Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4015/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı “yaşayış sahələrinə və kommunal xidmətlərə görə borcun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı “yaşayış sahələrinə və kommunal xidmətlərə görə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mənzil xidməti haqqı üzrə 174,30 manat, məişət tullantıları üzrə 14,40 manat olmaqla, ümumilikdə 188,70 manat borcun cavabdehə ödənilməsi, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə Mülki Prosessual Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Sadalanan qanunvericilik normalarını tələblərini rəhbər tutmaqla məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı kommunal xidmətlərə görə pul tələbi ilə yanaşı cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamənin qəbul edilməsini xahiş etmişdir. Belə olan halda iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-4.1.2, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı “yaşayış sahələrinə və kommunal xidmətlərə görə borcun tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-4015/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4015/2024
26.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver