Məhkəmə qərarları › İş №2(004)-3966/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3966/2023

28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3966/2023 28.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə1 və Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində istifadə etmədiyi (məcburi köçkünlərin yaşadığı dövrdə) suya görə əsassız yazılmış 1.159,51 manat borcun onun abunə kodundan silinməsinin və məcburiyyət qarşısında qalaraq ödədiyi 1.160 manat pulun iddia ərizəsində qeyd olunmuş hesaba Cavabdeh ASC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzili İddiaçı məxsusdur. Lakin iddiaçı uzun illərdir ki, həmin mənzildən istifadə edə bilmirdi. Belə ki, mənzili məcburi köçkünlər zəbt etdiklərinə görə iddiaçı öz mənzilindən istifadə edə bilmirdi. Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 42 nömrəli mənzilindən istifadə edən məcburi köçkünlər vəfat etdikdən sonra, Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi icra edilmiş və mənzil xx.xx.2022-ci il tarixdə aktla İddiaçı təhvil verilmişdir. Mənzil təhvil alınan andan etibarən su təchizatı dayandırılmışdır. İddiaçı mənzildə yaşayan məcburi köçkün tərəfindən istehsal edilmiş su borcunun silinməsi, su təchizatının bərpa olunması və abunə kodunun onun adına keçirilməsinə dair Cavabdeh ASC-yə elektron qaydada məktub ünvanlamışdır. Cavabdeh ASC-nin 01/4//01-7/6/17203 nömrəli cavab məktubunda bildirilir ki, hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə iddiaçının abonent hesabında 1.159,51 manat borc var. İddiaçı borcu ödəmədiyi təqdirdə su təchizatının dayandırılması ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı suya olan tələbatını ödəmək üçün borcun ona aid olmadığına baxmayaraq, məcbur olaraq borcu ödəmişdir. İddiaçı özünə aid olmayan borcu tam ödədikdən sonra Cavabdeh ASC tərəfindən abunə kodunun ad məlumatlarında düzəliş olunmuş və su təchizatı bərpa edilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə suyun verilməsinin bərpa edilməsi üçün (keçmiş abunəçi X5 əvəzindən ödədiyi borc) xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat və xx.xx.2023-cü ildə 160 manat olmaqla, cəmi 1.160 manat pul ödəmişdir. Həmçinin iddianın verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddiaçı istifadə etmədiyi suya görə yazılmış borcun onun abunə hesabından silinməsini və ödədiyi pulun və dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılmasını xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı sudan istifadə etmədiyini bildirsə də, faktiki olaraq borc iddiaçının mülkiyyətdə olan mənzildə sudan istifadə edilməsinə görə yaranmışdır. Hal-hazırda iddiaçı ödənilmiş borcun geri qaytarılmasını tələb edir. Lakin ödənilmiş borc geri qaytarıla bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)-840/008 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər X7, X8 və X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X5, X6 və X2 Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilindən çıxarılmaları qət edilmiş, onların başqa yaşayış sahəsi ilə təmin edilmələri Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. xx.xx.2008-ci il tarixdə qətnamədən icra vərəqəsi verilmiş və icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. X9 Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilini xx.xx.2015-ci il tarixdə İddiaçı vəsiyyət etmişdir. X9 xx.xx.2018-ci ildə ölmüşdür və miras əmlak İddiaçı mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən (reyestr nömrəsi - **********000-05101-093033, qeydiyyat nömrəsi **********) Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. İcra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)-1840/2008 nömrəli icra sənədi üzrə tələbkar X9, vərəsəsi İddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)-1172/008 nömrəli icra sənədi xx.xx.2022-ci il tarixdə icra edilmiş, Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzili boşaldılaraq İddiaçı təhvil verilmişdir. İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)-840/2008 nömrəli icra sənədi icra edildiyinə görə icra icraatına xitam verilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilini xx.xx.2022-ci il tarixdə təhvil aldıqdan sonra müəyyən edilmişdir ki, onun mənzilində yaşamış məcburi köçkünlərdən X5 adına xx.xx.2006-cı il tarixdə 10736581 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmış və X1 istifadəyə və tullantı sularının axıdılmasına görə xx.xx.2022-ci il tarixə kimi 1.160 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.8-ci bəndinə əsasən suyun verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, su təchizatı bu Qaydaların 8.1.5-ci və 8.1.8-ci yarımbəndlərinə əsasən dayandırıldıqda su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclər istehlakçı tərəfindən ödənildikdən və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində STKM tərəfindən suyun verilməsi bərpa edilməlidir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Cavabdeh ASC məcburi köçkün X1 istifadəyə və tullantı sularının axıdılmasına görə xx.xx.2022-ci il tarixə kimi yaranmış 1.160 manat borcu ödənilmədən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə suyun verilməsi dayandırılmış və abunə kodu onun adına keçirməmiş, onunla yeni müqavilə bağlamamışdır. Bu səbəbdən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə suyun verilməsinin bərpa edilməsi üçün (keçmiş abunəçi X5 yaratdığı borcu) xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat və xx.xx.2023-cü ildə 160 manat olmaqla, cəmi 1.160 manat borcu məcbur olaraq Cavabdeh ASCyə ödəmişdir. Bundan sonra Cavabdeh ASC İddiaçı ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2023-cü il tarixdə 47320610 nömrəli müqavilə bağlamış, **********420 nömrəli abunə kodu vermiş və mənzilə suyun verilməsini bərpa etmişdir. Nəticədə, İddiaçı istifadə etmədiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə özünə aid olmayan 1.160 manat borcu ödəməyə Cavabdeh ASC tərəfindən məcbur edilmiş və ona 1.160 manat maddi zərər dəymişdir. Cavabdeh ASC İddiaçı hesabına 1.160 manat əsassız varlanmışdır. İddiaçı onunla bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranacaq borcun ödənilməsi üçün Cavabdeh ASC məsuliyyət daşıyır, özünün istifadə etmədiyi xidmətə görə və onun iradəsindən asılı olmayan səbəblərdən yaranmış borca görə məsuliyyət daşımır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə (abonent kodu **********420) xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində istifadə etmədiyi (məcburi köçkünlərin yaşadığı dövrdə) suya görə əsassız yazılmış 1.159,51 manat borcun İddiaçı abunə kodundan silinməsi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə suyun verilməsinin bərpa edilməsi üçün (keçmiş abunəçi X5 əvəzindən ödədiyi borc) xx.xx.2023-cü ildə ödədiyi 500 manat, xx.xx.2023-cü ildə ödədiyi 500 manat və xx.xx.2023-cü ildə ödədiyi 160 manat olmaqla, cəmi 1.160 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.260 manat pul Cavabdeh ASC-dən tutularaq İddiaçı qaytarılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X11rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə (abonent kodu **********420) xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində istifadə etmədiyi (məcburi köçkünlərin yaşadığı dövrdə) suya görə əsassız yazılmış 1.159,51 manat borcun İddiaçı abunə kodundan silinməsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə suyun verilməsinin bərpa edilməsi üçün (keçmiş abunəçi X5 əvəzindən ödədiyi borc) xx.xx.2023-cü ildə ödədiyi 500 manat, xx.xx.2023-cü ildə ödədiyi 500 manat və xx.xx.2023-cü ildə ödədiyi 160 manat olmaqla, cəmi 1.160 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.260 (min iki yüz altmış) manat pul Cavabdeh ASC-dən tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar