Məhkəmə qərarları › İş №2(011)-4084/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4084/2022

22.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4084/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2021-ci il tarixli SOCAR **********00070020B000129 saylı saylı əmrini ləğv edib, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı Regional Qaz istismarı Departamentinin Mərkəzi Texniki İstismarı Xidmətində çilingər peşəsinə bərpa edilməsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən iddiaçının xeyrinə 7500 manat maddi və 7500 manat mənəvi ziyanın tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasında İddiaçı bildirdi ki, 2018-ci ilin yanvar ayından cavabdehin Qaz istismarı Departamentinin Mərkəzi Texniki İstismarı Xidmətində çilingər peşəsində işləmiş, əmək funksiyasını lazımınca yerinə yetirmişdir, xx.xx.2020-ci il tarixdə axırıncı xəbərdarlıqla şiddətli töhmət almış, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən qərəzli olaraq işdən çıxarılmışdır, bu barədə araşdırılması üçün digər orqanlara Təhlükəsizlik xidmətinə, Əmək Müfəttişliyinə müraciət etmişdir, bundan başqa əmək mübahisəsindən irəli gələn tələblər üzrə bir neçə dəfə məhkəmədə iddia qaldırmışdır, hazırkı tələbin əsası fərqlidir, iddia tələbi üzrə iş məhkəmə baxışına təyin olunmalıdır, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.N.Əliyev bildirdi ki, hazırki tələblə bağlı artıq bir neçə dəfə Bakı şəhəri Xətai rayon Məhkəməsində 2021-ci ildə Qətnamələr çıxarılmışdır, onlar qanuni qüvvəsini almışdır, iddia tələbləri eyni cavabdehə qarşı eyni əsasla və eyni predmetlə bağlıdır, həmin qərardad və qətnamələr iş materiallarına da əlavə edilmişdir, göründüyü kimi hazırki məsələyə birinci və apellyasiya instansiyası məhkəməsində baxılmışdır, buna görə də hazırki mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı iddia tələbi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2021-ci il tarixli SOCAR **********00070020B000129 saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdeh Bakı Regional Qaz istismarı departamentinin Mərkəzi texniki istismarı xidmətində çilingər peşəsinə bərpa edilməsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən iddiaçının xeyrinə 7500 manat maddi və 7500 manat mənəvi ziyanın tutulması barədədir, maddi və mənəzi zərərin əsasını iddiaçının işdən azad olunması təşkil edir, tərəflər İddiaçı və Cavabdehdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2919/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh İB-nə qarşı xx.xx.2018-ci il tarixli, 19 nömrəli müqavilənin xitam edilməsi barədə xx.xx.2021-ci il tarixli, SOCAR **********00070020B00129 saylı əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuş hallardan görünür ki, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa tələbinə dairdir, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdehdir, iddianın əsasını iddiaçının cavabdehlə xx.xx.2018-ci il tarixdə aralarında bağlanmış 19 №li müqavilənin xitam olunması barədə xx.xx.2021-ci il tarixli, SOCAR**********000070020B00129 saylı əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması təşkil edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(011)-4663/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəmsinin 2(011)- 2919/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5021/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı – onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 19 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ona dəymiş 150000 manat mənəvi ziyanın ödənilməsi, onunla yenidən müddətsiz əmək müqaviləsinin bağlanması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuş hallardan görünür ki, iddia tələbi müqavilənin etibarsız hesab edilməsi, dəymiş 150000 manat mənəvi zərərin ödənilməsi və müddətsiz əmək müqaviləsinin bağlanması tələbinə dairdir, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdehdir, zərərin əsasını iddiaçının işdən qanunsuz çıxarılması təşkil edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(011)-8774/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5021/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4887/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh İB-nə qarşı – onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 19 nömrəli müqavilənin xitam edilməsi haqqında cavabdehin xx.xx.2021-ci il tarixli, N:SOCAR **********00070020B00129 saylı əmrinin ləğv edilməsi və onunla yenidən müddətsiz müqavilənin bağlanması barədə iddia ərizəsi ərizənin yolverilməzliyinə görə (eyni tələblə, eyni cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən) qəbul edilməsindən imtina edilmişdir. Göründüyü kimi, 2(011)-4084/2022 saylı iş üzrə eyni tərəflər (İddiaçı və Cavabdeh) arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2919/2021 saylı xx.xx.2021-ci il tarixli və 2(011)-5021/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamələri qəbul edilmiş və qanuni qüvvəsini almışlar. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin olması hazırkı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli 19220 saylı Qəbzdən görünür ki, "xxxx" ASC vasitəsilə İddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 261.0.2, 262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı, Cavabdehnə qarşı “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2021-ci il tarixli SOCAR **********00070020B000129 saylı əmrini ləğv edib, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı Regional Qaz istismarı Departamentinin Mərkəz Texniki İstismarı Xidmətində çilingər peşəsinə bərpa edilməsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən iddiaçının xeyrinə 7500 manat maddi və 7500 manat mənəvi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar