Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4327/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən işdən azad olunması ilə bağlı məlum əmrin ləğv edilməsi, yenidən həmin vəzifəyə bərpa olunması, işəgötürənin təqsiri ucbatından ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi, işəgötürən tərəfindən ona vurulan mənəvi ziyana görə 10.000 manat məbləğində vəsaitin ödənilməsi və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki: 2.1. İddiaçı cavabdeh Paramed Klinikası tərəfindən xx.xx.2024-cü il tarixdə 1500 manat məbləğində pul ödəniləcək, əvəzində İddiaçı gələcəkdə Paramed Klinikasına qarşı heç bir iddia tələbi ilə məhkəmə və digər hüquq mühafizə orqanlarına müraciət etməməyi öhdəsinə götürür. 3.1. İddiaçı gələcəkdə Paramed Klinikasına qarşı heç bir iddia tələbi ilə məhkəmə və digər hüquq mühafizə orqanlarına müraciət etməməyi öhdəsinə götürür. 3.2. Paramed Klinikasına bu Sazişin 2.1-ci bəndində qeyd edilən məbləği xx.xx.2024-cü il tarixdə İddiaçı ödəməyi öhdəsinə götürür. 4.1. Bu Sazişin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Sazişə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflər imzaladıqdan sonra Sazişin tərkib hissəsi kimi müəyyən olunacaqdır. Bir tərəfli qaydada aparılan hər hansı bir əlavə və ya dəyişikliklər hüquqi qüvvəyə malik deyildir. 4.2. Barışıq Sazişi üç nüsxədə tərtib edilməklə, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Paramed Klinikasında, digər nüsxəsi isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilməsi üçün tərtib edilir. 4.3. X1 məhkəmə tərəfindən təsdiq edildikdə iş üzrə icraata xitam verilir. 4.4. Barışıq Sazişinin müddəaları tərəflər üçün məcburidir və icra edilmədiyi halda məcburi icraya yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, habelə tərəflərin barışıq sazişi bağlaması yolu ilə məhkəmə mübahisəsinin yekunlaşmasının əsaslarını təsbit etmişdir. Qanunvericiliyə görə məhkəmə bağlanmış barışıq sazişini o halda təsdiq edə bilər ki, həmin saziş qanunazidd olmasın və yaxud hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Göründüyü kimi, hazırki barışıq sazişi səlahiyyətli şəxslər tərəfindən bağlanmış olması səbəbilə qanunazidd deyildir və məhkəmə tərəfindən təsdiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış aşağıdakı məzmunda olan 29 oktyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: 2.1. İddiaçı cavabdeh Paramed Klinikası tərəfindən xx.xx.2024-cü il tarixdə 1500 manat məbləğində pul ödəniləcək, əvəzində İddiaçı gələcəkdə Paramed Klinikasına qarşı heç bir iddia tələbi ilə məhkəmə və digər hüquq mühafizə orqanlarına müraciət etməməyi öhdəsinə götürür. 3.1. İddiaçı gələcəkdə Paramed Klinikasına qarşı heç bir iddia tələbi ilə məhkəmə və digər hüquq mühafizə orqanlarına müraciət etməməyi öhdəsinə götürür. 3.2. Paramed Klinikasına bu Sazişin 2.1-ci bəndində qeyd edilən məbləği xx.xx.2024-cü il tarixdə İddiaçı ödəməyi öhdəsinə götürür. 4.1. Bu Sazişin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Sazişə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflər imzaladıqdan sonra Sazişin tərkib hissəsi kimi müəyyən olunacaqdır. Bir tərəfli qaydada aparılan hər hansı bir əlavə və ya dəyişikliklər hüquqi qüvvəyə malik deyildir. 4.2. Barışıq Sazişi üç nüsxədə tərtib edilməklə, bir nüsxəsi, İddiaçı, bir nüsxəsi Paramed Klinikasında, digər nüsxəsi isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilməsi üçün tərtib edilir. 4.3. X1 məhkəmə tərəfindən təsdiq edildikdə iş üzrə icraata xitam verilir. 4.4. Barışıq Sazişinin müddəaları tərəflər üçün məcburidir və icra edilmədiyi halda məcburi icraya yönəldilir. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-4327/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmıış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4327/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4327/2024
29.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver