Məhkəmə qərarları › İş №2(004)-4046/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4046/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4046/2020 24.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən aldığı “Samsung Led” markalı televizorun 1504 manat dəyərindən ödənilməmiş qalan 344 manat əsas borc və 104 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kod **********69877 olan “Samsung Galaxy J5” markalı mobil telefon cihazının 648 manat dəyərindən ödənilməmiş qalan 143 manat əsas borc və 43 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kod **********39522 “Samsung Galaxy J5” markalı telefon markalı telefonun 639 manat dəyərindən ödənilməmiş qalan 261 manat əsas borc və 79 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Gala-Genova markalı künc divan, Venus markalı jurnal masa, Foriella-Dnepr markalı yataq dəsti, matras mebel dəstinin 4254 manat dəyərindən ödənilməmiş qalan 279 manat əsas borc; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Amur - Yataq - Çarpayı, Amur - Yataq - Dolab, Amur - Yataq - Termo, 2 ədəd Amur - Yataq - Tumba mebel dəstinin 1265 manat dəyərindən ödənilməmiş qalan 1.100 manat əsas borc və 214 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Lotus markalı matrasın 391 manat dəyərindən ödənilməmiş qalan 323 manat əsas borc və 56 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığıGenova markalı künc divanın 2904 manat dəyərindən ödənilməmiş qalan 2.420 manat əsas borc və 435 manat dəbbə pulu olmaqla, cəmi 5801 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5831 manat pul vəsaitinin tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında arasında bağlanmış 7 ədəd nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən mebel və məişət avadanlıqlarını nisyə almışdır. Onların ümumi dəyərindən 6735 manatını iddiaçıya ödəmişdir, 4870 manat əsas borcu qalmış, ümumilikdə müqavilələr üzrə 931 manat cərimə hesablanmışdır. Belə ki, Cavabdeh xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Led” markalı televizorun 1504 manat dəyərindən ödənilməmiş qalan 344 manat əsas borc və 104 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kod **********69877 olan “Samsung Galaxy J5” markalı mobil telefon cihazının 648 manat dəyərindən ödənilməmiş qalan 143 manat əsas borc və 43 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kod **********39522 “Samsung Galaxy J5” markalı telefon markalı telefonun 639 manat dəyərindən ödənilməmiş qalan 261 manat əsas borc və 79 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Gala-Genova markalı künc divan, Venus markalı jurnal masa, Foriella-Dnepr markalı yataq dəsti, matras mebel dəstinin 4254 manat dəyərindən ödənilməmiş qalan 279 manat əsas borc; xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən aldığı Amur - Yataq - Çarpayı, Amur - Yataq - Dolab, Amur - Yataq - Termo, 2 ədəd Amur - Yataq - Tumba mebel dəstinin 1265 manat dəyərindən ödənilməmiş qalan 1.100 manat əsas borc və 214 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Lotus markalı matrasın 391 manat dəyərindən ödənilməmiş qalan 323 manat əsas borc və 56 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığıGenova markalı künc divanın 2904 manat dəyərindən ödənilməmiş qalan 2.420 manat əsas borc və 435 manat dəbbə pulu olmaqla, cəmi 5801 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, həmçinin “AZEMİS” vasitəsilə +**********53 mobil nömrəsinə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında arasında bağlanmış 7 ədəd nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC Cavabdeh mebel və müxtəlif məişət avadanlıqlarını nisyə satmışdır. Cavabdeh aldığı əşyaların ümumi dəyərindən 6735 manatını iddiaçıya ödəmişdir, 4870 manat əsas borcu qalmış, ümumilikdə müqavilələr üzrə iddiaçı cavabdehə 931 manat dəbbə hesablamışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “xxxxxxxxxxx” MMC-nin təqdim etdiyi ödəniş cədvəlindən müəyyən edilir ki, 2020-ci ilin iyul ayına Cavabdeh xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Led” markalı televizorun 1504 manat dəyərindən ödənilməmiş qalan 344 manat əsas borc və 104 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kod **********69877 olan “Samsung Galaxy J5” markalı mobil telefon cihazının 648 manat dəyərindən ödənilməmiş qalan 143 manat əsas borc və 43 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kod **********39522 “Samsung Galaxy J5” markalı telefon markalı telefonun 639 manat dəyərindən ödənilməmiş qalan 261 manat əsas borc və 79 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Gala- Genova markalı künc divan, Venus markalı jurnal masa, Foriella-Dnepr markalı yataq dəsti, matras mebel dəstinin 4254 manat dəyərindən ödənilməmiş qalan 279 manat əsas borc; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Amur - Yataq - Çarpayı, Amur - Yataq - Dolab, Amur - Yataq - Termo, 2 ədəd Amur - Yataq - Tumba mebel dəstinin 1265 manat dəyərindən ödənilməmiş qalan 1.100 manat əsas borc və 214 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Lotus markalı matrasın 391 manat dəyərindən ödənilməmiş qalan 323 manat əsas borc və 56 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığıGenova markalı künc divanın 2904 manat dəyərindən ödənilməmiş qalan 2.420 manat əsas borc və 435 manat dəbbə pulu olmaqla, cəmi 5801 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqavilələr üzrə tənasübsüz surətdə hesablanmış yüksək dəbbə məbləğləri pulu azaldılmalı, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 104 manat dəbbə pulu azaldılaraq 10 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 43 manat dəbbə pulu azaldılaraq 10 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 79 manat dəbbə pulu azaldılaraq 10 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 214 manat dəbbə pulu azaldılaraq 20 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 56 manat dəbbə pulu azaldılaraq 10 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 435 manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Led” markalı televizorun dəyərindən ödənilməmiş qalan 344 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy J5” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 143 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy J5” markalı telefon markalı telefonun dəyərindən ödənilməmiş qalan 261 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Gala-Genova markalı künc divan, Venus markalı jurnal masa, Foriella-Dnepr markalı yataq dəsti, matras mebel dəstinin dəyərindən ödənilməmiş qalan 279 manat əsas borc; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Amur - Yataq - Çarpayı, Amur - Yataq - Dolab, Amur - Yataq - Termo, 2 ədəd Amur - Yataq - Tumba mebel dəstinin dəyərindən ödənilməmiş qalan 1.100 manat əsas borc və 20 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Lotus markalı matrasın dəyərindən ödənilməmiş qalan 323 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığıGenova markalı künc divanın dəyərindən ödənilməmiş qalan 2.420 manat əsas borc və 50 manat dəbbə pulu olmaqla, cəmi 4980 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5010 manat pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilməlidir. İddia tələbi - müqavilələr üzrə hesablanmış cəmi 821 manat dəbbə pulu tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Led” markalı televizorun dəyərindən ödənilməmiş qalan 344 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kod **********69877 olan “Samsung Galaxy J5” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 143 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kod **********39522 “Samsung Galaxy J5” markalı telefon markalı telefonun dəyərindən ödənilməmiş qalan 261 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Gala-Genova markalı künc divan, Venus markalı jurnal masa, Foriella-Dnepr markalı yataq dəsti, matras mebel dəstinin dəyərindən ödənilməmiş qalan 279 manat əsas borc; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Amur - Yataq - Çarpayı, Amur - Yataq - Dolab, Amur - Yataq - Termo, 2 ədəd Amur - Yataq - Tumba mebel dəstinin dəyərindən ödənilməmiş qalan 1.100 manat əsas borc və 20 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Lotus markalı matrasın dəyərindən ödənilməmiş qalan 323 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığıGenova markalı künc divanın dəyərindən ödənilməmiş qalan 2.420 manat əsas borc və 50 manat dəbbə pulu olmaqla, cəmi 4980 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5010 (beş min on) manat pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar