Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4009/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Orucova Nərmin Nəriman qızının katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Bakı şəhəri 23 saylı Notariat ofisinin notariusu X9 vəkili Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb olunmaqla maraqlı şəxs Bakı şəhəri 23 saylı Notariat ofisinin notariusu X12 qarşı “notariusun hərəkətinin qanunsuz hesab edilməsi” barədə ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 23 saylı Notariat ofisinin notariusu X12 qarşı “notariusun hərəkətinin qanunsuz hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 23 saylı Notariat ofisinin xüsusi notariusu X9 hərəkətlərinin qanunsuz hesab edilməsi, “Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi” haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia tələbini müdafiə edərək izahatında bildirir ki, cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X13 xx.xx.2020ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi barədə qərar vermişdir. Qərarda qeyd edilmişdir ki, «ünvan 1 ünvanında qeydiyyatda olanlar vətəndaşlar X7 və X2 şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 23 ünvanında yaşamış, xx.xx.2019-cu il tarixdə vəfat etmiş övladları X1 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı xx.xx.2019- cu il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisinə ərizə təqdim etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 digər vərəsəsi Ərizəçi mirası qəbul etmək üçün xx.xx.2019-cu il tarixdə Bakı şəhər 23 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. X7 və X10 digər vərəsə Ərizəçi arasında mübahisə olduğu üçün xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ilə Ərizəçi qarşı müraciət etmişdilər. X7 və X10 xx.xx.2020-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək notariat hərəkətinin aparılmasına imtina qərarı verilməsini xahiş etmişdilər. Hesab edir ki, bu qərar əsassızdır, ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri 23 saylı Notariat ofisinin notariusu X9 vəkili Vəkil izahat verərək bildirir ki, mərhum X5 3 vərəsəsi var: anası, atası və həyat yoldaşı. Hər üçü müraciət etmiş və vərəsə kimi tanınmışdır. Lakin sonradan mərhumun atası və anası Nərimanov rayon məhkəməsinə müraciət edərək Ərizəçi ləyaqətsiz vərəsə hesab olunmasını xahiş etmişlər. Nərimanov rayon məhkəməsində tələbə baxıldığına görə notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki ərizə rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli AZ-İİ № 303491 seriyalı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.2018-ci il tarixdə X11 ilə nikaha daxil olmuşdur. İşdə olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Bakı şəhər 23 saylı notariat ofisinin notariusu X9 notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarına əsasən X7 və X6 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan Bakı şəhər 23 saylı notariat ofisinin notariusu X9 notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarına əsasən Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşin mübahisəsiz halıdır ki, ərizəçi mərhumun vərəsələrindən biridir. Mərhumun digər vərəsələri olan valideynlərinin müraciəti əsasında notarius xx.xx.2020-ci il tarixli qərarı ilə onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi müraciəti əsasında isə notaruis xx.xx.2020-ci il tarixli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Ərizəçi notariusun xx.xx.2020-ci il tarixli qərarını deyil, məhz xx.xx.2020-ci il tarixli qərarını mübahisləndirdiyini bildirir. Məhkəmə qeyd edir ki, Ərizəçi notariusun xx.xx.2020-ci il tarixli qərarını mübahisləndirmək üçün subyektiv hüququ yoxdur. Çünki notariusun xx.xx.2020-ci il tarixli qərarı ilə digər vərəsələr olan X7 və X6 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi münasibətdə isə notarius xx.xx.2020-ci il tarixli qərarını qəbul etmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.2020-ci il tarixli qərarının ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən də ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 305.1.8, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bakı şəhəri 23 saylı Notariat ofisinin xüsusi notariusu X9 hərəkətlərinin qanunsuz hesab edilməsi, “Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi” haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4009/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4009/2020
04.09.2020 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver