Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3961/2025 12.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə2, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Ərizəçi Maraqlı şəxsnə qarşı “daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Ərizəçi Maraqlı şəxsnə qarşı “daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Ərizəçi Maraqlı şəxsnə məxsus Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı, V0L0TGF35X2091588 ban nömrəli nəqliyyat vasitəsinin sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı, V0L0TGF35X2091588 ban nömrəli nəqliyyat vasitəsi 10 ildən çox müddətdir ki, istifadəsiz qalmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı, V0L0TGF35X2091588 ban nömrəli nəqliyyat vasitəsinin istismara yararlı olub-olmaması, yararlı olduğu təqdirdə faktiki bazar qiymətinin müəyyən edilməsi üçün Ərizəçi Tovuz Gömrük İdarəsi tərəfindən 15 aprel 2025-ci il tarixli 3-33-2000/2-001213/2025 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tədqiqata təqdim edilmiş “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin faktiki bazar qiymətinin 4000 (dörd min) manat olması barədə 16 aprel 2025-ci il tarixli 07-T nömrəli ekspert rəyin tərtib etmişdir. Hazırki ərizəyə əlavə edilmiş sərhədkeçmə məlumatlarından müəyyən edilir ki, “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Gürcüstan Respublikası vətəndaşı İnasaridze Ramini xx.xx.2014-cü il tarixdə (saat 18:41də) Qırmızı Körpü dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikası ərazisinə keçsə də həmin tarixdə saat 21:33-də nəqliyyat vasitəsi olmadan Azərbaycan Respublikası ərazisini tərk etmişdir. Qeyd edilənlərdən də göründüyü kimi “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (10 il 11 ay 21 gün) Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılır və nəqliyyat vasitəsi olan daşınar əşyaya 2014-cü il tarixdən Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanılmışdır. Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsinin sahibliyə verilməsi ilə əlaqədar 2014-cü il tarixdən Dövlət Gömrük Komitəsinə müraciət olunmamışdır. Belə olan təqdirdə Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı, V0L0TGF35X2091588 ban nömrəli nəqliyyat vasitəsinin sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 ərizənin təmin olunması məsələsini məhkəmənin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Ərizəçi Tovuz Gömrük İdarəsinə təqdim edilmiş 16 aprel 2025-ci il tarixli 07-T nömrəli ekspert rəyinə əsasən “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin faktiki bazar qiyməti 4000 (dörd min) manat müəyyən olunmuşdur. İş materiallarında olan AR Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi X1-İstintaq Baş İdarəsinin rəis müavini Vüqar Ələkbərova ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Tovuz Gömrük İdarəsi xx.xx.2025-ci il tarixli 3-33/1-014996/2025 nömrəli məktubuna Dövlət Gömrük Komitəsi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan Opel Astra JZZ958 markalı nəqliyyat vasitəsinə dair sənədləri əlavə edilərək qeyd olunan nəqliyyat vasitəsinin “sahibsiz elan edilməsi” barədə müvafiq ərizə ilə məhkəməyə müraciət olunmasını xahiş etmişdir. Qeyd olunan sənədlərin araşdırılması zamanı nəqliyyat vasitəsinin Əməliyyat - İstintaq Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanıldığı müəyyən edilmişdir. Məktuba əlavə edilmiş sənədlərdə qeyd olunmuş nəqliyyat vasitəsinin saxlanılmasına səbəb olmuş hallar (araşdırma barədə), nəqliyyat vasitəsinin sahibinə edilmiş müraciət və nəqliyyat vasitəsinin sahibinin müraciəti (nəqliyyat vasitəsinin təhvil alınmasına dair), mülkiyyətçinin Azərbaycan Respublikasının vətəndaşı olmadığı təqdirdə mülkiyyətçinin sərhəd giriş-çıxış və qeydiyyatı barədə məlumatların Hüquqi Təminat İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Ərizəçi Tovuz Gömrük İdarəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Vüqar Ələkbərova ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən məktubda qeyd olunan “Opel Astra” markalı, JZZ958 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Gürcüstan Respublikası vətəndaşı İnasaridze Ramini tərəfindən xx.xx.2014-cü il tarixində ölkə ərazisinə müvəqqəti qaydada 30 (otuz) gün müddətinə gətirilmişdir. Təyin olunmuş müddət xx.xx.2014-cü il tarixində başa çatmış və qeyd olunan nəqliyyat vasitəsi sahibi tərəfindən “Qırmızı Körpü” gömrük postunun dayanacağına yerləşdirilmişdir. Araşdırma zamanı VAİS proqram təminatında sözügedən nəqliyyat vasitəsini gətirən şəxs Gürcüstan Respublikası vətəndaşı İnasaridze Ramini barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati icraatın başlanılmasına və ya şəxsin inzibati məsuliyyətə cəlb olunmasına dair məlumat qeydə alınmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 13 iyun 2025-ci il tarixli sərhədkeçmə məlumatlarına əsasən “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Gürcüstan Respublikası vətəndaşı İnasaridze Ramini xx.xx.2014-cü il tarixdə (saat 18:41də) Qırmızı Körpü dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikası ərazisinə keçsə də həmin tarixdə saat 21:33-də nəqliyyat vasitəsi olmadan Azərbaycan Respublikası ərazisini tərk etmişdir. Məhkəmə qeyd edir ki, ərizə təmin olunmalıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı, V0L0TGF35X2091588 ban nömrəli nəqliyyat vasitəsinin sahibi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi Maraqlı şəxsnə məxsus Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı, V0L0TGF35X2091588 ban nömrəli nəqliyyat vasitəsi sahibsiz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxsnə məxsus Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan “Opel Astra” markalı, JZZ-958 dövlət nömrə nişanlı, V0L0TGF35X2091588 ban nömrəli nəqliyyat vasitəsi sahibsiz hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3961/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3961/2025
12.08.2025 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver