Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3975/2022 13.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ona məxsus ünvan 1nə dair Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 187 manat borcun silinməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Ona məxsus mənzilə 187 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, bu qanunsuzdur. Cavabdeh orqan belə nəticəyə gəlib ki, guya onun 1 ay müddətində 260 kub su sərfiyyatı olub. Yaşadığı mənzilə dair onun bu günə kimi bir ay ərzində 260 kub su sərfiyyatı olmayıb. Cavabdeh orqan əsassız olaraq mənə 187 manat borc hesablamışdır. Bununla razılaşmayaraq Azərsu ASC-nin qaynar xəttinə məlumat vermiş və Azərsu ASC-nin əməkdaşları tərəfindən su sayğacı müayinə üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyinə əsasən su sayğacının işlməməsi və sərfiyyatın artıq qeyd olunması təstiq edilmişdir. Bununla əlaqədar Azərsu ASC-nin Xəzər rayorı idarəsinə müraciət etmiş, lakin ona qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi şifahi şəkildə bildirilmişdir. Qeyd olunan hallar istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Onun aylıq su sərfiyyatı və ödənişləri abonentin saldosundan açıq aydın görünür. Ona görə də hesab edir ki, hesablanmış borc əsassız olduğudan silinməlidir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş **********69-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan iddiaçıya məxsus abonent kartından görünür ki, 2020-ci il üzrə cəmi 0,35 manat borc yaranmışdır. 2021-ci il üzrə, həmçinin xx.xx.2022-xx.xx.2022 aralığında, iddiaçının sudan istifadəyə görə cavabdehə heç bir borcu olmamış, əksinə artıq ödənişlər etmişdir. İddiaçı tərəfindən 2020-ci il üzrə cəmi 241 m3, 2021-ci il üzrə cəmi 576 m3, 2022-ci il üzrə (xx.xx.2022- xx.xx.202022-20 m3, xx.xx.2022-xx.xx.2022 -14 m3,xx.xx.2022-xx.xx.2022-13 m3, xx.xx.2022-xx.xx.2022-268m3,xx.xx.2022-xx.xx.2022-11m3, xx.xx.2022-xx.xx.2022-106m3) 432m3 olmaqla, cəmi 1249 m3 su sərf olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC-nin X2 İdarəsi “X1 Laboratoriyası” tərəfindən tərtib edilmiş 75147/0198207 nömrəli rəyə əsasən müəyyən olunmuşdur ki, sayğac istismara yararsızdır, dövlət(AİBNDA) plombunun və STKM-ə məxsus Cavabdeh loqolu plomb mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İddiaçı mənzildə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə xidmət haqqı xx.xx.2022-ci ilə qədər olan sərfiyyat üçün artıqlaması ilə ödənilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında 268 m3 sərfiyyat qeyd olunmuş və 187,60 manat borc hesablanmışdır. Bundan sonra, iddiaçının tələbi əsasında su sayğacı müayinə üçün laboratoriyaya göndərilmişdir. Cavabdeh ASC X2 İdarəsi “X1 Laboratoriyası” tərəfindən 75147/0198207 saylı Rəyə əsasən, iddiaçının istifadəsində olan su sayğacının istismara yararsız olduğu və cihazda müdaxilə aşkar olunmadığı müəyyən edilmişdir. Hazırda iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında cavabdeh tərəfindən ona əsassız hesablanmış 187 manat borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan bağ evi üzrə abonent hesabına istismar müddəti başa çatmış sayğac əsasında əsassız olaraq yüksək məbləğdə borc yazılmışdır. Həmçinin, sayğaca müdaxilə olmadığı da müəyyən edilmişdir. Cavabdeh tərəfindən borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 187 (bir yüz səksən yeddi) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 187 (bir yüz səksən yeddi) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3975/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3975/2022
13.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver