Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4050/2020 24.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Bakı şəhəri Binəqədi rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən şəxs Ərizəçi Maraqlı şəxs1 Başçısının xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncamında qeyd edilən X2 ilə eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 Başçısının xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncamının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuşdur, hazırda mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 4-cü döngədə yerləşən 334 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 600 kv.m. torpaq sahəsinin ona ayrılmasına dair Maraqlı şəxs1 başçısı xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncam verilmişdir. O, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və ev xüsusi mülkiyyət kimi onun adına xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş və qeydiyyat vəsiqəsi almışdır. Hazırda sərəncam əsasında ayrılmış torpaq sahəsini də özəlləşdirmək istəyir. Şəxsiyyət vəsiqəsində adı İdayət olsa da, sərəncamda Hidayət kimi qeyd edilmişdir. O, sərəncama düzəliş edilməsi barədə ərizə ilə Bakı şəhəri Maraqlı şəxs1nə müraciət etmişdir. Maraqlı şəxs isə ona xx xxx 2020-ci il tarixdə cavab məktubu yazaraq bildirmişdir ki, onun 2010cu il tarixli şəxsiyyət vəsiqəsində adının İdayət yazılması səbəbindən düzəliş edə bilmirlər. Aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onun bütün sənədlərdə adı Ərizəçi kimi qeyd edilmişdir. Hətta fərdi yaşayış evinə dair verilən xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsində də adı düzgün olaraq İdayət kimi yazılmışdır. Həmin qeydiyyat vəsiqəsini Maraqlı şəxs1 başçısı xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncamı əsasında əldə etmişdir. Hazırda yuxarıda qeyd olunmuş sənəddə yol verilmiş yalnışlığın düzəldilməsinə və Maraqlı şəxs1 başçısının xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncamının ona məxsus olması faktının müəyyən olunmasına zərurət yaranmışdır. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, rəsmi sənədlər və işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri Maraqlı şəxs1 başçısının xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 4-cü döngədə yerləşən 334 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 600 kv.m torpaq sahəsi xx.xx.1960-cı ildə ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi ayrılmışdır. Sərəncamda Ərizəçi adı texniki səhvlə “X2” kimi göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********25 nömrəli məktubundan və ona əlavə edilmiş Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 4-cü döngədə yerləşən 334 nömrəli fərdi yaşayış evinin texniki pasportundan və Bakı şəhəri Maraqlı şəxs1 başçısının xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncamından müəyyən edilir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün X1 600 kv.m. torpaq sahəsinin ayrılmasına dair Maraqlı şəxs1 başçısı xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 4-cü döngədə yerləşən 334 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Ərizəçi adına dövlət qeydiyyatına alınmışdır. Ərizəçi adına xx.xx.2005-ci il tarixdə texniki pasport tərtib edilmiş və xx.xx.2005-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Maraqlı şəxs1 başçısının xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncamında ərizəçinin adı “X2” kimi qeyd olunsa da, həmin sərəncam əsasında bu torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair verilmiş qeydiyyat vəsiqəsində və texniki pasportda mülkiyyətçinin adı düzgün olaraq “Ərizəçi” kimi göstərilmişdir. Yasamal RPİ tərəfindən xx.xx.2010-cı il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1960-cı ildə ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatı və təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edilir ki, ərizəçi hazırda mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 4-cü döngədə yerləşən 334 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini də özəlləşdirmək və vahid əmlak kimi reyestrdə qeydiyyata aldırmaq istəyir. Lakin sərəncamda adı texniki səhvlə “Ərizəçi” əvəzinə, “X2” kimi qeyd olunduğuna görə, bu hüququnu həyata keçirməsində çətinlik yaranmışdır. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və sənədin ona məxsus olmasını başqa qaydada əldə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X1 600 kv.m. torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Maraqlı şəxs1 başçısının xx.xx.1995-ci il tarixli 1470 nömrəli sərəncamının - xx.xx.1960-cı ildə ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi (FİN: xxxxxxx) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4050/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4050/2020
24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver