Məhkəmə qərarları › İş №2(004)-3961/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3961/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3961/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, X1 katibliyiilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh vəfat etdiyi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əslinin geri qaytarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan dövr ərzində işin halları ilə iş üzrə Cavabdeh xx.xx.2019-cu il tarixdə ölməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ölmüşdür. Göründüyü kimi, iddia ərizəsi verilərkən cavabdeh kimi göstərilən Cavabdeh artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Məhkəmə iddia ərizəsni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddısinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki peosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyrimümkündür. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s..) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Qanunun qeyd oluna normasının tələbindən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırki işdə isə cavabdeh kimi göstərilmiş Cavabdeh tərəf kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazır ki işdə tərəf statusu əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddısinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim işə xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hazırki halda mülki iş üzrə iddia tələbinə məhkəmə qaydasında baxılmalı olmadığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 262-ci və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar