Məhkəmə qərarları › İş №2(004)-3969/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3969/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3969/2020 17.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 481 manat ödənilməmiş hissə, 142 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 999 manat ödənilməmiş hissə, 192 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 631 manat ödənilməmiş hissə, 189 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1046 manat ödənilməmiş hissə, 243 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 877 manat ödənilməmiş hissə, 207 manat dəbbə pulu, ümumlikdə 5007 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qismən qəbul edərək iddiaçıya olan borcunu etiraf etdiyini, ödənişlərini vaxtı-vaxtında etdiyini, lakin pandemiya ilə bağlı olaraq işsiz qaldığından ödəniş etməkdə çətinlik çəkdiyini göstərərək məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xaiş etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış: xx.xx.2018-ci il tarixli 00313272 saylı müqaviləyə əsasən iddiaçı X4, Piza stulu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş 1710 manat pulu 18 ay müddətinə aylıq 95 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli 00442486 saylı müqaviləyə əsasən iddiaçı Genova 2 yerlik divanı cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş 1536 manat pulu 24 ay müddətinə aylıq 64 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli 00442486 saylı müqaviləyə əsasən iddiaçı Panasonic ütünü və Gorenje paltaryuyanı cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş 1134 manat pulu 18 ay müddətinə aylıq 63 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00601472 saylı müqaviləyə əsasən iddiaçı HOFFMANN LED TV-ni cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş 1608 manat pulu 150 manat ilkin ödəniş edərək 18 ay müddətinə aylıq 81 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00750731 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********03693 olan Samsung Galaxy A70 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş 1090 manat pulu 55 manat ilkin ödəniş edərək 15 ay müddətinə aylıq 69 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 481 manat ödənilməmiş hissə, 142 manat dəbbə pulu, xx.xx.2018-ci il tarili müqaviləyə əsasən 999 manat ödənilməmiş hissə, 192 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 631 manat ödənilməmiş hissə, 189 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1046 manat ödənilməmiş hissə, 243 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 877 manat ödənilməmiş hissə, 207 manat dəbbə pulu, ümumlikdə 5007 manat borcu vardır. “xxxxxxxxxxx” MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 481 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 999 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 631 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1046 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 877 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumlikdə 4081 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi əsas borca münasibətdə əsaslı olsa da, dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 481 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 999 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 631 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1046 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 877 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumlikdə 4081 (dörd min səksən bir) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar