Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3967/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinədair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək,Cavabdehxx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən aldığı İMEİ kodu **********82743 olan “Samsung Galaxy A50” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 500 manat borc, hesablanmış 157 manat dəbbə pulu olmaqla, cəmi 657 manat; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung LED TV” və HOFFMANN musiqi mərkəzinin dəyərindən ödənilməmiş qalan 1.853 manat borc və hesablanmış 425 manat dəbbə pulu olmaqla, cəmi 2.278 manat olmaqla iki müqavilə üzrə ümumilikdə 2.935 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Samsung Galaxy A50” markalı mobil telefon, Samsung LED TV” və HOFFMANN Musiqi mərkəzini nisyə almışdır. Borcunu vaxtında ödəmədiyinə görə 2.935 manat borc yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, həmçinin elektron məhkəmə sistemi vasitəsilə SMS göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında arasında bağlanmış 2 ədəd nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC Cavabdehxx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 675 manat dəyərində İMEİ kodu **********82743 olan “Samsung Galaxy A50” markalı mobil telefonu ilkin ödəniş etmədən 9 ay müddətinə ayda 75 manat ödəmək şərti ilə nisyə almışdır. xx.xx.2019cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1962 manat dəyərində olan “Samsung LED TV” və HOFFMANN musiqi mərkəzini ilkin ödəniş etmədən 18 ay müddətinə ayda 109 manat ödəmək şərti ilə nisyə almışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “xxxxxxxxxxx” MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 500 manat əsas borcu və 157 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1853 manat əsas borcu və 425 manat dəbbə pulu olmaqla, cəmi 2.935 manat borcu vardır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 157 manat cərimə azaldılaraq 15 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 425 manat cərimə azaldılaraq 25 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A50” markalı telefonun dəyərindən ödənilməmiş qalan 500 manat əsas borc və 15 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung LED TV” və “Hoffmann” musiqi mərkəzinin dəyərindən ödənilməmiş qalan 1853 manat əsas borc və 25 manat dəbbə pulu olmaqla, cəmi 2.393 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.423 manat pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilməlidir. İddia tələbi - 542 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kodu **********82743 olan “Samsung Galaxy A50” markalı telefonun dəyərindən ödənilməmiş qalan 500 manat əsas borc və 15 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung LED TV” və “Hoffmann” musiqi mərkəzinin dəyərindən ödənilməmiş qalan 1853 manat əsas borc və 25 manat dəbbə pulu olmaqla, cəmi 2.393 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.423 (iki min dörd yüz iyirmi üç) manat pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3967/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3967/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver