Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4017/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tatrixli aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış 216 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat vəsiqəyə əsasən onun xüsusi mülkiyyətidir. Həmin evdə o, heç bir problem olmadan qazdan istifadə edib. xx.xx.2020-ci il tarixində Yasamal Rayon Qaz İdarəsi tərəfindən sözügedən mənzilin sayğacı vaxtının bitməsi ilə əlaqədar dəyişdirilmişdir. xx.xx.2020-ci il tarixində Yasamal Rayon Qaz İdarəsi tərəfindən məlumat verilmişdir ki, guya sayğacda “deşik” var və onun tərəfindən sayğaca müdaxilə edilmişdir. Buna görə də sayğac laboratoriyaya göndəriləcək. Sayğac mənzilin daxilində yox binanın blokunda yerləşirdi və plombu yerində idi. xx.xx.2020-ci il tarixində heç bir akt tərtib edilmədən, tərtib edildiyi təqdirdə ona təqdim edilmədən götürülmüşdür. Yalnız o özü maraqlandıqdan sonra şifahi olaraq bildirib ki, laboratoriyanın rəyinə əsasən o, 216 manat cərimə olunur. O, cavabdehə müraciət etdikdə nəcə olur ki, bütün bunlar barədə yəni sayğacın yoxlamaya göndərilməsi, sayğaca müdaxilə olunubsa hər hansı aktın olub olmaması və əgər varsa bunun nə vaxt tərtib olunması və bu barədə ona hər hansı bir məlumat verilməməsini bildirsə də cavabdeh tərəfin səlahiyyətli nümayəndələri ona heç bir sənəd və heç bir açıqlama vermədi. Tərtib edilmiş aktı Yasamal Rayon Qaz İdarəsinə müraciət etdikdən sonra əldə etmiş və həmin aktda qeyd edilib ki guya o, imza çəkməkdən imtina etmiş, halbuki həmin akt ona təqdim edilməmişdir. Cavabdehin heç bir açıqlama vermədən qanunsuz olaraq onun hüquqlarını pozduğunu görərək məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh tərəfin hərəkətləri tam qanunsuzdur. Cavabdeh tərəf mənzilə məxsus olan sayğacı dəyişdirdiyi zaman ona məlumat verməli, əgər həmin vaxt sayğaca müdaxilə olunmuşdursa onun iştirakı ilə akt tərtib etməli və bütün bunlardan sonra sayğacı yoxlamağa göndərməli və yoxlamanın nəticələri barədə onu əvvəlcədən məlumatlandırmalı idi. Mənzilə dair sayğac küçədə quraşdırılmış, həmin sayğaclara nəzarət etmək cavabdehin birbaşa vəzifəsidir və onun tərəfindən isə sayğaca heç bir vaxt müdaxilə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə1 izahat verərək, bildirmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları İddiaçı və onun iştirakı olmadan sayğacı gəlib dəyişmişlər. Onlar sayğaca heç bir müdaxilə etməmişlər. Sayğacı laboratoriyaya göndərdikdə də onlara heç bir xəbərdarlıq edilməmişdir. Belə ki, iddiaçı tərəfindən onlara yazılmış 216 manat cərimə borcunun yazılması tamamilə əsassızdır. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə sayğacın istismar müddəti bitdiyindən “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğac dəyişdirilmişdir. Sayğac dəyişdirilərkən ona vizual baxış keçirərək onda olan qüsurlar qeyd edilmiş, sayğacda deşik olduğu aşkar edilmişdir. Sayğac laboratoriyadan da keçmiş və sayğacda deşik olduğu müəyyən edilmişdir. Ona görə də o, məhkədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı “Azəriqaz” İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış Qaz sayğacının çıxarılması, quraşdırılması və istismata qəbulu haqqında ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, sayğac istismar müddəti bitdiyindən yenisi ilə əvəzlənmiş və plomblanmışdır. Əvvəlki sayğacın çıxış borusunda deşik aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanması barədə xx.xx.2020-ci il tarixli, 29/1710-01861-2 saylı aktına əsasən G-4 markalı, 00423976 saylı sayğacın çıxış plasmas borusu deşilmişdir. Mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacının işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının iəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb dildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir, az sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında istərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan çirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın əricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazın dəyərini istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış 216 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin xx xxxx 2020-ci il tarixli aktı etibarsız hesab edilməli, ünvan 2 ünvanında yerləşən 53 saylı mənzil üzrə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq, hesablanmış 216 manat borc silinməlidir. Belə ki, “Azəriqaz” İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, sayğac istismar müddəti bitdiyindən yenisi ilə əvəzlənmiş və plomblanmışdır. Əvvəlki sayğacın çıxış borusunda deşik aşkar edilmiş və nəticədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və həmin aktda 00423976 nömrəli sayğacın çıxış plasmas borusu deşildiyindən “Azəriqaz” İstehsalat Birliyinə dəymiş ziyanın hesablanması və istehlakçı tərəfindən ödənilməsi qeyd edilmişdir. Lakin akt iddiaçı tərəfindən imzalanmamış, ümumiyyətlə iddiaçının bu akt barədə məlumatı olmamışdır. Bu da aktların doğruluğuna şübhə yaradır. Həmçinin cavabdeh məhkəməyə sayğacın çıxış plastmas borusunun məhz iddiaçı tərəfindən deşilməsini sübut edəcək heç bir sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilənin edilməsi məhkəmə iclasında sübuta yetirilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh vurulmuş ziyanın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin xx xxxx 2020-ci il tarixli aktı etibarsız hesab edilsin. ünvan 2 ünvanında yerləşən 53 saylı mənzil üzrə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq, hesablanmış 216 manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4017/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4017/2020
07.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver