Məhkəmə qərarları › İş №2(004)-4037/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4037/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4037/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 02.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 24.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********64653 olan “Samsung Galaxy A20” markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu; 01.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73449 olan “Samsung Galaxy A10” markalı telefon üçün 216 manat ödənilməmiş hissə, 64 manat dəbbə; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17078 olan “X4 8 Pro” markalı telefon üçün 481 manat ödənilməmiş hissə, 144 manat dəbbə; 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, “Casio” saat üçün 80 manat ödənilməmiş hissə, 24 manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, “Genius Gaming” klaviatura üçün 55 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu; 25.03.2020-ci il tarixli müqaviləsinə əsasən “Sony Playsastion-4” üçün 740 manat ödənilməmiş hissə, 226 manat dəbbə pulu; 04.04.2020-ci il tarixli müqaviləsinə əsasən “Playstation-4” pult üçün 87 manat ödənilməmiş hissə, 27 manat dəbbə olmaqla ümumilikdə, 2642 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2672 manat pul məbləğinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, Cavabdeh “xxxx” MMC ilə 24.08.2019-cu il, 01.09.2019-cu il, 26.12.2019-cu il, 03.01.2020-ci il, 10.01.2020-ci il, 25.03.2020ci il və 04.04.2020-ci il tarixdə bağladığı müqavilələrə əsasən müxtəlif mallar əldə etmiş, lakin müqavilələr üzrə borcu vaxtında ödəməmiş və nəticədə 2642 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 606 manat təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.08.2019-cu il tarixli, 00866254 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ Kodu **********64653 olan “Samsung Galaxy A20” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 01.09.2019-cu il tarixli, 00882420 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********73449 olan “Samsung Galaxy A10” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli, 01161412 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********17078 olan “X4 8 Pro” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03.01.2020-ci il tarixli, 20007754 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən Casio” saat Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 10.01.2020-ci il tarixli, 20026857 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “Genius Gaming” klaviatura Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25.03.2020-ci il tarixli, 20202336 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “Sony Playsastion-4” Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 04.04.2020-ci il tarixli, 20212436 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “Playstation-4” pult Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 24.08.2019-cu il tarixli, 00866254 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 558 manat təşkil edir və aylıq 31 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 01.09.2019-cu il tarixli, 00882420 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 379 manat təşkil edir və aylıq 24 manat olmaqla 15 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 26.12.2019-cu il tarixli, 01161412 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 648,2 manat təşkil edir və aylıq 48,1 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 03.01.2020-ci il tarixli, 20007754 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 97,2 manat təşkil edir və aylıq 8,1 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 10.01.2020-ci il tarixli, 20026857 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 82,2 manat təşkil edir və aylıq 13,7 manat olmaqla 6 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 25.03.2020-ci il tarixli, 20202336 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 756 manat təşkil edir və aylıq 63 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 04.04.2020-ci il tarixli, 20212436 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 116,4 manat təşkil edir və aylıq 9,2 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 28.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 24.08.2019-cu il tarixli müqavilə üzrə 372 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu; 01.09.2019-cu il tarixli müqavilə üzrə 216 manat ödənilməmiş hissə, 64 manat dəbbə; 26.12.2019-cu il tarixli müqavilə üzrə 481 manat ödənilməmiş hissə, 144 manat dəbbə; 03.01.2020-ci il tarixli müqavilə üzrə 80 manat ödənilməmiş hissə, 24 manat dəbbə; 10.01.2020-ci il tarixli müqavilə üzrə 55 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu; 25.03.2020-ci il tarixli müqavilə üzrə 740 manat ödənilməmiş hissə, 226 manat dəbbə pulu; 04.04.2020-ci il tarixli müqavilə üzrə 87 manat ödənilməmiş hissə, 27 manat dəbbə olmaqla ümumilikdə isə 2642 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 24.08.2019-cu il tarixli müqavilə üzrə 20 manat, 01.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 26.12.2019-cu il tarixli müqavilə üzrə 20 manat, 03.01.2020-ci il tarixli müqavilə üzrə 5 manat, 10.01.2020-ci il tarixli müqavilə üzrə 5 manat, 25.03.2020-ci il tarixli müqavilə üzrə 20 manat, 04.04.2020-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24.08.2019-cu il tarixli müqaviləyə əsasən 372 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 01.09.2019-cu il tarixli müqaviləyə əsasən 216 manat ödənilməmiş hissə, 10 manat dəbbə; 26.12.2019-cu il tarixli müqaviləyə əsasən 481 manat ödənilməmiş hissə, 20 manat dəbbə; 03.01.2020-ci il tarixli müqaviləyə əsasən 80 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləyə əsasən 55 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 25.03.2020-ci il tarixli müqaviləyə əsasən 740 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 04.04.2020-ci il tarixli müqaviləyə əsasən 87 manat ödənilməmiş hissə, 5 manat dəbbə olmaqla cəmi 2116 (iki min yüz on altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 24.08.2019-cu il tarixli müqaviləyə əsasən 372 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 01.09.2019-cu il tarixli müqaviləyə əsasən 216 manat ödənilməmiş hissə, 10 manat dəbbə; 26.12.2019-cu il tarixli müqaviləyə əsasən 481 manat ödənilməmiş hissə, 20 manat dəbbə; 03.01.2020-ci il tarixli müqaviləyə əsasən 80 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləyə əsasən 55 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 25.03.2020-ci il tarixli müqaviləyə əsasən 740 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 04.04.2020-ci il tarixli müqaviləyə əsasən 87 manat ödənilməmiş hissə, 5 manat dəbbə olmaqla cəmi 2116 (iki min yüz on altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar