Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4038/2025 25.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxslər Xızı rayonu Altıağac Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: miras əmlakı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Xızı rayonu Altıağac Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi (maraqlı şəxslər Xızı rayonu Altıağac Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xızı rayonu, Altıağac kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin verilməsi ilə bağlı JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən yanlışlıqların aradan qaldırılaraq şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi və hüquq müəyyənedici sənədlərin ona, yəni – Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, 11 dekabr 2024-cü il tarixində ərizə ilə Xızı rayonu, X5 rayonu, Altıağac kəndi ərazisində torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və Altıağac kəndi ərazisində 0,08 ha torpaq sahəsinin satılması barədə 2004-cü il 14 dekabr tarixli 22 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına əlavə”yə və Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq Torpaqların alqı-satqısına dair Aktla aralarında olan münasibətlər rəsmiləşdirilmiş və torpağın dəyəri Altıağac Bələdiyyəsinin xüsusi hesabına ödənilmişdir. Bundan sonra Altıağac Bələdiyyəsinin sədri tərəfindən Azərbaycan Respubliikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə aldığı torpaq sahəsin mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanıb verilməsinə göstəriş verilməsi üçün müraciət olunmuşdur. Ona Xızı rayonu, Altıağac kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin verilməsi ilə bağlı JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” təqdim oolunmuşdur. Bundan sonra ona məxsus Xızı rayonu, Altıağac kəndi ərazisində yerləşən JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,08 ha torpaq sahəsində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aidiyyatı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdi. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətini təmin etməmiş, imtinaya səbəb kimi JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan ad ilə onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ad arasında uyğunsuzluq aşkar edildiyi göstərilmişdir. Belə ki, həmin vaxt sənədləri hazırlamış şəxslər tərəfindən texniki səhv olmuş, JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də adı səhvən “Mahucamal”, ata adı isə “Oktay” kimi qeyd olunmuşdur. Əslində isə adı Məcəmal, soyadı Rüstəmova, ata adı isə Oqtaydıq. Bunu ona məxsus AZE №0******* şəxsiyyət vəsiqəsi təsdiq edir. Yol verilmiş bu səhv onun hüquqlarını kobud şəkildə pozur və bu səbəbdən həmin sənədləri təqdim edib JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarış ala bilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Mövcud olan təcrübəyə əsasən bu hüquqi fakt yalnız məhkəmə qaydasında təsdiq oluna bilər.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində qeyd olunan adı ilə müraciətə əlavə edilən şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad arasında uyğunsuzluq aşkar edilmişdir.
8. Xızı rayon Altıağac Bələdiyyə başçısının xx.xx.2004-cü il tarixli qərarına əsasən X3 0,08 ha həyətyanı torpaq sahəsi satılmışdır.
9. JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən müəyyən olunur ki, Xızı rayon Altıağac Bələdiyyə başçısının xx.xx.2004-cü il tarixli qərarına əsasən 0,08 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir.
10. 10.07.2000-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 və Ərizəçi nikahları xx.xx.2000-ci il tarixdə rəsmiləşdirilmişdir.
11. AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.
12. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir.
13. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
14. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
15. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
16. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
17. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, ərizəçi tərəfindən müəyyən edilməsi xahiş olunan sənədin şəxsə məxsus olması ilə bağlı əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olan faktdan ibarətdir. Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Xızı rayon Altıağac Bələdiyyə başçısının xx.xx.2004-cü il tarixli qərarına əsasən 0,08 ha torpaq sahəsi ərizəçinin mülkiyyətinə verilmişdir. Bu məqsədlə JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Lakin ərizəçinin adı JN-765 H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də X1 yazıldığı üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina edilmişdir. Buna görə də JN-765 H (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi aid olması faktı müəyyən edilməlidir
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
21. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
Ərizə təmin edilsin. JN-765H (kod ********) nömrəli xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil