Məhkəmə qərarları › İş №2(004)-4027/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4027/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4027/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı ipoteka müqaviləsinin və hərracın nəticələrinə dair protokolun ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı ipoteka müqaviləsinin və hərracın nəticələrinə dair protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2003-cü il tarixli 21/S saylı kredit müqavirəsinə əsasən “Zarat” KFT-yə 54 ay müddətinə verilən ********* AZM məbləğində kreditin ödənilməsi təminatına görə Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 08 iyun 2005ci il tarixli 21/S-03 saylı ipoteka müqaviləsinin və "xxxx" tərəfindən 07 avqust 2019-cu ildə keçirilmiş Hərracın nəticələrinə dair Y-215/1 saylı protokolun və onun nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X10 və X11 birlikdə onun vaxtilə rəhbərlik etdiyi “Zarat” KFT-nin üzvüləri kimi 24 dekabr 2003-cü il tarixli 21/C nömrəli kredit müqaviləsinə əsasən “Zaraf KFT “Turan” X3 Milli Fondundan cəlb olunmuş vəsait hesabına ********* AZM məbləğində uzunmüddətli kredit almışlar. Kreditin ödənilməsinin təminatı kimi X1 şəhəri, Q.Əsədov küçəsi 50 ünvanda yerləşən fərdi yaşayış evini, X2 şəhəri, M.Orucov küçəsində yerləşən 72,0 kv.metr olan qeyri-yaşayış sahəsini ipoteka qoymuşlar. Alınmış ********* AZM kreditin ********* AZM-ni Yunus və qardaşı Namiqə, qalan ********* AZM-ni, yəni 20000 manatı ona çatmışdır. Qeyd edilən kreditin ödənilməsinə hər üçü üzərinə eyni dərəcədə məsuliyyət götürmüşlər. Kreditin götürülməsində “Zarat" KFT-də qoyunçuluğun inkişaf etdirilməsi olmuşdur. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən təsərrüfat zərərə düşmüş, məqsədlərinə nail olmamış, artıq təsərrüfatın mövcudluğu formal xarakter daşıdığından ləğv edilmişdir. O, kreditin öz payına düşən 20000 manatının 13000 manatını ödəmiş, cəmi 7000 manat borcu qalmışdır. Qalan hissəni də imkan daxilində ödəməyə çalışır. Lakin iddiaçı Bank digər cavabdehləri kənarlaşdıraraq ümumi qalıq Kredit borcunu yalnız ondan tələb edir və yalnız onun tərəfindən ipoteka qoyulmuş fərdi yaşayış evi mübahisələndirilir. O pensiya kartını Banka təqdim etmiş və hər ay 260 manat məbləğində pensiyası kredit borcunun əvəzinə Bankın hesabına keçirilir. Eyni zamanda, onunla iddiaçı Bank arasında bağlanmış ipiteka müqaviləsindən 18 ilə yaxın vaxt keçir, bu müddət ərzində ipoteka predmeti olan fərdi yaşayış evinə dair yüklülük daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamışdır. Ötən müddət ərzində fərdi yaşayış evi köhnəldiyindən yenisini inşa etdirmiş və yeni tikilən fərdi yaşayış evini mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh ilə aralarında ipoteka müqaviləsi yalnız fərdi yaşayış evinə dair bağlanmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ipoteka predmeti olmamışdır. Bundan başqa, onun son hərracdan və onun nəticəsindən xəbəri olmamışdır. İcra məmuru onun xəbəri olmadan və mövcud olmayan tikilini sadə bir aktla Bankın mülkiyyətinə vermişdir. Əgər ipoteka predmeti Bankın mülkiyyətinə keçmişdirsə, nə üçün Bank ondan kreditlə bağlı ödənişləri qəbul edirdi. Bu necə ola bilər ki, həm mülkü Bankın mülkiyyətinə keçir, həm də yenə kreditin ödənişini ondan qəbul edir. Ona görə də hesab edir ki, artıq ipoteka müqaviləsi və hərracın nəticələri öz hüquqi qüvvəsini itirmişdir. 2020-ci ildə onun evinin yenidən qiymətləndirilməsi ilə bağlı qiymətləndirici təşkilat olan "xxxx" MMC-yə müraciət etmişdir. Həmin təşkilat tərəfindən yeni tikilmiş evi 96000 manat məbləğində qiymətləndirilmişdir. O, bununla əlaqədar 2020-ci ildə Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o vəsaiti digər borclular ilə birlikdə götürsə də, sözü gedən məbləğ ancaq ondan tutulur. Belə ki, o banka olan borcundan 13000 manatını ödəmiş, hazırda 7000 manat borcu qalmışdır. Lakin digər borclular isə borclarından ödənişlər etməmişlər. Eyni zamanda ipoteka predmeti kimi tutma ancaq onun əmlakına yönəldilmişdir. 2003-cü il tarixdən bu günə kimi əmlak dövlət qediyyatından keçməmişdir. Bügündə ev onun adınadır. Ümumiyyətlə əmlakına qoyulmuş qiymət ilə razı deyildir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 ASC-nin nümayəndəsi iddia tələbini etiraz edərək izahatında bildirdi ki, 2007-ci ildə məhkəmələrdə mübahisələr davam edir. 2007-ci ildə məhkəməyə təqdim etdiyi Şəki yerli iqtisad məhkəməsinin 06.12.2007-ci il tarixli 1-62/2007 saylı qətnaməsi çıxmışdır. Qətnamədə tutulan məbələğ borclulardan müşdərək qaydada tutulmuş və hər üç əmlaka da, tutma yönəldilmişdir. Əmlaklardan biri (Q.Əsədov küçəsində yerləşən) sökülmüş və əvəzinə başqa yerdə tikilmişdir. Həmin əmlakla da bağlı onlar məhkəməyə müraciət etmişlər. Əmlak qiymətləndirilmiş, sərraf dəvət olunmuş və əmlaka qiymət qoyulmuşdur. İddiaçı artıq bir dəfə qoyulan qiymətdən narazı olduğunan İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qiymətləndirmənin nəticələrinin ləğv olunmasını tələb etmiş, lakin sonra həmin ərizəsini geri götürmüş və iş üzrə xitam qəradadı qəbul olundur. Sonradan iddiaçı bir daha Səbail Rayon Məhkəməsinə eyni tələb ilə müraciət etmiş, onlar Səbail Rayon Məhkəməsinə İsmayıllı Rayon Məhkəməsinin işə xitam verilməsi barədə qərardadını təqdim etdikdə bu mülki iş üzrə də xitam qərardadı qəbul olunmuşdur. Sonradan hərrac keçirilmiş, əmlak banka təklif olunmuş və bank əmlakı almışdır. Sozügedən əmlakı bankın mülkiyyətinə keçirmək istərkən DƏDRX-nın 9 saylı ərazi İdarəsi tərəfindən onlara imtina edilmiş və bildirilmişdir ki, əmlak bankın girov hüququnda deyildir. Girov hüquqları o zaman kağız üzərində qeydiyyata alınsa da, lakin elektron sistemə keciləndə qeyd edilməmişdir. Onlar da bu imtinadan Şəki inzibati məhkəməsinə şikayət vermiş, bu gün də məhkəmə prosesi davam edir, əmlak üzərinə həbs qoyulmuşdur. İddiacı hərracdan məlumatlı olmuş və bu barədə ona rəsmi bildirisdə göndərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 14.06.2019-cu il tarixli bildirişdən görünür ki, "xxxx" MMC 10.07.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə Sifarişçi İsamyıllı rayon icra və probasiya şöbəsi, tələbkar Cavabdeh1 ASC və borclular “Zarat” KF, X10 və İddiaçı bildiriş göndərilmiş və İddiaçı sözü gedən bildirişi 26.06.2019-cu il tarixdə qəbzə imza edərək əldə etmişdir. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 07.08.2019-cu il tarixli Y-215/1 saylı protokolundan görünür ki, alıcı Cavabdeh1 ASC İddiaçı məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A saylə fərdi yaşayış evini 31875 manata almışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07.08.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A saylə fərdi yaşayış evi 31875 manata Cavabdeh1 ASC-yə satılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-32/2016 saylı, 04.03.2016-cı il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X5 cavabdehlər "xxxx" MMC, "xxxx" və İsmayıllı rayon İcra şöbəsinə qarşı hesabatın ləğv edilməsi və əmlakların yenidən qiymətələndirilməsinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilmiş və mülki işin həmin hissəsi üzrə icraata xitam verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ASC ilə “Zarat” kəndli fermer təsərrüfatı arasında bağlanmış 24.03.2003-cü il tarixli kredit müqaviləsinə əsasən, bank sonuncuya illik 7 faiz olmaqla 54 ay müddətinə 40000 manat məbləğində kredit vermiş və kreditin təminatı kimi X2 şəhəri, M.Orucov küçəsində yerləşən 72,0 kv.metr olan qeyriyaşayış sahəsi, X1 şəhəri, Q.Əsədov küçəsi 50 ünvanda yerləşən fərdi yaşayış evi və İddiaçı məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A saylə fərdi yaşayış evi bank qarşısında ipotek ilə yüklü edilmişdir. Şəki yerli iqtisad məhkəməsinin 06.12.2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ASC ilə “Zarat” kəndli fermer təsərrüfatı arasında bağlanmış 24.03.2003-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, tutma ipoteka predmeti olan X6 İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 72,0 kv.metr olan qeyri-yaşayış sahəsinə, X7 İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 50 ünvanda yerləşən fərdi yaşayış evi və İddiaçı məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A saylə fərdi yaşayış evinə yönəldilməklə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satılması qərara alınmışdır. "xxxx" MMC 10.07.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə Sifarişçi İsamyıllı rayon icra və probasiya şöbəsi, tələbkar Cavabdeh1 ASC və borclular “Zarat” KF, X10 və İddiaçı bildiriş göndərmiş və İddiaçı sözü gedən bildirişi 26.06.2019-cu il tarixdə qəbzə imza edərək əldə etmişdir. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 07.08.2019-cu il tarixli Y-215/1 saylı protokolu və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 07.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İddiaçı məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A saylə fərdi yaşayış evi 31875 manata Cavabdeh1 ASC-yə satılmışdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 08.06.2005-ci il tarixli, 21/S-03 saylı ipoteka müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hisssədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə baxışı zamanı tərəflərin izahatları, iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlə onun arasında bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsinə heç bir əsas yoxdur. Məhkəmə həmçinin iddia tələbinin hərracın nəticələrinə dair protokolun ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bu barədə iddiaçıya rəsmi qaydada bildirişlər göndərilmiş və iddia təfərindən sözü gedən bildirişlər rəsmi qaydada qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddia tələbi hərracın yekunları barədə protokolun və onun nəticələrinin ləğv edilməsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı ipoteka müqaviləsinin və hərracın nəticələrinə dair protokolun ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı ipoteka müqaviləsinin və hərracın nəticələrinə dair protokolun ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar