.2022ci il dövr aralığı üzrə İddiaçı yazdığı 24 ədəd sığorta müqavilələrində müştərilərə xəbərdaredici sms-in getməməsi üçün, vətəndaşların mobil nömrələri qəsdən təhrif edilərək, müvafiq sistemə mövcud olmayan periferiksli nömrələr vüerilmişdir. Əmək fəaliyyəti müddətində yol verdiyi kobud səhvləri, hüquq pozuntularını və nəticədə Şirkətin nüfuzuna xələl gətirdiyini nəzərə alaraq, P.B. Babayev barəsində lazımi tədbir görülərək, müvafiq qərarın verilməsi xahiş edilmişdir. Xalq Sığorta ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 206K saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən şirkətin satış idarəsinin Agentlərlə iş üzrə şöbəsinin satış üzrə agenti vəzifəsində azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. Maliyyə idarəsinə bu əmrdə göstərilən işçi ilə son haqq-hesab aparmaası və xx.xx.2021- 2xx.xx.2022-ci il iş dövrü üçün istifadə etmədiyi 20 təqvim günü əmək məzuniyyətinə görə kompensasiya ödəməsi tapşırılmışdır. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ( ƏM-nin 72-ci maddəsinin “e” bəndi üzrə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) əmək müqaviləsinə xitam verilmişdir. İcbari Sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, həmin məlumatlarda əlaqə nömrəsi qrafasında mövcud olmayan periferiksli nömrələr qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci bəndində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən Şirkətin satış idarəsinin Agentlərlə üzrə şöbəsinin satış üzrə agenti vəzifəsindən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan əmrlə İddiaçı ilə son haqqhesab aparılmışdır. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı 2 aya yaxın müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddia müddətinin buraxılmasını səbəbini xəstə olması ilə əlaqələndirsə də məhkəməyə həmin halı təsdiq edəcək sübutları (xəstəlik vərəqini) təqdim etməmiş və iş materialları ilə həmin hallar müəyyən edilməmişdir. İş materiallarında olan ilkin medisaiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2021-ci il tarixdə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından da göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad olunmuş, işdən azad edilmə barədə əmrin surətini özünün bildirdiyi kimi xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında alsa da, o xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət etmişdir ki, bu da 2 aya yaxın müddət edir. Yəni iddiaçı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan 1 ay müddətində məhkəməyə və ya digər orqana müraciət etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edildiyindən, iddianın mənəvi ziyanın tutulması hissəsinin də müzakirə edilməsini, məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.” Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-396/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-396/2023
05.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver