Məhkəmə qərarları › İş №2(004)-3986/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3986/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3986/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin Cavabdeh2 və Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC Cavabdeh2 və Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən verilmiş ərizə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1 maddəsinin tələbinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddia ərizəsi imzalansa da onun dəqiq kim tərəfindən imzalanmasını müəyyən etmək mümkün deyildir. Belə ki, iddia ərizəsində iddiaçının imzası qrafasında ərizənin kim tərəfindən imzalanması göstəriməmiş, bu səbəbdən də iddia ərizəsini imza edən şəxsin müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən MPM-in 149.1 maddəsinin tələbinə əməl edilməmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia tələbi dəqiq göstərilməmişdir. Belə ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC iddia ərizəsinin xahiş etdim hissəsində cavabdehin məktəbə 5400 manat olan borcunun ödənilməsini, geciktirilmiş (son tarix 01.02.2020 olmaqla) 485 gün üçün (22400 manat x 0.5% = 112 manat (gün) – 112 x 485) 54320 manatın, 30 manat dövlət rüsumunun ödənilməsini xahiş etsə də, konkert olaraq hər bir müqavilə üzrə əsas, faiz, cərimə borcunun nə qədər təşkil etməsini ayrı-ayrılıqda göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin Cavabdeh2 və Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar