Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2120/2025 27.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Cavabdeh ASC-nin Gənclik filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Cavabdeh ASC-nin Gənclik filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə Cavabdeh ASC ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddiaçı ilə aralarında barışıq sazişinin imzalandığını, barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. SAZİŞİN PREDMETİ 1.1. Bu Saziş İddiaçı TuranBank Açq Səhmdar Cəmiyyəti və Cavabdeh Rǝhimxanova Dilbər Arzuman qızının arasında olan məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır. 1.2. X10 ( bundan sonra "xxxx" adlanacaq ) əsasən Cavabdeh TuranBank ASC İddiaçı əmək kitabçasına düzəliş etməyi və düzəlişlə bağlı X5 müraciət ünvanlamağı , İddiaçı isə ünvan 1əbindən və məhkəmədə qaldırılmış iddadan imtina etməyi öhdəsinə götürür .
2. SAZİŞİN ƏSAS ŞƏRTLƏRİ 2.1. İddiaçı Cavabdeh TuranBank Açıq Səhmdar Cəmiyyətinə qarşı " işdən çıxarılma barədə əmrin ləğv edilməsi , işə bərpa edilmə və ödənilməmiş əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi " tələbi ilə məhkəmədə iddia qaldırmışdır. 2.2. İddia tələbinə üzrə e-2 (004)-2120/2025 saylı əmək mübahisəsi üzrə iş hazırda Yasamal rayon Məhkəməsində (bundan sonra "Məhkəmə" adlanacaq), hakim Kərim Xudayevin icraatındadır. 2.3. Tərəflər razılığa gəlirlər ki , İddiaçı Bankın "Gənclik" filialında işlədiyi dövrdə valyuta alqı-satqısı ilə əlaqədar pozuntulara yol verərək, yaxın qohumlarının adlarına xarici valyuta satışı əməliyyatları icra etmişdir. 2.4. Hazırda tərəflər bu Sazişi imzalamaqla, əmək mübahisəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşdurlar. Belə ki , Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, tərəflərin qarşılıqlı razılığına əsasən: 2.4.1. İddiaçı X2 bu Sazişi imzalamaqla cavabdeh TuranBank Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırdığı, Yasamal rayon Məhkəməsindin icraatında olan e-2 (004 )-2120/2025 saylı iş üzrə "işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa edilmə və ödənilməmiş əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" barədə iddia tələbindən imtina edir və və cavabdehǝ qarşı yeni iddia qaldırmayacağını, heç bir şikayət verməyəcəyini öhdəsinə götürür. 2.4.2. İddiaçı bu Sazişin 2.3-cü bənddə qeyd edilən pozuntuya yol verdiyini etiraf edərək, barəsində Bank tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç ) bəndinə əsasən tətbiq edilən intizam tənbehini qəbul edir və səmimi peşmançılığını bildirərək, bu barədə ərizə ilə Cavabdeh TuranBank ASC-yə müraciət edir . 2.4.3. TuranBank ASC onun səmimi peşmançılığını nəzərə alaraq İddiaçı işə bərpa olunmadan, yeni əmr verməklə əmək kitabçasına onun ərizəsi əsasında (Əmək Məcəlləsinin 68 - ci maddəsinin a) bəndi ilə işdən azad edilməsinə dair qeyd yazılmasını (düzəliş edilməsini) təmin edir. 2.4.4. Həmçinin Cavabdeh TuranBank ASC Əmək və X8 düzəliş edilməsi ilə bağlı mümkün olan tədbirləri icra edərək, bu barədə müraciəti ( düzəlişi məktubunu ) aidiyyatı dövlət orqanına göndərir . 2.4.5. İddiaçı X2 qəbul edir ki, barışıq Sazişi onun işə bərpa edilməsi, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi üçün hüquqi əsas hesab edilə bilməz . Cavabdeh TuranBank ASC bu Saziş əsasında yalnız İddiaçı əmək kitabçasına onun ərizəsi əsasında işdən azad edilməsinə dair düzəliş etmək və bu barədə Əmək və X8 düzəliş edilməsi üçün müvafiq dövlət orqanına müraciət məktubu götürmək öhdəliyi götürür . 2.4.6. Eyni zamanda İddiaçı X2 qəbul edir ki, gələcəkdə ixtisasına ( peşəsinǝ ) uyğun olaraq işə qəbul ola bilmədiyi, eləcə də müvafiq dövlət orqanını tərəfindən Əmək və X6 düzəliş edilmədiyi hallara görə Cavabdeh TuranBank ASC heç bir məsuliyyət daşımır və İddiaçı buna görǝ Cavabdehi təqsirkar hesab edə və barəsində şikayət edə bilməz. 2.4.7. İddiaçı bəyan edir ki, hazırkı Saziş imzalananadək hazırkı məsələ ilə bağlı hər hansı dövlət orqanına (X7 Xidmətinə və s.) müraciət etməyib və bu barədə hər hansı dövlət orqanının icraatında araşdırma yoxdur . 2.5. Tərəflər bəyan edir ki, bu Saziş imzalandıqdan sonra, hər hansı tərəf e-imza və şəxsi kabinet vasitəsi ilə yaxud bilavasitə təqdim etməklə Sazişi e-mehkeme.gov.az portalına daxil edərək Məhkəməni məlumatlandıracaq. 2.6. Bu Sazişin 2.4.1-ci bəndinin icrası ilə eyni vaxtda İddiaçı iddiadan imtina barədə ərizəni müvafiq qaydada imza və möhürlə təsdiq edib , eyni qaydada e-mehkeme.gov.az portalına daxil edəcək.
3. SAZİŞİN MÜDDƏTİ 3.1. Bu Saziş imzalandığı gündən qüvvəyə minir və öhdəliklər icra edildikdən sonra qüvvədən düşəcəkdir. 3.2. Bu Sazişin 2.4.1-2.4.7-ci yarım bəndləri müddətsizdir və daimi qüvvəsini saxlayır. 4 . TƏRƏFLƏRİN MƏSULİYYƏTLƏRİ 4.1. Tərəflər Sazişdə nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımınca icra edilməməsi ücün məsuliyyət daşıyır. 4.2. Tərəflər bu Saziş üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədikdə, vurduqları zərəri digər tərəfə ödəməyə borcludurlar.
5. SAZİŞƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ 5.1. Bu Sazişə bütün əlavə və dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. 5.2. Bu Sazişə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir. 5.3. Bu Sazişə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər.
6. YEKUN MÜDDƏALAR 6.1. Hazırki Saziş ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. 6.2. Hazırki Saziş hər biri 3 ( üç ) səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik və hər Tərəf üçün bir nüsxə olmaqla, iki nüsxədə tərtib edilmişdir. Saziş imza və möhürlə təsdiq edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Cavabdeh ASC-nin Gənclik filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 26 may 2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Cavabdeh ASC-nin Gənclik filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında 26 may 2025-ci il tarixdə bağlanmış aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. SAZİŞİN PREDMETİ 1.1. Bu Saziş İddiaçı TuranBank Açq Səhmdar Cəmiyyəti və Cavabdeh Rǝhimxanova Dilbər Arzuman qızının arasında olan məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır. 1.2. X10 ( bundan sonra "xxxx" adlanacaq ) əsasən Cavabdeh TuranBank ASC İddiaçı əmək kitabçasına düzəliş etməyi və düzəlişlə bağlı X5 müraciət ünvanlamağı , İddiaçı isə ünvan 1əbindən və məhkəmədə qaldırılmış iddadan imtina etməyi öhdəsinə götürür .
2. SAZİŞİN ƏSAS ŞƏRTLƏRİ 2.1. İddiaçı Cavabdeh TuranBank Açıq Səhmdar Cəmiyyətinə qarşı " işdən çıxarılma barədə əmrin ləğv edilməsi , işə bərpa edilmə və ödənilməmiş əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi " tələbi ilə məhkəmədə iddia qaldırmışdır. 2.2. İddia tələbinə üzrə e-2 (004)-2120/2025 saylı əmək mübahisəsi üzrə iş hazırda Yasamal rayon Məhkəməsində (bundan sonra "Məhkəmə" adlanacaq), hakim Kərim Xudayevin icraatındadır. 2.3. Tərəflər razılığa gəlirlər ki , İddiaçı Bankın "Gənclik" filialında işlədiyi dövrdə valyuta alqı-satqısı ilə əlaqədar pozuntulara yol verərək, yaxın qohumlarının adlarına xarici valyuta satışı əməliyyatları icra etmişdir. 2.4. Hazırda tərəflər bu Sazişi imzalamaqla, əmək mübahisəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşdurlar. Belə ki , Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, tərəflərin qarşılıqlı razılığına əsasən: 2.4.1. İddiaçı X2 bu Sazişi imzalamaqla cavabdeh TuranBank Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırdığı, Yasamal rayon Məhkəməsindin icraatında olan e-2 (004 )-2120/2025 saylı iş üzrə "işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa edilmə və ödənilməmiş əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" barədə iddia tələbindən imtina edir və və cavabdehǝ qarşı yeni iddia qaldırmayacağını, heç bir şikayət verməyəcəyini öhdəsinə götürür. 2.4.2. İddiaçı bu Sazişin 2.3-cü bənddə qeyd edilən pozuntuya yol verdiyini etiraf edərək, barəsində Bank tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç ) bəndinə əsasən tətbiq edilən intizam tənbehini qəbul edir və səmimi peşmançılığını bildirərək, bu barədə ərizə ilə Cavabdeh TuranBank ASC-yə müraciət edir . 2.4.3. TuranBank ASC onun səmimi peşmançılığını nəzərə alaraq İddiaçı işə bərpa olunmadan, yeni əmr verməklə əmək kitabçasına onun ərizəsi əsasında (Əmək Məcəlləsinin 68 - ci maddəsinin a) bəndi ilə işdən azad edilməsinə dair qeyd yazılmasını (düzəliş edilməsini) təmin edir. 2.4.4. Həmçinin Cavabdeh TuranBank ASC Əmək və X8 düzəliş edilməsi ilə bağlı mümkün olan tədbirləri icra edərək, bu barədə müraciəti ( düzəlişi məktubunu ) aidiyyatı dövlət orqanına göndərir . 2.4.5. İddiaçı X2 qəbul edir ki, barışıq Sazişi onun işə bərpa edilməsi, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi üçün hüquqi əsas hesab edilə bilməz . Cavabdeh TuranBank ASC bu Saziş əsasında yalnız İddiaçı əmək kitabçasına onun ərizəsi əsasında işdən azad edilməsinə dair düzəliş etmək və bu barədə Əmək və X8 düzəliş edilməsi üçün müvafiq dövlət orqanına müraciət məktubu götürmək öhdəliyi götürür . 2.4.6. Eyni zamanda İddiaçı X2 qəbul edir ki, gələcəkdə ixtisasına ( peşəsinǝ ) uyğun olaraq işə qəbul ola bilmədiyi, eləcə də müvafiq dövlət orqanını tərəfindən Əmək və X6 düzəliş edilmədiyi hallara görə Cavabdeh TuranBank ASC heç bir məsuliyyət daşımır və İddiaçı buna görǝ Cavabdehi təqsirkar hesab edə və barəsində şikayət edə bilməz. 2.4.7. İddiaçı bəyan edir ki, hazırkı Saziş imzalananadək hazırkı məsələ ilə bağlı hər hansı dövlət orqanına (X7 Xidmətinə və s.) müraciət etməyib və bu barədə hər hansı dövlət orqanının icraatında araşdırma yoxdur . 2.5. Tərəflər bəyan edir ki, bu Saziş imzalandıqdan sonra, hər hansı tərəf e-imza və şəxsi kabinet vasitəsi ilə yaxud bilavasitə təqdim etməklə Sazişi e-mehkeme.gov.az portalına daxil edərək Məhkəməni məlumatlandıracaq. 2.6. Bu Sazişin 2.4.1-ci bəndinin icrası ilə eyni vaxtda İddiaçı iddiadan imtina barədə ərizəni müvafiq qaydada imza və möhürlə təsdiq edib , eyni qaydada e-mehkeme.gov.az portalına daxil edəcək.
3. SAZİŞİN MÜDDƏTİ 3.1. Bu Saziş imzalandığı gündən qüvvəyə minir və öhdəliklər icra edildikdən sonra qüvvədən düşəcəkdir. 3.2. Bu Sazişin 2.4.1-2.4.7-ci yarım bəndləri müddətsizdir və daimi qüvvəsini saxlayır. 4 . TƏRƏFLƏRİN MƏSULİYYƏTLƏRİ 4.1. Tərəflər Sazişdə nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımınca icra edilməməsi ücün məsuliyyət daşıyır. 4.2. Tərəflər bu Saziş üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədikdə, vurduqları zərəri digər tərəfə ödəməyə borcludurlar.
5. SAZİŞƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ 5.1. Bu Sazişə bütün əlavə və dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. 5.2. Bu Sazişə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir. 5.3. Bu Sazişə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər.
6. YEKUN MÜDDƏALAR 6.1. Hazırki Saziş ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. 6.2. Hazırki Saziş hər biri 3 ( üç ) səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik və hər Tərəf üçün bir nüsxə olmaqla, iki nüsxədə tərtib edilmişdir. Saziş imza və möhürlə təsdiq edildiyi gündən qüvvəyə minir. İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Cavabdeh ASC-nin Gənclik filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardadın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kərim Xudayev