Məhkəmə qərarları › İş №2(004)-4014/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4014/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4014/2021 05.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35157 olan Samsung Galaxy S10+ markalı telefon üçün 1752 manat ödənilməmiş hissə, 525 manat dəbbə, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********1908 olan Samsung Galaxy A50 markalı telefon üçün 500 manat ödənilməmiş hissə, 150 manat dəbbə, 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple markalı 2 ədəd qulaqlıq üçün 719 manat ödənilməmiş hissə, 216 manat dəbbə, ümumilikdə 3862 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarasınız. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin İddiaçı” MMC ilə bağlanmış 30.09.2019-cu il, 20.08.2019-cu il, 23.05.2019-cu il tarixli müqavilələrinə əsasən, Samsung Galaxy S10+ markalı telefon, Samsung Galaxy A50 markalı telefon və Apple markalı 2 ədəd qulaqlıq almış və nəticədə 3862 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2310 manat (12 ay x 146 manat + 558 manat ilkin ödəniş) İMEİ kodu **********35157 olan Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə, 2277 manat olmaqla ondan, 1752 manat ödənilməmiş hissə, 525 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 manat (12 ay x 100 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********1908 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 650 manat olmaqla ondan, 500 manat ödənilməmiş hissə, 150 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1107 manat (12 ay x 90 manat + 27 manat ilkin ödəniş) Apple markalı 2 ədəd qulaqlıq üçün ümumilikdə, 935 manat olmaqla ondan, 719 manat ödənilməmiş hissə, 216 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1046 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdehin İddiaçı MMC ilə bağlanmış 30.09.2019-cu il, 20.08.2019-cu il, 23.05.2019-cu il tarixli müqavilələrinə əsasən, Samsung Galaxy S10+ markalı telefon, Samsung Galaxy A50 markalı telefon və Apple markalı 2 ədəd qulaqlıq almış və nəticədə 3862 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30.09.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə 1752 manat ödənilməmiş hissə, 525 manat dəbbə, ümumilikdə 2277 manat borcu, 20.08.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə 500 manat ödənilməmiş hissə, 150 manat dəbbə, ümumilikdə 650 manat borcu, 23.05.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə 719 manat ödənilməmiş hissə,216 manat dəbbə, ümumilikdə 935 manat olmaqla, cəmi 3862 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 30.09.2019-cu il tarixli müqavilə üzrə 1752 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 20.08.2019-cu il tarixli müqavilə üzrə 500 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 23.05.2019-cu il tarixli müqavilə üzrə 719 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, ümumilikdə 3056 tutularaq iddiaçı ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 30.09.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 525 manat məbləğində deyil 50 manat məbləğində, 20.08.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 150 manat məbləğində deyil 15 manat məbləğində, 23.05.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 216 manat məbləğində deyil 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 30.09.2019-cu il tarixli müqavilə üzrə 1752 (bir min yeddi yüz əlli iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 20.08.2019-cu il tarixli müqavilə üzrə 500 (beş yüz) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, 23.05.2019-cu il tarixli müqavilə üzrə 719 (yeddi yüz on doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, ümumilikdə 3056 (üç min əlli altı) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı olan ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar