Məhkəmə qərarları › İş №2(004)-4047/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4047/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4047/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 10.11.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********36953 olan Samsung J2 markalı telefon üçün 76 manat ödənilməmiş hissə, 7 manat cərimə; 17.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97756 Samsung Galaxy A10 markalı telefon, case İntaleo Velvet, 4D glass full black 2 ədəd aksesuar üçün 325 manat ödənilməmiş hissə, 32 manat cərimə; 12.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********90927 olan Samsung Galaxy A30s markalı telefon üçün 384 manat ödənilməmiş hissə, 38 manat cərimə; ümumilikdə 862 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə, qanunvericiliklə müəyyən edilmiş müddətdə iddia tələbi ilə bağlı hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə «xxxx» MMC arasında 10.11.2018-ci il tarixdə bağlanmış 00367765 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 380 manata İMEİ kodu **********36953 olan Samsung J2 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 19 manat ödəmək şərti ilə 20 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 17.08.2019-cu il tarixdə bağlanmış 00852331 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 502 manata İMEİ kodu **********97756 Samsung Galaxy A10 markalı telefon, case İntaleo Velvet, 4D glass full black 2 ədəd aksesuarı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 25 manat (ilkin ödəniş 2 manat) ödəmək şərti ilə 20 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 12.01.2020ci il tarixdə bağlanmış 20033242 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 493.5 manata İMEİ kodu **********90927 olan Samsung Galaxy A30s markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 38.5 manat (ilkin ödəniş 31.5 manat) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin 10.11.2018-ci il tarixli müqavilə üzrə ödədiyi məbləğ 304 manat, 17.08.2019cu il tarixli müqavilə üzrə ödədiyi məbləğ 177 manat, 12.01.2020-ci il tarixli müqavilə üzrə ödədiyi məbləğ 109.5 manat, cəmi 590.50 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.11.2018-ci il tarixli müqavilə üzrə 76 (yetmiş altı) manat əsas, 7 (yeddi) manat cərimə, cəmi 83 (səksən üç) manat; 17.08.2019-cu il tarixli müqavilə üzrə 325 (üç yüz iyirmi beş) manat əsas, 32 (otuz iki) manat cərimə borcu, cəmi 357 (üç əlli yeddi) manat; 12.01.2020-ci il tarixli müqavilə üzrə 384 (üç yüz səksən dörd) manat əsas, 38 (otuz səkkiz) manat cərimə borcu, cəmi 422 (dörd yüz iyirmi iki) manat; ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-230, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.11.2018-ci il tarixli müqavilə üzrə 76 (yetmiş altı) manat əsas, 7 (yeddi) manat cərimə, cəmi 83 (səksən üç) manat; 17.08.2019-cu il tarixli müqavilə üzrə 325 (üç yüz iyirmi beş) manat əsas, 32 (otuz iki) manat cərimə borcu, cəmi 357 (üç əlli yeddi) manat; 12.01.2020-ci il tarixli müqavilə üzrə 384 (üç yüz səksən dörd) manat əsas, 38 (otuz səkkiz) manat cərimə borcu, cəmi 422 (dörd yüz iyirmi iki) manat; ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar