Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3981/2025 28.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Azərişiq" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən abunə kodu **********40000 olan ona məxsus ünvan 1 ünvanında yerləşən 29/30/31/32 nömrəli mənzillə bağlı xx.xx.2023-cü il tarixinədək elektrik enerjisi sərfiyyatı üzrə yaranmış 2792,87 manat borcun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onun cavabdehlə bağladığı AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini almışdır. Həmin Müqavilənin 10-cu bəndində göstərilmişdir ki, “alıcının sahibliyinə verilənədək əmlakın vergisi telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi Satıcının üzərinə düşür.” Belə ki, müqavilə bağlanarkən satıcı tərəf mənzilə dair işıq borcunun olmamasına dair əslində başqa ünvana dair bildiriş göstərərək borcunun olmadığını bildirmiş notariusa elektrik enerjisinə görə borcun olmamasına dair arayış təqdim olunmamışdır. Cavabdehin verdiyi bildirişdə göstərilən kod üzrə hətta "xxxx"a bir neçə dəfə ödəniş etmişlər. Lakin müqavilə bağlanan vaxtdan təxminən 3 həftə sonra mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Səbəbini öyrənəndə ona məlum olmuşdur ki, cavabdehin verdiyi bildiriş çeki və kodu tamamilə başqa mənzilə aid olmuş, satın aldığı mənzilin 7060,45 manat işıq borcu olmuş və bu faktı cavabdeh ondan gizlətmişdir. Bundan sonra həmin borcun ödənilməsi ilə bağlı cavabdehə və onunla onu tanış etmiş Qasım adlı əmlak vasitəçisi ilə (maklerlə) danışaraq borcu ödəməyi, mənzilə işığın verilməsini təmin etməyi tələb etmişdir. Yeri gəlmişkən həmin şəxs şahid olaraq məhkəmədə dindirilə bilər. Daha sonra istifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi barədə cavabdehlə "xxxx" ASC adından Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsinin Enerji Satış şöbəsinin rəisi arasında xx.xx.2024-cü i! tarixli razılaşma protokolu tərtib edilmiş, həmin protokolun surəti cavabdeh tərəfindən ona göndərilərək narahat olmamağı bildirilmişdir. Həmin vaxt mənzilə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Hər ay cavabdehin borcla bağlı ödəniş qəbzləri makler vasitəsilə ona göndərilmişdir. Mənzilin elektrik enerjisi borcu olduğu üçün ASAN Kommunala müraciəti zamanı abonent müqaviləsinin onun adına keçirilməsi mümkün olmamışdır. Bu ilin may ayında yenidən mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır ki, səbəbini maraqlandıqda məlum olmuşdur ki, cavabdeh borcunu tam olaraq "xxxx"a ödəməmişdir. 2792,87 manat işıq borcunun ödənilmədiyi məlum olmuşdur. Həmin borca görə hal-hazırda mənzildə elektrik enerjisinin verilişi dayandırılmışdır. Elektrik enerjisi təchizatı müəsisəsi ilə aralarında abonent müqaviləsi bağlana bilməmişdir. Bu da faktiki olaraq mənzildən istifadəsini mümkünsüz etmiş, nəticədə mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd olunan borc xx.xx.2023-cü ilə kimi aid olan borcdur. Mənzili alarkən borcdan məlumatı olmamışdır. Məlumatı olduqdan sonra, dərhal "xxxx" ASC-yə müraciət etmiş və cavabdehlə aralarında müqavilə bağlanılmışdı. Cavabdeh hazırda 7000 manat borcdan 4200 manat ödəmişdir. Müvəqqəti təminat tədbiri ilə qəbul edilmiş qərardan 15 gün sonra işıqlar yanır. Cari borcundan ödənişlər edə bilmir, avtomatik olaraq köhnə borc üçün çıxır, nə də onun adına abonent kodu açılmır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, evi o, X2 Elmirdən almış, məlumatı olmayıb ki, evə dair bu qədər işıq borcu var. Sonradan əlaqə saxlamağa çalışsa da, məlum oldu ki, xaricdədirlər. Hesab edir ki, borcun bir hissəsini də o yox, evin ilk sahibi ödəməli idi. Çünki o, aldıqdan sonra evdə yaşayış olmamışdır. Qərara almışdır ki, yaxın müddət ərzində ödədiyi məbləğləri Kazımov İlqardan almaq üçün məhkəməyə müraciət etsin. Qalan borcu ödəməyə imkanı yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümküm hesab etmişdir Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materillarında olan: - X3 (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satcı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 147,70 kv.m. olan mənzili 100000 manata Cavabdeh satmışdır. - Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satcı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 147,70 kv.m. olan mənzili 340000 manata İddiaçı satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 195 saylı evin 29/30/31/32 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - İstifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi barədə 25 yanvar 2024-cü il tarixli razılaşma protokoluna əsasən təchizatçı olan "xxxx" ASC ilə istehlakçı İlqar Kazımov arasında protokol imzalanmışdır. Abonentin xx.xx.2024-cü il tarixinə 7101 manat borcu var. İstehlakçı xx.xx.2024-cü il tarixində 550 manat ödədikdən sonra qalan 6551 manat borcdan aylıq sərfiyyatın dəyəri nəzərə alınmadan cədvəldə göstərilən ardıcılıqla ödəniş etməklə 0 manat sayğaca köçürmək şərti ilə hissə-hissə ödəmək üçün razılaşma protokolu tərtib edilmişdir. - "xxxx" ASC-nin qəbzinə əsasən X1 2792,87 manat borcu var. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 195 saylı evin 29/30/31/32 nömrəli mənzili İddiaçı tam mülkiyyətindədir. O, həmin mənzili AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh almışdır. İddiaçı iddia edir ki, müqavilə bağlanarkən satıcı mənzildə elektrik enerjisinə görə borcun olmadığını bildirmiş, lakin 3 həftə sonra həmin mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Halhazırda İddiaçı Cavabdeh tərəfindən abunə kodu **********40000 olan ona məxsus ünvan 1 ünvanında yerləşən 29/30/31/32 nömrəli mənzillə bağlı xx.xx.2023-cü il tarixinədək elektrik enerjisi sərfiyyatı üzrə yaranmış 2792,87 manat borcun "xxxx" ASC-yə ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Belə ki, iş materialları ilə iddiaçının mübahisəli mənzilə dair cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilməli olan borcun "xxxx" ASC-yə ödənilməsi barədə iddiaçı qismində iddia qaldırmışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, iddiaçı AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili cavabdehdən almışdır. Abone saldosundan da görünür ki, tələb edilən borc alqı-satqı müqaviləsinədək yaranmış borcdur. Abunə kodu isə **********4000 – X1 adınadır. Göründüyü kimi iddiaçı cavabdehə aid olduğunu iddia etdiyi borcun üçüncü şəxsə ödənilməsini tələb etməkdə subyektiv hüquqa malik deyil. İş materiallarından da göründüyü kimi cavabdehlə “Azərişiq" Açıq Səhmdar Cəmiyyəti arasında yığılmış borc məbləğinin ödənilməsi qaydası ilə bağlı razılaşma mövcuddur. Həmin razılaşmanın tərəfi də iddiaçı deyildir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Azərişiq" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə Cavabdeh tərəfindən abunə kodu **********40000 olan ona məxsus ünvan 1 ünvanında yerləşən 29/30/31/32 nömrəli mənzillə bağlı xx.xx.2023-cü il tarixinədək elektrik enerjisi sərfiyyatı üzrə yaranmış 2792,87 manat borcun “Azərişiq" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Azərişiq" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə Cavabdeh tərəfindən abunə kodu **********40000 olan ona məxsus ünvan 1 ünvanında yerləşən 29/30/31/32 nömrəli mənzillə bağlı xx.xx.2023-cü il tarixinədək elektrik enerjisi sərfiyyatı üzrə yaranmış 2792,87 manat borcun “Azərişiq" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3981/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3981/2025
28.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver