Məhkəmə qərarları › İş №2(004)-704/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-704/2025

30.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-704/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, qərəzli və qanunsuz olaraq işdən çıxarılma və təhdid edilmə hallarının araşdırılaraq işə bərpa olunmağına, maddi və mənəvi zərərin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ali təhsillidir, X1 "iqtisadiyyat və idarəetmə" fakültəsini 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 2008-2020-ci illərdə "xxxx" QSC-də işləmiş, işlədiyi müddətdə işində heç bir ciddi nöqsan aşkar edilməmiş, hər ilin yekunu işçilərin fəaliyyətinin qiymətləndirilməsində əla qiymətləndirilmiş, xx.xx.2022-ci ildə "xxxx" ASC- nin Sahil filialına kredit inzibatlaşdırılması şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 6 aylıq olmaqla müddətli bağlanılmışdır. Müqaviləyə əsasən işçiyə hər ay 550 manat əmək haqqının ödənilməsi qeyd edilmişdir. İşlədiyi "xxxx" ASC-nin Sahil filialında işini layiqli, məsuliyyətli yerinə yetirmiş, mövcud prosedur qaydalarına əməl etmiş, sonuncu dəfə 2022-ci ilin yekununda işçilərin nəzəri biliklərinin yoxlanılması məqsədilə keçirilən attestasiyada 95 faiz nəticəsi olmuşdur.2022-ci ilin dekabr ayında işlədiyi Sahil filialında baş mütəxəssis vəzifəsində işləyən Tural Allahverdiyevin işində nöqsanlar aşkar etmiş, şirkəti aldatdığından şübhə etdiyi üçün filialın rəhbəri X7 Allahverdiyevin fəaliyyətinin yoxlanılmasının gərəkliyini bildirmişdir. Lakin, həmin vaxtdan filial rəhbərinin həm filialda təhqirlərinə, həm də işə gedib gələrkən tanımadığı insanlar tərəfindən təzyiqlərinə, təhdidlərinə məruz qalmışdır. 2023-cü ilin may ayında filial rəhbərinin hərəkətlərindən İdarə heyətinin sədr müavini Yaşar Kərimova şikayət etmişdir. Aydın olmuşdur ki, filial rəhbəri mart ayından ona heç bir məlumat vermədən adından özü izahat yazaraq əmək müqaviləsinə xitam vermişdir. Əmək haqqı kartına əmək haqqı köçürüldüyü və tibbi sığorta xidmətlərindən istifadə etdiyi üçün onun hüquqlarının pozulmasından xəbəri olmayıb və bu müddətdə müntəzəm olaraq işə çıxmış və vəzifə borcunu yerinə yetirmişdir. Filial rəhbəri Məhbubə Ziyatlı işdən çıxmağı üçün onu şərləyərək həbs etdirəcəyi ilə hədələmiş, xəbəri olmadan əmək müqaviləsinə xitam verilməsinə nail ola bildiyi üçün onun hədələrindən qorxmuşdur. Filial rəhbəri filialın işçilərilə birlikdə yığışaraq onu aşağılamış, filialda öz işini, vəzifə borcunu yerinə yetirməyə mane olmuşlar. Bundan başqa xx.xx.2023-cü il tarixində isə ona əvvəlcədən heç bir şifahi və ya yazılı xəbərdarlıq edilmədən müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsinə azı 1 həftə qalmış yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumat verilməlidir. Ona olunan təzyiqlər və təhqirlər, şərəf və ləyaqətimin alçaldılması, qəfil işdən çıxarılmağı ilə əlaqədar mənəvi sarsıntı yaşamış, səhhətində yaranan problemlərlə əlaqədar hüquqlarının bərpası üçün işdən çıxarıldıqdan bir ay ərzində məhkəməyə müraciət edə bilməmişdir. Hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Vitse Prezidenti, 1-ci xanımı Mehriban xanım Əliyevaya 2024-cü ilin aprel ayında müraciət ünvanlamışdır. Müraciət Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı şəhər idarəsinə göndərilmiş, baxılmış, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Hazırda ailəlidir, iki övladı var, işsizdir. Bakı 3 saylı Mediasiya Təşkilatına ilkin mediasiya sessiyasının keçirilməsi üçün müraciət etmişdir. xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayış əlavə etmişdir. Daha sonra İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraiət edərək, xx.xx.2023-cü il tarixli 155/A nömrəli əmək müqailəsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X8 elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz verərək, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(004)-6099/2024 saylı mülki iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-yə qarşı "işə bərpa və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 21 noyabr 2024-cü il tarixli iddia ərizəsi Yasamal rayon Məhkəməsinə müraciət edərək qərəzli və qanunsuz olaraq işdən çıxarılma və təhdid edilmə hallarının araşdırılaraq işə bərpa olunmasına, maddi və mənəvi zərərin ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Qeyd olunan iddia tələbi üzrə 2(004)- 6099/2024 saylı mülki iş icraatdadır və hazırlıq iclası 16 dekabr 2024-cü il tarixə saat 10:00-a təyin edilmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır, bu səbəbdən də qeyd olunan iddia tələbi rədd edilməlidir. Bildirirlər ki, İddiaçı ilə Bank arasında ilk dəfə 10 iyun 2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmışdır. Bundan sonra 13 iyun 2023-cü il tarixdə tərəflər arasında 10 iyun 2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında Əlavə Razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən “X10 Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 3 ay müddətinə bağlanmışdır”. 11 sentyabr 2023-cü il tarixdə saat 10:48-də İddiaçı istifadəsində olan mail ünvanına eyni tarixli bildiriş göndərilərək onunla Cavabdeh ASC arasında bağlanmış 10 iyun 2022-ci il tarixli 2911 nömrəli Əmək Müqaviləsinin müddəti 12 sentyabr 2023-cü il tarixində bitdiyini, qeyd olunanları nəzərə alaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə əsasən onunla bağlanılan əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar 12 sentyabr 2023-cü il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. Bundan sonra, 12 sentyabr 2023-cü il tarixli 155/A saylı Əmək Müqaviləsinə xitam verilməsi haqqında əmrlə Əmək Müqaviləsinin müddətinin qurtarması əsası ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə son iş günü 12 sentyabr 2023-cü il tarixi olmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 12 sentyabr 2023-cü il tarixli məktubla İddiaçı qızma bildirilmişdir ki, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2911 nömrəli əmək müqaviləsinə 155/A saylı xx.xx.2023-cü il tarixli əmrlə xitam verildiyi, həmçinin Bankın baş ofisinə yaxınlaşaraq əmək kitabçasını götürməsi və ya əmək kitabçasının göstərdiyi ünvana göndərilməsinə razılıq ərizəsi göndərməsi xahiş olunmuşdur. Həmçinin həmin məktubla 155/A saylı xx.xx.2023-cü il tarixli əmrin surəti İddiaçı göndərilmişdir. 12 sentyabr 2023-cü il tarixli məktub (bildiriş) 13 sentyabr 2023-cü il tarixdə İddiaçı qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı evin 186 saylı mənzilinə göndərilmişdir və həmin tarixdə İddiaçı əri Ramin Əliyev tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (12 sentyabr 2023-cü il tarixdə qüvvədə olan) 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin (hazırda qüvvədə olan} 73-cü maddəsinin 1 -ci hissəsinə əsasən isə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmək Məcəlləsinin tələblərindən də göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, heç bir pozuntuya yol verilməmişdir. Bu səbəbdən də hesab edirlər ki, iddia ərizəsi işə bərpa hissəsində rədd edilməlidir. Həmçinin bildirirlər ki, İddiaçı iddia ərizəsində göstərdiyi digər hallar, onun təhqirlərə məruz qalması, şərlənməsi, şərəf və ləyaqətinin alçaldılması, işdən çıxarılması ilə mənəvi sarsıntı yaşamasının heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən də hesab edirlər ki, iddia ərizəsi maddi və mənəvi zərərin ödənilməsi hissəsində də rədd edilməlidir. Bundan başqa, bildirirlər ki, iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu halı İddiaçı da etiraf edir və bu barədə iddia ərizəsində də qeyd etmişdir. Bu hal isə iddia tələbinin həm də bu əsasla rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən isə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin hallarından da göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş 11 sentyabr 2023-cü il tarixdə onun istifadəsində olan elektron poçt ünvanına göndərilmişdir. Həmçinin, onun işdən azad olunması barədə 12 sentyabr 2023-cü il tarixli əmrin surəti 13 sentyabr 2023-cü il tarixdə iddiaçının qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı evin 186 saylı mənzilinə göndərilmişdir və həmin tarixdə İddiaçı əri Ramin Əliyev tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının işdən çıxarılmasından 11 sentyabr 2023-cü il tarixdə məlumatı olmuşdur, lakin buna baxmayaraq 21 noyabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də hesab edirlər ki, həm də iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Cavabdeh ASC-nin nümayəndəsi X8 elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə verərək, İddiaçı Cavabdeh ASC-yə qarşı "işə bərpa və maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair 2(004)-6099/2024 saylı mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 21 noyabr 2024-cü il tarixli iddia ərizəsi Yasamal rayon Məhkəməsinə müraciət edərək qərəzli və qanunsuz olaraq işdən çıxarılma və təhdid edilmə hallarının araşdırılaraq işə bərpa olunmasına, maddi və mənəvi zərərin ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Qeyd olunan iddia tələbi üzrə 2(004)- 6099/2024 saylı mülki iş icraatdadır və hazırlıq iclası 16 dekabr 2024-cü il tarixə saat 10:00-a təyin edilmişdir. Bildirirlər ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır, həmçinin məhkəməyə müraciət olunarkən qanunla müəyyən edilmiş iddia müddəti buraxılmışdır, bu səbəbdən də iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı ilə Bank arasında ilk dəfə 10 iyun 2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmışdır. Bundan sonra 13 iyun 2023-cü il tarixdə tərəflər arasında 10 iyun 2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında Əlavə Razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən “X10 Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 3 ay müddətinə bağlanmışdır”. 11 sentyabr 2023-cü il tarixdə saat 10:48-də İddiaçı istifadəsində olan mail ünvanına eyni tarixli bildiriş göndərilərək onunla Cavabdeh ASC arasında bağlanmış 10 iyun 2022-ci il tarixli 2911 nömrəli Əmək Müqaviləsinin müddəti 12 sentyabr 2023-cü il tarixində bitir, qeyd olunanları nəzərə alaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək məcəlləsinin 73-cü maddəsinin 1 -ci hissəsinin və 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə əsasən onunla bağlanılan əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar 12 sentyabr 2023-cü il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. Bundan sonra, 12 sentyabr 2023-cü il tarixli 155/A saylı Əmək Müqaviləsinə xitam verilməsi haqqında əmrlə Əmək Müqaviləsinin müddətinin qurtarması əsası ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə son iş günü 12 sentyabr 2023-cü il tarixi olmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 12 sentyabr 2023-cü il tarixli məktubla İddiaçı bildirilmişdir ki, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2911 nömrəli əmək müqaviləsinə 155/A saylı xx.xx.2023-cü il tarixli əmrlə xitam verildiyi, həmçinin Bankın baş ofisinə yaxınlaşaraq əmək kitabçasını götürməsi və ya əmək kitabçasının göstərdiyi ünvana göndərilməsinə razılıq ərizəsi göndərməsi xahiş olunmuşdur. Həmçinin həmin məktubla 155/A saylı xx.xx.2023-cü il tarixli əmrin surəti İddiaçı göndərilmişdir. 12 sentyabr 2023-cü il tarixli məktub (bildiriş) 13 sentyabr 2023-cü il tarixdə İddiaçı qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı evin 186 saylı mənzilinə göndərilmişdir və həmin tarixdə İddiaçı əri Ramin Əliyev tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən isə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin hallarından da göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş 11 sentyabr 2023-cü il tarixdə onun istifadəsində olan elektron poçt ünvanına göndərilmişdir. Həmçinin, onun işdən azad olunması barədə 12 sentyabr 2023-cü il tarixli əmrin surəti 13 sentyabr 2023-cü il tarixdə iddiaçının qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri. Xətai rayonu, Neapol küçəsi, 41 saylı evin 186 saylı mənzilinə göndərilmişdir və həmin tarixdə İddiaçı əri Ramin Əliyev tərəfindən qəbul edilmişdir. Həmçinin, İddiaçı da iddia ərizəsində etiraf edir ki, iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Göründüyü kimi, iddiaçının işdən çıxarılmasından 11 sentyabr 2023-cü il tarixdə məlumatı olmuşdur, lakin buna baxmayaraq 21 noyabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də hesab edirik ki, həm də iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət və bank, kommersiya və fərdi məlumatların yayılmaması üzrə öhdəlik haqqında müqaviləsinə əsasən işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddı məsuliyyət daşıyır, habelə əmək münasibətləri və bu münasibətlərə xitam verildikdən sonra ona məlum olmuş “Fərdi məlumatlar haqqında-”, “Kommersiya sirri haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunlarında, “İnformasiyanın təsnifatı haqqında Bankın səlahiyyətli orqanı tərəfindən təsdiq edilmiş qaydasında, habelə öz vəzifəsindən irəli gələn işin yerinə yetirilməsi zamanı bankdaxili digər qayda, prosedur, təlimat və sair sənədlərdə nəzərdə tutulmuş bank, kommersiya və fərdi məlumatların bu Müqavilə ilə nəzərdə tutulmuş müddət ərzində yayılmamasına görə öhdəlik götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli vəzifə təlimatlarına əsasən mövcud biznes prosesləri və prosedurlara uyğun olaraq filiallar və MXD tərəfindən rəsmiləşdirilmiş və restrukturizasiya olunmuş kreditləri yoxlayır və Bankın daxili əməliyyat sistemində təsdiq edir (avtorizasiya); Ehtiyac yarandığı halda filiallarda qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirir, kredit üzrə məlumatları Bankın daxili əməliyyat sisteminə daxil edir; Cari kreditlərin restrukturizasiyası ilə bağlı təqdim olunan sənədləri yoxlayır və müqavilələri hazırlayır; Ehtiyac yarandığı halda filiallarda kredit verilməsi ilə əlaqədar Bankın daxili qaydalarına əsasən hesablar açır; Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət edir və daxili prosedura əsasən arxivləşdirir; Kreditlərin rəsmiləşdirilməsi və təsdiqi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra edir; Bankın daxili prosedurlara əsasən kredit ödənişləri ilə bağlı bankın daxili əməliyyat sistemində standart və qeyri-standart silinmə əməliyyatları aparır; İş prosesində Bankın digər struktur bölmələri ilə sıx və effektiv əməkdaşlıq edir; Yeni cəlb edilən əməkdaşların/təcrübəçilərin hazırlanmasında, nəzəri və təcrübi biliklərinin artırılmasında bilavasitə iştirak edir; Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələri yerinə yetirir; Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına daim riayət edir; Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır; Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur; Bu Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə Departament direktoruna məlumat verir. Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2911 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Kredit inzibatlaşdırılması şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.1-ci yarımbəndinə əsasən X10 Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əlavə edilməklə onların qarşılıqlı razılığı ilə 10 iyun 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək 6 ay müddətində bağlanılmışdır. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əlavə razılaşmaya əsasən bir tərəfdən Azərbaycan Respublikası qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh ASC, İşəgötürənin səlahiyyətlərini həyata keçirən İdarə Heyətinin sədri X6 şəxsində və digər tərəfdən İddiaçı (bundan sonra müvafiq olaraq “İşəgötürən” və “İşçi”, birlikdə “Tərəflər”) arasında bağlanmış 2911 saylı, xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə (bundan sonra “Əmək Müqaviləsi”) əlavə razılaşma ilə (bundan sonra Əlavə Razılaşma) aşağıdakı əlavə və dəyişikliklərin edilməsinə dair razılığa gəlirlər: 1.X11 xx.xx.2023-cü il tarixindən qüvvəyə minir və qüvvəyə mindiyi tarixdən etibarən Əmək Müqaviləsinin 2.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada müəyyən edilir. “2.1. X10 Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 3 ay müddətinə bağlanmışdır.” 2. X11 ilə Əmək Müqaviləsinin toxunulmayan digər bəndləri dəyişdirilmədən saxlanılır. 3. X11 Azərbaycan dilində 2 (iki) nüsxədə tərtib olunur. Nüsxələrdən biri İşəgötürəndə, ikincisi isə İşçidə saxlanılır. 4. X11 tərəflər arasında bağlanmış Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur və əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikası Əmək məcəlləsi ilə müəyyənləşdirilmiş müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-5/1-Ə-19904/2024 nömrəli məktubuna əsasən İddiaçı Cavabdeh ASC-də və "xxxx" QSC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Məlum edirlər ki, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciəti əsasında X5 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli 3-17-5/2-Ə-38200/2024 nömrəli məktubla cavablandırılmışdır. Bir daha nəzərinə çatdırılmışdır ki, müraciəti ilə əlaqədar ətraflı izahat verilməsi və əmək haqqına dair bank hesabından çıxarışın təqdim edilməsi məqsədi ilə ünvanınına (AZ1149 Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 41 mənzil 186) xx.xx.2024-cü il tarixli 3-17-5/2-Ə-26614/2024 nömrəli məktub göndərilmişdir. Müraciətində və İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 5 saylı Bakı DOST Mərkəzində verdiyi xx.xx.2024- cü il tarixli izahatında xx.xx.2008-ci il tarixindən 04.11,2020-ci il tarixınədək "xxxx" QSC-də işlədiyini və şəxsi ərizəsi əsasında əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyini, həmçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixınədək Cavabdeh ASC-də işlədiyini və əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyini qeyd etmiş, eyni zamanda əmək haqqı bank hesabından çıxarışı təqdim etmişdir. Nəzərinə çatdırılmışdır ki, Cavabdeh ASC-nin ünvanına (AZ1122 Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi pr., ev 81K) tərəflərindən xx.xx.2024-cü il tarixli 3- 17-5/2-26612/2024 nömrəli, "xxxx" QSC-nin ünvanına isə (AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tiblisi pr, ev 3 məhəllə 1033) xx.xx.2024-cü il tarixli 3-17-5/2- 26613/2024 nömrəli məktublar göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. İddiaçı sorğusuna əsasən "xxxx" QSC tərəfindən X5 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və sənədlərə baxış keçirilərkən onunla “Accesbank" QSC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə 04.11,2020-ci il tarixində şəxsi ərizəsi əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Cavabdeh ASC tərəfindən X5 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və sənədlərə əsasən bildirirlər ki, o, “Yelo Bank" ASC-nin işəgötürəni ilə bağladığı xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi ilə “mütəxəssis” vəzifəsi üzrə işə qəbul edilmişdir. Onunla Cavabdeh ASC- nin işəgötürəni ilə arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Müraciəti ilə əlaqədar tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onunla "xxxx" QSC işəgötürəni arasında xx.xx.2008-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2020-ci il tarixində Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən, Cavabdeh ASC-nin işəgötürəni ilə aranızda xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2023-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən qüvvədə düşdüyü məlum olmuşdur. Bildirirlər ki, təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışlara baxış keçirilərkən işdən azad olunarkən xx.xx.2020-ci il tarixində "xxxx" QSCnin işəgötürəni tərəfindən 93.33 (doxsan üç manat 33 qəpik) məbləğində, xx.xx.2023-ci il tarixində Cavabdeh ASC-nin işəgötürəni tərəfindən 612.15 (altı yüz on iki manat 15 qəpik) məbləğində son haqq-hesabın əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Məlum edirlər ki, əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və əmək müqavilələrini ləğv etmək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işəgötürənin əsas hüquqlarına aid edilmişdir, eyni zamanda işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Bu səbəbdən onun əvvəlki işinə bərpa edilməsi möəqsədilə "xxxx" ASC-nin rəhbərliyinə müraciət etmək hüququ və müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 155/A nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən İddiaçı (606546) - Yelo Bank ASC-nin Kredit inzibatlaşdırılması şöbəsinin mütəxəssis (iş yeri Sahil filialı) ilə bağlanmış əmək müqaviləsinə son iş günü "12" Sentyabr 2023-cü il tarixi olmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı göndərilən xx.xx.2023-cü il tarixli bildirişə əsasən Cavabdeh ASC arasında bağlanılmış 10 iyun 2022-ci il tarixli, 2911 №-li Əmək Müqaviləsinin müddəti 12 sentyabr 2023-ci il tarixində bitir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə və 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə əsasən onunla bağlanılan əmək müqaviləsinə müddətinin bitməsi ilə əlaqədar 12 sentyabr 2023-cü il tarixindən etibarən xitam verilir. İş materiallarında olan Ulkar Jamalova tərəfindən Yegana Aliyevaya ünvanlanmış xx.xx.2023-cü il tarixli mail məktubuna əsasən əlavədə təqdim olunan bildirişlə tanış olmağı xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı göndərilən xx.xx.2023-cü il tarixli, xx-xx/3740-23 nömrəli bildirişə əsasən İddiaçı ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2022-cü i! tarixli 2911 №-li əmək müqaviləsinə 155/A saylı xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir. Əmək müqaviləsinin ləğvi barədə əmrin surəti məktubla birlikdə ona təqdim olunur. Xahiş edirlər ki, Azərbaycan, Bakı şəh., H.Zərdabi pr. 81К ünvanında yerləşən Yelo Bank ASC - nin baş ofisinə yaxınlaşıb əmək kitabçasını götürülməsini və ya əmək kitabçasını göstərdiyi ünvana göndərilməsinə dair razılıq ərizənizi göndərilməsi təklif olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Məvəkkilinə (Ombudsmanına) mail vasitəsilə ünvanlandığı müraciətə əsasən o, xx.xx.2022-ci il tarixində YeloBank ASC- nin Sahil filialına kredit inzibatçısı işinə qəbul edildiyini, həmin ilin dekabr ayında işlədiyi filialın baş mütəxəssisi Tural Allahverdiyevin işində nöqsanlar aşkar etdiyi üçün filialın rəhbəri X3 fəaliyyətinin yoxlanılmasının gərəkliyini bildirmişdir. Tural Allahverdiyev işdən çıxarılmışdır. Lakin, bundan sonra filial rəhbəri Məhbubə Ziyatlı tərəfindən çoxsaylı problemlər, işdə və işdən kənar hədələnmələr, təzyiqlərlə, tanımadığı şəxslər tərəfindən təqiblərlə qarşılaşmışdır. 2023-cü ilin may ayında isə filial rəhbərinin hərəkətlərindən İdarə heyətinin sədr müavini Yaşar Kərimova şikayətini çatdırmışdır. Məlum olmuşdur ki, filial rəhbəri Məhbubə Ziyatlı onu mart ayından xəbəri olmadan onun adından izahat yazaraq əmək müqaviləsinə xitam vermiş və Turalın işləri məhkəməyə verildiyi üçün bu təzyiqləri etmişdir. Əmək haqqı kartına əmək haqqı yükləndiyi üçün və tibbi sığorta xidmətlərindən istifadə etdiyi üçün işdən çıxarıldığından xəbərim olmayıb və bu müddətdə işə çıxmışdır. Lakin, bundan sonra da rəhbər vəzifədə işləyən Yaşar Soltanovun və Yaşar Kərimovun tapşırığı ilə filial rəhbəri və işçilər birlikdə onu heç bir təqsiri olmadan aşağılamışlar. İyul 2023-cü ildə onu 2 həftə başını qaldırmamağa, baxmamağa məcbur edirdilər, danışmasın, gələn zənglərə cavab verməsin, işini görməsin, hərəkət etməsin, deyilənləri etmədikdə isə işdə saat 6-da çıxmalı olduğu halda heçbir tapşırıq olmadan saat 8 e qeder saxlamışlar, metroda tanımadığı adamlar tərəfindən qorxudulmuş, filial rəhbərinin onu şərləyib, həbs etdirəcəyi barədə məhkəməyə verdiyi hədələrindən qorxmuşdur. xx.xx.2023 tarixdə isə əvvəlcədən məlumat verilmədən onun əmək müqaviləsinə xitam verilmişdir. Yaşadığı bütün bu hadisələrdən hələ də mənəvi sarsıntı yaşayır. Hüquqlarının müdafiə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Məvəkkilinin (Ombudsmanın) Aparatının 11 dekabr 2024-cü il tarixli, 2-5/2-33126/2024 nömrəli İddiaçı ünvanlandığı məktubuna əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına daxil olmuş İddiaçı ərizəsinə cavab olaraq bildirirlər ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.1-ci maddəsinə əsasən, Ombudsman vəzifəsi Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir. Eyni zamanda, qeyd edirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxıldığını nəzərə alaraq, məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli poçt qəbzinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı ünvan 6 ünvanına bildiriş göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (yeni redaksiyada - müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur). 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC-nin Sahil filialına xx.xx.2022-ci il tarixindən xx.xx.2022-cü il tarixinədək 6 ay müddətinə Kredit inzibatlaşdırılması şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əlavə razılaşmaya əsasən xx.xx.2022-ci il tarixli əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 3 ay müddətinə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilərək işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə və iddiaçının bu barədə məlumatlı olmasına baxmayaraq, İddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən məlumatlı olsa da, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmiş və əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar