Məhkəmə qərarları › İş №2(004)-3978/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3978/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3978/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 7 ədəd X3, X5, 2 ədəd Halı Tekstil, Yataq dəsti Tekstil, 2 ədəd Yastıq Tekstil, Hoffmann markalı Çay Dəmləyən, Keramik Çay dəsti, Kenvvood doğrayıcı, Panasonic ətçəkən, Samsung Tozsoran, 2 ədəd ərp əleyhinə vasitə, İMEİ kodu **********54915 və **********78655 olan 2 ədəd Xiaomi Redmi 8A markalı telefon almış və nəticədə 4301 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1774.80 manat (12 ay x 147.9 manat + 0 manat ilkin ödəniş) 7 ədəd X3, X5, 2 ədəd Halı Tekstil, Yataq dəsti Tekstil, 2 ədəd Yastıq Tekstil üçün ümumilikdə 2083 manat olmaqla ondan 1774.80 manat ödənilməmiş hissə, 308.20 manat dəbbə pulu borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1987.20 manat (18 ay x 110.40 manat + 0 manat ilkin ödəniş) Hoffmann markalı Çay Dəmləyən, Keramik Çay dəsti, Kenvvood doğrayıcı, Panasonic ətçəkən, Samsung Tozsoran, 2 ədəd ərp əleyhinə vasitə, İMEİ kodu **********54915 və **********78655 olan 2 ədəd Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə 2218 manat olmaqla ondan 1987.20 manat ödənilməmiş hissə, 230.80 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 7 ədəd X3, X5, 2 ədəd Halı Tekstil, Yataq dəsti Tekstil, 2 ədəd Yastıq Tekstil üçün 1774.8 manat ödənilməmiş hissə, 308.2 manat dəbbə pulu, cəmi 2083 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı Çay Dəmləyən, Keramik Çay dəsti, Kenvvood doğrayıcı, Panasonic ətçəkən, Samsung Tozsoran, 2 ədəd ərp əleyhinə vasitə, İMEİ kodu **********54915 və **********78655 olan 2 ədəd Xiaomi Redmi 8A markalı telefon üçün 1987.2 manat ödənilməmiş hissə, 230.8 manat dəbbə pulu, cəmi 2218 manat, ümumilikdə 4301 manat borcun, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 4331 manat məbləğində pul vəsaitinin Cavabdeh alnaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildiriş cavabdeh köçdüyünə görə məhkəməyə geri qaytarılmışdır. Cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən 7 ədəd X3, X5, 2 ədəd Halı Tekstil, Yataq dəsti Tekstil, 2 ədəd Yastıq Tekstil, Hoffmann markalı Çay Dəmləyən, Keramik Çay dəsti, Kenvvood doğrayıcı, Panasonic ətçəkən, Samsung Tozsoran, 2 ədəd ərp əleyhinə vasitə, İMEİ kodu **********54915 və **********78655 olan 2 ədəd Xiaomi Redmi 8A markalı telefon almış və nəticədə 4301 manat borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıyaverildikdənmüəyyənmüddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələrin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-dən aldığı məişət avadanlığı müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələrin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış xx.xx.2019-cu il tarixli, 01160946 nömrəli müqavilə üzrə 308.2 manat və xx.xx.2019-cu il tarixli, 01160789 nömrəli müqavilə üzrə 230.8 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2019-cu il tarixli, 01160946 nömrəli müqavilə üzrə 30 manat və xx.xx.2019-cu il tarixli, 01160789 nömrəli müqavilə üzrə 20 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 7 ədəd X3, X5, 2 ədəd Halı Tekstil, Yataq dəsti Tekstil, 2 ədəd Yastık Tekstil üçün 1774 (bir min yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, cəmi 1804 (bir min səkkiz yüz dörd) manat 80 (səksən) qəpik; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann markalı Çay dəmləyən, Keramik Çay dəsti, Kenvood Doğrayıcı, Panasonic Ətçəkən, Samsung Tozsoran, 2 ədəd Ərp əleyhinə vasitə, İMEİ kodu **********54915 və **********78655 olan 2 ədəd Xiaomi Redmi 8A markalı telefon üçün 1987 (bir min doqquz yüz səksən yeddi) 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, cəmi 2007 manat 20 qəpik, ümumilikdə 3812 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 11.37%-i, yəni 3 manat 40 qəpiyi iddiaçıya aid edilməli, qalan 88.63%-i, yəni 26 manat 60 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinəverilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 7 ədəd X3, X5, 2 ədəd Halı Tekstil, Yataq dəsti Tekstil, 2 ədəd Yastık Tekstil üçün 1774 (bir min yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, cəmi 1804 (bir min səkkiz yüz dörd) manat 80 (səksən) qəpik; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann markalı Çay dəmləyən, Keramik Çay dəsti, Kenvood Doğrayıcı, Panasonic Ətçəkən, Samsung Tozsoran, 2 ədəd Ərp əleyhinə vasitə, İMEİ kodu **********54915 və **********78655 olan 2 ədəd Xiaomi Redmi 8A markalı telefon üçün 1987 (bir min doqquz yüz səksən yeddi) 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, cəmi 2007 manat 20 qəpik, ümumilikdə 3812 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 11.37%-i, yəni 3 manat 40 qəpiyi iddiaçıya aid edilsin, qalan 88.63%-i, yəni 26 manat 60 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinəödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar