Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-402/2022 16.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri 19 saylı Notariat ofisinə qarşı “razılıq sazişinin ləğv edilməsi və mirasda payların tanınması tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri 19 saylı Notariat ofisinə qarşı “razılıq sazişinin ləğv edilməsi və mirasda payların tanınması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.09.2021-ci il tarixli, 3M-1265 reyestr nömrəli Razılıq sazişinin etibarsız hesab edilməsi, 12.02.2021-ci il tarixində vəfat etmiş X3 miras qalmış- “Azərbaycan Beynəlxalq Bankı" ASC-də olan 50000 və 70000 manat məbləğində pul vəsaitində, “Bakı-Əyirici-Toxucu" ASC-də nizamnamə kapitalında 96,3873% olan payda, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və 0,10 ha torpaq sahəsində, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində hər birinə 1/16 hissə olmaqla X1 və X2 paylarının tanınması və həmin paylara dair adlarına vərəsəlik şəhadətnamələrinin verilməsinin Bakı şəhəri 19 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 10.09.2021-ci il tarixli, 3M-1265 reyestr nömrəli Razılıq sazişinə əsasən 12.02.2021-ci il tarixində vəfat etmiş X3 miras qalmış əmlakının bölünməsinə dair Cavabdeh ilə və mərhumun övladları olan vərəsələri X9 və X2 qanuni nümayəndəsi İddiaçı həmin miras paylarının bir hissəsindən, o cümlədən "xxxx" ASC-də olan 50000 və 70000 manat məbləğində, "xxxx" ASC-də nizamnamə kapitalında 96,3873% olan payda, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsində, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində hər birinə 1/16 hissə olmaqla X9 və X2 paylarından Cavabdeh xeyrinə imtina etmişdir. Razılıq sazişi qanunvericilik normalarının pozulması ilə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256. maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Göründüyü kimi, X13 12.02.2021-ci il tarixində vəfat etdiyi üçün vərəsələr yalnız 12.05.2021-ci il tarixinə kimi mirasın bir hissəsinin qəbulundan imtina edə bilərdilər. Lakin mirasın bir hissəsinin qəbulundan imtinaya dair razılaşma 10.09.2021-ci il tarixində imzalanmış və 3M-1265 reyestr nömrəsi ilə notariat qaydasında rəsmiləşdirilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.2. maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan səxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Bu imperativ normaya əsasən azyaşlı vərəsələr X9 və X2 adından onların qanuni nümayəndəsi İddiaçı yalnız məhkəmənin icazəsini aldıqdan sonra onlara çatması nəzərdə tutulan miras payının bir hissəsindən imtina etməli idi. Bunun əksi olaraq məhkəmədən heç bir icazə almadan İddiaçı və Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisində Razılıq sazişi bağlayaraq fəaliyyət qabiliyyətləri olmayan X9 və X2 öz babalarının mirasındakı paylarının bir hissəsindən qeyri-qanuni formada imtina edilmişdir. Razılıq sazişinin məhkəmədənkənar ləğv edilməsi məqsədi ilə Cavabdeh ona göndərilmiş pretenziya ilə 03.11.2021-ci il tarixində saat 15-00-da Bakı şəhəri 19 saylı notariat ofisinə dəvət edilmiş, cavabdeh ora gəlməmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır və rədd olunmalıdır. Belə ki, iddia ərizəsi mövcud prosessual qanunvericiliyə uyğun olaraq elektron qaydada verilməli idi. Lakin iddiaçı qanunvericiliyin bu tələbini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi Yasamal Rayon Məhkəməsi "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmə olduğuna görə, iddia ərizəsi elektron kabinet vasitəsilə verilməli idi. Daha sonra, iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2,2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VOEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Lakin hazırkı iddia ərizəsinə nəzər yetirdikdə müəyyən olunur ki, orada elektron poçt ünvanları, şəxsiyyət vəsiqələrinin seriya nömrəsi və FİN kodu, nümayəndə barədə eyniləşdirmə məlumatları qeyd edilməmişdir. Ona görə də hazırkı iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalı və ya hazırlıq iclasında qeyd edilən nöqsanların aradan qaldırılması iddiaçıya bildirilməli idi. Azərbaycan Respublikası MPM-nin 152.1.1 -ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150 1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsində azyaşlı iddiaçıların qanuni nümayəndəsi kimi də səhvən Cavabdeh qeyd edilmişdir. Halbuki Cavabdeh hazırki işdə həm də cavabdeh kimi qeyd edilmişdir. Onu da qeyd edir ki, iddia ərizəsi forma və məzmuna riayət edilməklə tərtib edilib məhkəməyə elektron kabinet vasitəsilə verilsəydi belə əsassızdır. Belə ki, ərizədə hər yerdə 10.09.2021-ci il tarixli razılıq sazişi ilə İddiaçı mübahisəli əmlaklardakı paylarından Cavabdeh xeyrinə imtina etdiyi dəfələrlə təkrarlanır. Bu faktı əsaslandırmaq üçün isə Mülki Məcəllənin 1256-cı maddəsinə istinad olunur. Halbuki, tərəflər arasında bağlanmış 10.09.2021-cil tarixli razılıq sazişindən göründüyü kimi bu imtina deyil. Tərəflər sadəcə olaraq miras qalmış əmlakın bölünməsi barədə razılığa gəlmişlər. Sazişi bir tərəfdən Cavabdeh, digər tərəfdən isə azyaşlıların qanuni nümayəndəsi İddiaçı imzalamışdır. Hər ıkı tərəf anlaqlı və özünü idarə edə bilən şəxs olmuşdur. Onları müvafiq sazişi imzalamağa heç kəs məcbur etməmmışdir. Sazişdə qeyd edildiyi kimi müqaviləni tərəflər şəxsən özləri notariusun iştirakı ilə imza etmiş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Ona görə də hesab edir ki, sazişlə sadəcə əmlakların bölünməsi razılaşdırılmışdır və bu heç bir halda imtina kimi qiymətləndirilə bilməz. Hesab edir ki, iddiaçıların qanuni nümayəndəsi hazırkı iddia qaldırmaqla hüquqdan sui-ıstifadə edir. Belə ki, 12.02.2021-ci il tarixdə vəfat etmiş X10 qəsdən öldürmədə ittiham olunan iddiaçının atası Azər Məmmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət ışı üzrə Cavabdeh şikayətinin olmaması üçün hazırki iddia ərizəsi sonuncuya qarşı edilmiş bir təzyiqdir. Hazırkı tələblə cavabdeh cinayət işində şikayətin geri götürülməsi, əgər götürülməsə razılıq sazişinin ləğv ediləcəyi hədəsi ilə qarşılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və huquqı şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi hüquqdan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi iddiaçı tələbin artırılması barədə ərizə ilə işin məhkəmədə baxılmağa hazrlanması yekunlaşana qədər müraciət edə bilərdi. Məhkəmə baxışı zamanı belə ərizə ilə müraciət edilməsi zaman bunun üçün əsasın məhkəmə baxışı gedişində əmələ gəlmiş olmasını sübuta yetirməli idi. Lakin ərizədən göründüyü kimi iddiaçı heç bir əsaslandırma aparmadan iddia tələbinin həcminin dəyişdirilməsinə zərurət yarandığını bildirir. Ona görə də hesab edir ki, ərizənin heç bir nüquqi əsas yoxdur. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı X9 və X6 Cavabdeh qarşı 10.09 2021-ci il tarix razılıq sazişinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iclasında iddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iccia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələblərinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri 19 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun işturakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçün şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Quba rayon VVAQ şöbəsi tərəfindən 20.07.1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 11.04.1985-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. Atası qrafasında X17, anası qrafasında Cavabdeh qeyd edilmişdir. Bakı nikah evi tərəfindən 05.10.2008-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı arasında nikah bağlanmışdır. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 02.07.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 11.04.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X14, anası qrafasında İddiaçı qeyd edilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 01.06.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15.05.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X14, anası qrafasında İddiaçı qeyd edilmişdir. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 04.02.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 12.12.2020-ci il tarixdə vəfat etmişdir. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 03.03.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 12.02.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10.09.2021-cil tarixli razılıq sazişinin surətindən görünür ki, tərəflər 12.02.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakların bölünməsi barədə vərasələn- arvadı Cavabdeh və vəfat etmiş oğlunun övladları olan vərəsələri X7 və X2 qanuni nümayəndəsi olan İddiaçı aşağıda göstərilən formada razılığa gəlmişdirlər: - X12 məxsus "xxxx" ASC-də əmanət hesabında olan 45000 manat, "Mtuğanbank” ASC-nin Şərq filialında depozit hesabında olan 30000 manat və Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yenəşən ümumi sahəsi 714.1 kv/m. olan fərdi yaşayış evi və 0.40 ha torpaq sahəsinin mərhumun varəsəsi olan Cavabdeh 14/16 hissədə, digər vərəsələr olan X9 və X4 isə hər birinə 1/16 hissədə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. . - Yerdə qalan "xxxx"xxxx"Bakı Əyirici-Toxuyucu'' ASC-də nizamnamə kapitalında 96,3873 % olan pay, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0/12 ha torpaq sahəsi, ünvan 6 ünvanında yeriəşən 0.12 ha torpaq sahəsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə tam hissədə Cavabdeh qanun uzrə vərəsəlik huququ haqqında şəhadətnamə verilsin. Müqavilə Bakı şəhəri 19 saylı Notariat ofisinin xüsusi notariusu X15 tərədindən təsdiq olunmuş və reyestrdə 3M-1265 nömrə ilə qeyd edilmişdir. 10.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsələri- Cavabdeh miras əmlakdan 14/16 irs, X9 və X11 hər biri miras əmlakdan 1/16 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC Yasamal filialının 12.03.2021-ci il tarixli № 040/151 nömrəli məktubuna əsasən X8 adına "xxxx" ASC-də **********03 saylı əmanət hesabında 45000 AZN məbləğində vəsaitdən və müqavilə üzrə ona hesablanmış faizlərdən ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-339 nömrə ilə qeyd edilmişdir. 10.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsələri- Cavabdeh miras əmlakdan 14/16 irs, X9 və X11 hər biri miras əmlakdan 1/16 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Xaçmaz Ərazi İdarəsi tərəfindən 27.04.2012 tarixdə X12 verilmiş **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi ünvanında yerləşən ümumi sahəsi 714.1 kv/m., yaşayış sahəsi 192.4 kv/m, yardımçı sahəsi 521.7 kv/m, 6 otaqlı olan fərdi yaşayış evindən və mülkiyyətində olan umumi sahəsi 0.40 ha torpaq sahəsindən ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-338 nömrə ilə qeyd edilmişdir. 10.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsələri- Cavabdeh miras əmlakdan 1/16 irs, X9 və X11 hər biri miras əmlakdan 1/16 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Muğanbank" ASC-nin Şərq filialının 20.08.2021-ci il tarixli Sha/111 nömrəli məktubuna əsasən mərhum X8 "Muğanbank” ASC-nin Şərq filialında olan **********22179AZM12 saylı depozit hesabında 30000 manat məbləğində olan vəsait və depozitə hesablanmış faiz məbləğindən ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-340 nömrə ilə qeyd edilmişdir. 10.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 21.04.2017-ci tarixdə X12 verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-332 nömrə ilə qeyd edilmişdir. 10.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 21.04.2017-ci tarixdə X12 verilmiş **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-333 nömrə ilə qeyd edilmişdir. 10.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 21.04.2017-ci tarixdə X12 verilmiş **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-334 nömrə ilə qeyd edilmişdir. 10.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Abşeron Ərazi İdarəsi tərəfindən 02.03.2016-cı tarixdə X12 verilmiş **********38-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 282.1 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətində olan ümumi shəsı 0.10 ha olan torpaq sahəsindən ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-335 nömrə ilə qeyd edilmişdir. 10.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X18 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 25.12.2017-ci il tarixində qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********954300 hüquqi ünvanı: AZİ008, Bakı şəhəri Nərimanov rayonu. Qarabağ, ev 40. VÖEN: ********* "xxxx" ASC-də X12 məxsus olan nizamnamə kapitalındakı faizi 96.3873% olan paydan ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-336 nömrə ilə qeyd edilmişdir. 10.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - 'Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 30.03.2021-ci il tarixli 41-3843/2021 nömrək məktubuna asən mərhum X8 adına olan "xxxx" ASC-nin Yasamal filialında ******************** saylı cari bank hesabının qalığı 2.63 manat, ******************** saylı carı bank hesabının qalığı 4.28 manat. 624L********** saylı əmanət (depozit) hesabında olan əsas vəsaitlərin məbləği 50000 manat, Sənaye filialında ******************** saylı cari bank hesabının qalığı 70000 manat olan məbləğlərdən ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-337 nömrə ilə qeyd edilmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdeh ilə digər vərəsəsi, miras açılanadək vəfat etmiş X5 övladları X9 və X2 qanuni nümayəndəsi İddiaçı arasında bağlanmış 10.09.2021-cil tarixli razılıq sazişininin şərtlərinə əsasən, İddiaçı X3 miras qalmış, "xxxx" ASC-də olan 50000 və 70000 manat məbləğdə, “Bakı Əyirici-Toxuyucu'' ASC-də nizamnamə kapitalında 96,3873 % olan payda, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və 0.10 ha torpaq sahəsində, Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən 0/12 ha torpaq sahəsində, ünvan 11 ünvanında yeriəşən 0.12 ha torpaq sahəsində və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsində övladları X9 və X4 məxsus olan paylardan imtina etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1268.2-ci maddəsinə görə isə, əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Eyni tələb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 6-cı bəndində də təsbit olunmuşdur. Təlimatın 35-ci bəndinə görə isə, notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, hərəkət başqa notariat orqanı tərəfindən aparılmalıdırsa, notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə, hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar varsa, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə eyni zamanda cavabdehin iddiaya etirazının əsası olaraq istinad etdiyi, iddia ərizəsinin elektron kabinet vasitəsi ilə verilməməsi, iddia ərizəsində texniki səhvlərə yol verilməsi və eləcə də, məhkəmə tərəfindən iddianın artırılmasına dair ərizənin icraata qəbul edilməsi ilə bağlı dəlillərə münasibət bildirərək qeyd edir ki, həmin hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar bir başa göstərilməklə, iddianın elektron kabinet vasitəsi ilə verilməməsi onun geri qaytarılmasının əsası kimi təsbit edilməmişdir. Həmçnini iddia ərəizəsində texniki səhvlərə yol verilməsi də, iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə ilkin hazırlıq iclasında ərizə təqdim edilərək iddia ərizəsində buraxılmış texniki səhvlərin nəzərə alınması xahiş edilməklə, sonradan təqdim edilmiş iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizədə də, həmin texniki səhvlər aradan qaldırılmışdır. Məhkəmə eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş iddia həcminin artırılmasına (dəqiqləşdirilməsi) dair ərizəyə münasibətdə isə hesab edir ki, ərizə məhkəməyə birinci baxış iclası zaman verilsə də, məhkəmə araşdırılmasına başlanılmadan öncə verildiyindən və eləcə də, ərizənin verilməsi və icraata qəbul edilməsi işə obyektiv baxılması, məhkəmə araşdırması zamanı işin hallarına qanuni qiymət verilməsi və nəticədə, ədalətli məhkəmə qərarının çıxarılması baxımında zəruri olduğundan, məhkəmə tərəfinən icraata qəbul edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, ərizə iddia həcminin artırılması adı ilə verilsə də, əslində isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə olmaqla, iddiaçının iddia qaldırmaqda əsl niyyətini ifadə edir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının öncədəndə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə əsl niyyəti məhz tərəflər arasında imzalanmış sazişin etibarsızlığı və azyaşlıların miras paylarının müəyyən edilməsi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hətta iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdiriməsinə dair ərizə verilməmiş olsaydı belə, məhkəmə, azyaşlıların hüquqlarının müdafiəsi və bərpası baxımından və eləcədə süründürməciliyə yol verilməməsi üçün, iddiaçının əsl niyyətinin nədən ibarət olmasına münasibət bildirməli idi. Belə ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarını və onların şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, 12.02.2021-ci ıl tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdeh ilə digər vərəsəsi, miras açılanadək vəfat etmiş X5 övladları X9 və X2 qanuni nümayəndəsi İddiaçı arasında mirasdan imtina ilə əlaqədar olaraq 10.09.2021-cil tarixli razılıq sazişinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı və 1268.2-ci maddələri ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla, yəni, qanunla mirasdan imtina üçün müəyyən edilmiş müddət ötürülməklə və məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsinə məhkəmənin müvafiq icazəsi olmadan bağlanması, bununla da, mübahisələndirilən sazişin etibarsızlığı tam olaraq sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, qeyd olunan saziş etibarsız hesab edilməklə, sadalanan əmlaklarla bağlı iddiaçıların hər birinin 1/16 hissədə payları müəyyən edilməli və paylara uyğun qanun üzrə şəhadətnamələrin verilməsi üçüncü şəxsə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.09.2021-ci il tarixli, 3M-1265 reyestr nömrəli Razılıq Sazişi etibarsız hesab edilsin. 12 fevral 2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlaklara, "xxxx" ASC-də olan 50000 (əlli min) manat və 70000 (yetmiş min) manat məbləğində, "xxxx" ASC-də nizamnamə kapitalında faizi 96,3873 % olan payda; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsində; Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində; Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində hər birinə 1/16 hissə olmaqla X1 və X2 payları tanınsın və həmin miras paylara dair X1 və X2 adlarına vərəsəlik şəhadətnamələrinin verilməsi Bakı şəhəri 19 saylı Notariat ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-402/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-402/2022
16.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver