Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4051/2025 19.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı8, İddiaçı1 və onun nümayəndəsi və vəkili X12, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 cavabdehlər Cavabdeh3, 3 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisi, Cavabdeh2nə qarşı "vəsiyyətnamənin və X30 X31nin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğvi, vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh3 və 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “vəsiyyətnamənin və X30 X31nin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğvi, vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi X47 tərəfindən təsdiq olunmuş vəsiyyətnamənin, həmin vəsiyyətnamə əsasında Cavabdeh3 adına verilmiş, xx.xx.2024-cü il tarixli, reyestr 2V-351 № ilə qeyd olunmuş “X30 hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsinə, həmin “X30 hüququ haqqında” şəhadətnamənin hüquqi nəticələrinin ləğv edilməsinə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163.1 kv.m. olan xüsusi mülkiyyətinin əvvəlki hüquqi vəziyyətinə geri qaytarılmasına və hazırki iddiaçıların həmin miras əmlakı üzrə “vərəsəlik hüququnun tanınaraq payının müəyyən edilməsinə” dair qətnamə qəbul edilməsi, Cavabdeh3 barəsində “xüsusi qərar” qəbul ediərək prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum bacısı X40 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktı Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə xx.xx.2023-cü il tarixli 893 nömrəli sənədlə qeydiyyata alınmış və müvafiq olaraq ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı1 mərhum bacısı X40 cavabdeh xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3 ilə Əliyev Mirzaur adlı şəxslə (özünü kişi cinsi ilə bu ad ilə təqdim etmiş, əslində qadın cinsində olmuşdur) xx.xx.2019-cu ildə Yasamal rayonunda yerləşən Star Hall restoranında toy mərasimi təşkil olunaraq evlənmişlər. Daha sonra ailə münasibəti qurduqdan sonra iddiaçıların mərhum bacısı X40 həmin şəxsin (hazırki cavabdeh olan Kərimova İdayət qızının) Günel kişi cinsli deyid də, qadın cinsli olmasını onu yalandan deyərək aldatdığını bilmişdir. Bundan sonra İddiaçı1 mərhum bacısı X40 bu xəbəri eşitdikdən sonra mənəvi izdirab çəkmiş, bu da onun səhətinə pis təsir etmiş, xərçəng xəstəliyi səbəbi ilə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Vəfatından bir müddət sonra iddiasçılar İİ dərəcəli vərəsə olaraq mərhumun miras əmlakı üzrə pay sahibi olmaq məqsədilə vərəsəlik üzrə müraciət etmək üzrəykən onlara müraciət məktubu ünvanlanaraq mərhumun vərəsəsi olan bir kəsin payın satılması müraciəti edilmişdir. Daha sonra araşdırarkən məlum olmuşdur ki, şəxsin adma vərəsəlik işi açılmış, onlar bacı-qardaşları notariat orqan tərəfindən aydınlaşdırılmadan, əsla rəsmi nikahı olmayan, övladı olmayan, ata-anası sağ olmayan (İ dərəcəli vərəsələr) mərhumun İİ dərəcəli vərəsələrinin olmasının bildiyi halda hazırki vərəsəlik işində “ailə tərkibi arayışı olmadan, qeyri-qanuni formada saxtalaşdırılmış vərəsəlik işi apararaq, X2 (xx.xx.2023-cü il ölüm tarixli) əlyazmasının olduğu deyilən, arxa vərəqəsində xx.xx.2022-ci il tarixli, reyestrdə 2V- 1249 № ilə qeyd edilmiş vəsiyyətnamə 3 Saylı Bakı “ASAN” Xidmət mərkəzinin Notariat Ofisinin Xüsusi X47 tərəfindən təsdiq olunmuşdur. Hansı ki, həmin vəsiyyətnamə əsasında ünvan 2 ünvanında qeydiyyatda olan mərhum X40 həmin vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını - Beyləqən rayonu, Dünyamalılar ərazi idarəsi, Dünyamalılar kəndi ünvanında qeydiyyatda olan Cavabdeh3 vəsiyyət etmişdir. Bunun əsasında xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-351 № ilə qeyd olunmuş “X30 hüququ haqqında” Şəhadətnamə tərtib olunmuşdur. X16 (xx.xx.2023-cü il ölüm tarixli) əlyazması əsasında arxa vərəqəsində xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-1249 № ilə qeyd edilmiş vəsiyyətnamə AR MM-nin tələblərini pozaraq tərtib olunmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlaklın Dövlət Resyestri Xidmətinin RX seriyalı, ******* №li Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163.1 kv.m olan xüsusi mülkiyyətə hazırki iddiaçılar üzrə pay müəyyən olunmuşdur. X16 (xx.xx.2023-cü il ölüm tarixli) əlyazması əsasında arxa vərəqəsində xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-1249 N» ilə qeyd edilmiş vəsiyyətnamədəki xətt nümunələrinin mərhum X26 məxsus olması şübhə altında olan məsələlərdəndir. Belə ki, mərhum X40 onun aldadan Cavabdeh3 qızma vəsiyyət etməsi mümkün deyildir, qeyri-mümkündür. Cavabdeh3 şəxs barəsində hüquq mühafizə orqanına Azərbaycan Respublikasının Baş Prokurorluğuna (surəti Bakı şəhər Prokurorluğuna) xx.xx.2025-ci il tarixli ərizə ünvanlanmışdır. Mərhumun həmin şəxs tərəfindən kişi adı ilə evləndirilərək aldadılması və digər hallar hazırki sənədlərin saxtalaşdırılmasına təkan edən hallar olmaqla yanaşı, cavabdehlərin birbaşa qanun pozuntusu edərək mərhumun əmlakının ələ keçirilməsini həyata keçrimişlər. Bundan əlavə, X2 X24 xx.xx.1990-cı ildə, anası X9 xx.xx.2018-ci ildə vəfat etmişdir. X2 övladı statusu üzrə əsla adına doğum şəhadətnaməsi və evlilik statusu üzrə adına rəsmi nikah şəhadətnaməsi rəsmiləşdirilməmişdir. Ata-anasının sağ olmaması ona dair miras əmlak kütləsinin birbaşa İİ dərəcəli vərəsələrə pay hüququ tanımağa xidmət etməkdədir. Odur ki, hazırda X2 (xx.xx.2023-cü il ölüm tarixli) əlyazması əsasında arxa vərəqəsində xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-1249 № ilə qeyd edilmiş, cavabdeh orqan 3 Saylı Bakı “ASAN” Xidmət mərkəzinin Notariat Ofisinin Xüsusi X47 tərəfindən təsdiq olunmuş vəsiyyətnamənin, həmin vəsiyyətnamə əsasında Cavabdeh3 adma verilmiş, xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-351 № ilə qeyd olunmuş, “X30 hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi və həmin “X30 hüququ haqqında” Şəhadətnamənin hüquqi nəticələrinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163.1 kv.m olan xüsusi mülkiyyətinin əvvəlki hüquqi vəziyyətinə geri qaytarılması və Cavabdeh3 (hər kəsə Mirzaur kimi özünü təqdim edən) İdayət qızı barəsində “xüsusi qərar“ qəbul edilərək prokurorluğa göndərilməsi zərurəti mövcuddur. Cavabdeh3 məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, qarşı tərəfin iddia ərizəsi əsasızdır. Belə ki, o, mərhum Elmira Ağayeva ilə 2010-cu ildən tanış olmuşdur və uzun illər mətbuatda birlikdə çalışmışlar. Münasibətləri dost kimi çox yaxşı olduğundan daim bir yerdə olmuşlar. Elmira xanım ağır onkoloji xəstə olduğundan onun yanında olmuş və ona baxmışdır. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna müraciət edilərək o, Elmira xanıma baxılması üçün təyin edilmişdir. Bunun nəticəsi və münasibətlərinin bir dost olaraq çox yaxşı olduğu və ona qarşı Elmira xanımın münasibəti doğma olduğundan ona xx.xx.2024-cü il tarixli X30 X31 üzrə qanunun tələblərinə uyğun olaraq paylı mülkiyyətdə olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 163.1 kv/m olan fərdi yaşayış evinin (1/2 hissədən qalan hissənin) mərhuma məxsus hissəsindən ibarət hissədə Vərəsəlik hüququ ona verilmişdir. İddia ərizəsində göstərilən bütün hallar əsasızdır və heç bir hüquqi əsası yoxdur və eyni zamanda qarşı tərəf onun şəxsi həyatı və kimliyi ilə bağlı şəxsiyətinə toxunan iddialarla onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişlər. Bütün bu və digər hallarla qarşı tərəf (iddiaçı) Azərbaycan Respublikası Kanstitusiyasının müvafiq maddələrinin tələblərini pozaraq mənim şərəf və ləyaqətini alşaldan ifadələrə yol vermişlər, eyni zamanda MM-in, MPM-in tələblərini pozaraq qeyri qanunu tələblər irəli sürmüşlər. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə verərək, İddiaçı9 iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq İddiaçı9 iddiaçı qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X12 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh3 İddiaçı1 mərhum bacısı X16 həyat yoldaşıdır. Cavabdeh3 özünü Mirzaur kimi təqdim etmişdir. X40 vəfat edənə qədər heç kəsin Mirzaurun əslində Cavabdeh3 olduğundan xəbəri olmamışdır. xx.xx.2019-cu il tarixində tərəflərin Star Hall restoranında toy mərasimləri keçirilmişdir. Bununla bağlı onlar toy disklərini məhkəməyə təqdim etmişlər. xx.xx.2023-cü il tarixində X40 xərçəng xəstəliyindən vəfat etmişdir. Mərhum baş verən hadisələr nəticəsində çox böyük sarsıntı keçirmişdir. onkoloji sənədlərdə qadınlıq orqanında xəstəliyinin mövcudluğu qeyd edilib. Cavabdehin xarici görünüşü kişiyə oxşayır. Həmçinin, onun cinsi, yaşadıqları ünvan ilə və toyla bağlı faktlar izahatlarında gizlədilib. İddiaçıların mərhum bacısı Elmira Cavabdeh3 ilə evlənənə qədər onun kişi olduğunu düşünmüşdür, lakin sonra qadın olduğunu öyrənmişdir. Barəsində şikayət verənlər də ilk dəfə özünü Mirzaur kimi tanıtdığını bildirirlər. Cavabdehin Ağayeva Elmiranın əmək qabiliyyətsiz olması ilə əlaqədar patronaj təyin edilməsi ilə bağlı sənədi var və orada Nərimanov rayonuna müvəqqəti sığınmış ifadəsi qeyd edilib. Patronaj qeyd edilmə ilə bağlı xəstəlik diaqnozu ilə ölüm haqqında şəhadətnamədə qeyd edilən ölüm səbəbi fərqlidir. Şəxsin hansı ünvanda vəfat etməsi müəyyənləşdirilməyib və cavabdeh prokurorluqda araşdırmanın dayandırımasını, ailə üzvlərinə məlumat verilmədiyini və şikayət olmadığını bildirib. Həmçinin, vəsiyyətnamə 2 şahidin iştirakı ilə tərtib edilməli idi. Lakin, hazırkı vəsiyyətnamə 2 möhürlə təsdiqlənib. Əmək qabiliyyətsiz şəxsə ərizənin yazdırılıb-yazdırılmaması müəyyənləşdirilməlidir. Vəsiyyətnamənin tərtibi ilə bağlı Mülki Məcəllənin tələbləri pozulub. Vəsiyyatnamənin forması ilə bağlı şablon blanklar var. Əl ilə vəsiyyətnamənin yazılmasına ehtiyac yoxdur. Həmçinin, patronajla bağlı sərəncam icra edilməyib. Həmin sənəddə Nərimanova sığınmış ifadəsi qeyd edildiyindən Nərimanov rayon İcra Hakimiyyətində baxılmalı idi. Cavabdeh tərəfindən mərhumun videoları çəkilib. Mərhumun vəfatında şübhəli məqamlar var. Cavabdeh prokurorluqdakı izahatında iddiaçılara məlumat vermədiyini qeyd edib. Əqd mübahisələndirilən zaman yalnız hüquqi məsələlər deyil, onun bağlanması ilə bağlı şübhəli məqamlar aydınlaşdırılmalıdır. Əlavə olaraq qeyd edir ki, cinayət işinin başlanması ilə bağlı onlara məlumat verilməyib. Onlar ölüm haqqında şəhadətnamə ilə bağlı alt sənədlərlə əlaqədar sorğu vermişdilər. Həmçinin, prokurorluqda iddiaçıların şikayəti ilə bağlı ərizənin itdiyini və mərhumun ölümü zamanı araşdırma aparıldığı, ekspertizanın keçirildiyini bildirdilər. Mərhum Elmiranın bacıqardaşları ilə münasibətləri olmuşdur. Cavabdeh onunla toy məsələlərinin olmadığını bildirmiş, daha sonra dost olduğunu qeyd etmiş, sonda isə tam toy videosunun təqdim edilməsini istəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin hədəfi müəyyən edilməlidir. Cavabdeh 54 yaşlı bir qadına kişi adı ilə yaxınlaşıb. Yaş fərqi olsa da, onlar bunu qəbul etmişdilər. O hədəfinə qanuni yolla nail ola bilməz. Bacısı Elmira 54 yaşına qədər xəstəxanaya getməyib. O, evləndikdən sonra xəstəliyə tutulub. O, aradakı yaş fərqinə görə toya razılıq verməmişdi. Cavabdehin qadın olduğunu bilsəydilər, ümumiyyətlə icazə verməzdilər. Cavabdeh bacısını 2010-cu ildən tanıdığını bildirsə də, həmin vaxt onun 17 yaşı var idi. Onlar Elmiranın son nəfəsinə çatmadılar. O cavabdehin evində ölüb. 3 ildir ki, ona yaxınlaşmalarına icazə vermirdi. Qaz sayğacı da cavabdehin adına keçirilib. Toydan sonra cavabdeh bacılarını iş və ailəsindən təcrid edib və onların harada yaşamaqları məlum olmayıb. Bununla bağlı cavabdehə zəng etmişlər. Bacısı xx.xx.2023-cü il tarixdə onkologiyadan sonuncu dəfə müayinədən keçib. Bundan əvvəl cehiz adı ilə digər əşyaları yığıb aparıblar. Cavabdeh zəng edərək bacılarının can verdiyini bildirib. 2-ci X69 gəldikdə bacısının vəfat etdiyi bildirilib. Rəydən görünür ki, cavabdeh axşam zəng edəndə bacıları vəfat edib. Bacıları Elmira 11 kitab müəllifidir, ictimai siyasi xadimlərin əksəriyyətinin nömrəsi onda olub. Onun cavabdehin qadın olmasından xəbəri olmayıb. Həmçinin, sonuncu müayinə sənədində mədə xərçənginin mövcudluğu qeyd edilməyib. Ekspert rəyində mərhumun qanında etil spirtin aşkarlanmadığı qeyd edilib. Lakin, narkotik və zəhərləyici maddənin aşkar edilib-edilməməsi ilə bağlı suala cavab verilməyib. Ekspert rəyində mərhumun meyitinin saat 10:00-11:00-da müayinə edildiyi qeyd edilib. Lakin, cavabdeh 18 dekabrda meyitin məscidə aparıldığını deyib və Nərimanov rayonunda yerləşən metroya gəlmələrini bildirib. Bacılarının meyiti 2-ci dəfə yuyulub və onda saat 12-yə işləyirdi. Mərhumun məscidə aparılması təxmini 2 saat vaxt aparıb. Təcili yardım gəldikdən sonra polisə zəng edilib və təcili yardımın hansı ünvana gəldiyi bilinmir. O, ümumiyyətlə, X69ın gəlməməsindən şübhələnir. Bacısı bankdan kreditlər götürmüşdü. Belə ki, toydan sonra daim pul axtarırdı. Bir dəfə cavabdeh xəstəxanaya yerləşdirildiyini bildirsə də, xəstəxanada yox idi. Həmçinin, qonşular toy gecəsi bacısı ilə cavabdehin dalaşdığını və cavabdehin bir neçə günlük evi tərk etdiyini bildiriblər. Bacısının iş yerində də cavabdehin cinsi ilə bağlı məsələ iş yoldaşlarına məlum olmayıb. Cavabdeh bacısını şantaj edib və bacısı biabır olmaqdan qorxub. İş yoldaşları ona demişdilər ki, cavabdehdə Elmira ilə bağlı sənəd var. O, cavabdehin Facebook səhifəsini araşdırmış və onun evli olması ilə bağlı məlumat görmüşdür. Qeyd edir ki, cavabdeh etibardan sui-istifadə edir. Onlara bildiriş gələnədək onun Cavabdeh3 olduğunu bilmirdilər. O, bacısının sağlığında cavabdehlə bağlı polisə müraciət etmişdir. Qardaşı 1 otaq və 1 mətbəxdə yaşayırdı və cavabdeh elə bilirdi ki, həmin sahə bacılarınındır. Hazırkı məsələ olmasa idi, cavabdehin qadın cinsinə mənsub olduğunu bilməyəcəkdilər. Mərhum bacıları evlərinə tək gedib-gəlirdi. Bacıları Elmira ilə düşmən olmamışlar, bacıları bütün tədbirlərinin başında gedirdi. O, öz payını kiminsə adına keçirsə idi, ən yaxın rəfiqələrinin birinin adına keçirərdi. Hesab edir ki, Cavabdeh3 niyyəti pul əldə etmək olmuşdur. Onlar cavabdehlə bağlı polisə müraciət edəndə bu adda şəxs olmadığını bildirmişdilər. Onlar Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə də müraciət etmişlər. Toydan sonra cavabdeh bacılarına nikaha daxil olmağı təklif etməyib. Bundan sonra bacıları onun qadın olduğunu öyrənib. Həmçinin, cavabdeh sosial şəbəkədə bacısı ilə bağlı paylaşımlar edirdi. Bacılarının yanında cavabdeh və Sevinc adlı qadın olub. Cinayət işinə xitam verilməsindən xəbərləri olmayıb. Cavabdeh bacılarının nömrəsini işlədib və hələ də onun adına olan karta pul gəlir. Bacılarına morfin maddəsi vurublar. Ekspert də narkotik və psixotrop maddə ilə bağlı suala cavab verməyib. Verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum bacısının heç vaxt özünü Mirzaur kimi təqdim edən Günel adlı şəxslə ailə qurmasına razı olmamışdır. Çünki Elmira ilə Günel arasında yaş fərqi çox olmuşdur. Ona görə də o, hələ onun qadın olduğunu bilmədiyi zamanlarda da bu evliliyə qarşı çıxmışdır. Bu, Elmiranın ilk evliliyi idi. Anası Elmira ilə Günelin evlənmə xəbərini eşidəndə anasını infarkt vurmuşdur. Bacıları ailə həyatı quranadək ata evində yaşayıb. Cavabdehlə bacısı 2019-cu ildə ailə həyatı qurublar. Çıxarışda adları qeyd edilən şəxslərdən bəziləri əmisi uşaqlarıdır. Bacısı ilə cavabdehin rəsmi nikahı olmayıb. Onlar vərəsəlik şəhadətnaməsi ilə bağlı müraciət etməmişlər, birbaşa məhkəməyə müraciət etmişlər. Toydan sonra bacısı ilə maraqlanmışlar, lakin bacısı onun işlərinə qarışılmamasını bildirmişdir. Bacılarının cavabdehlə rəsmi nikahlarının olmadığını bilirdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı8 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin necə həyatlarına girdiyini bilmirlər. Bacıları evlənəndən sonra ev ünvanını istəmişlər, lakin ünvanın olmadığını demişdir. Cavabdeh polisə şikayət etdiyini qeyd etmişdi və jurnalist adı ilə onları aldatmışdır. O, cavabdehi təhqir etməmişdir. Cavabdeh onlara maddi və mənəvi ziyan vurub. Məsciddə bacısının bədənindən yod axırdı və onun ağzı, gözləri açıq qalmışdı. Orada Mirzaurun yanında Sevinc adlı şəxs də var idi. Cavabdehin dostu Sevinc Elmiranın niyə evi olmadığını soruşmuşdur. Lakin onların ata evləri olmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı9 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onlar cavabdehi Mirzaur kimi tanımışlar. Cavabdeh onlara zəng edərək bacıları ilə görüşmələrini bildirmişdi. Bacıları ilə danışmış, axşam isə mərhum bacılarını evdə görmüşdülər. Onun üçün 50 manat da vermişdir. Mirzaurla danışandan bir saat sonra vəfat etdiyini demişdi. Onun morqda olduğu bildirilmiş, lakin daha sonra məscidə aparıldığı qeyd edilmişdi. Onlar da oraya getmişdilər. Orada bacılarını kəfəndə gördülər və onun 2-ci dəfə yuyulduğu bildirildi. Bacısının boğazına kimi yarmışdıl və dili ağzında yox idi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, bacısı 2018-ci ilin avqust ayında evlilik söhbətini bildirmişdi. Anasını görməyə gedəndə telefonda cavabdehlə danışdığını görmüşdür. O, cavabdehin yaşını biləndə bacısının yolundan çəkilməsini istəmişdir. Anası da yaş fərqinə görə etiraz etmişdi. Bir dəfə gecə saat 3-də cavabdeh bacısını parka çağırdı, o, Elmiranın getməsinə icazə vermədi. O, bacısına cavabdehin qadın və ya kişiyə oxşamadığını dedi. Bacısı onların evinə gələndə telefon vasitəsilə cavabdehlə əlaqə yaradırdı və danışılanların onun da eşitməsini istəyirdi. Bu səbəbdən həyat yoldaşı bacısına onların evlərinə gəlməyi qadağan etdi. Həmçinin, ona toya getməyə icazə verməsə də, getdi. Cavabdeh tərəfdən toyda 2 qadın iştirak edirdi. Onaların adları Təranə və Şəlalə idi. Bacısı cavabdehin əvvəllər evli olduğunu, arvadını evdən pul oğurladığına görə qovduğunu və 4 uşağının olduğunu da bildirmişdi. Cavabdehə patronaj təyin edilməsinə ehtiyac yox idi, o, özü bacısına qulluq edərdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, nişan mərasimi olmayıb, cavabdeh Yasamal parkında bacılarına evlənmə təklifi edib. Onların evində cavabdehlə qonaqlıq olmayıb, lakin cavabdeh anasının yası ilə bağlı onlara gəlmişdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı4 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin evinin olmadığını eşitmişdi. O, bacısından cavabdehin onu qorxudubqorxutmadığını da soruşmuşdu. Bacısı onlara qarşı hərəkətlər edirdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı5 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, mərhumun ölüm faktı deyil, müqavilənin etibarsızlığı mübahisələndirilir. İddiaçılar 1 il yarımdan sonra iddia ilə məhkəməyə müraciət ediblər. Vəsiyyətnamə tərtib edilənədək onun cinsi ilə bağlı məsələ iddiaçıların bacılarına münasibətdə qeyri-müəyyən ola bilməz. Cavabdeh fiziki cəhətdən və hərəkətlərindən asılı olaraq kişidir. İddiaçıların bacısı Mirzaurun deyil, Cavabdeh3 adına vəsiyyətnamə tərtib etmişdir. 2019-cu ildən bəri qadın olduğunu bilməyə bilməzdilər. Həmçinin, vəsiyyətnamə evdə də tərtib edilə bilər. Vəsiyyətnamə notariat orqanının əməkdaşı tərəfindən tərtib ediləndə şahid tələb olunur. Cavabdeh cinayət işinin başlanılmasının rədd edilməsi ilə bağlı özü müraciət edib. Belə ki, istənilən şəxsin ölümü ilə bağlı prokurorluq araşdırma başladır. Həmçinin, əmlak istənilən şəxsə vəsiyyət edilə bilər. Qanunvericilik bununla bağlı məhdudiyyət qoymamışdır. Onkoloji xəstəlik fəaliyyət qabiliyyətsizliyə dəlalət etmir. Cavabdehin pretenziyası daxil olmayanadək iddiaçılar məsələ ilə maraqlanmayıblar. Həmçinin, iddiaçılar vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı danışmırlar. Vəsiyyətnamə qanuni formada əl yazısı ilə yazılıb. İddiaçılar bacılarının əsir saxlanması ilə bağlı polisə müraciət ediblərsə, sübut etməlidirlər. Şəxs payını istənilən şəxsə vəsiyyət edə bilər. Verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdehin valideynləri sağdır. Lakin, toyda yaş fərqinə görə iştirak etməyiblər. Cavabdeh və valideynləri Nərimanov rayonunda yaşayırlar. Cavabdehin valideynləri toydan xəbərdar olublar. Cavabdeh cinsini dəyişdirməyib, adını dəyişdirib. O, cavabdehi ilk dəfə Zaur kimi tanımışdır. Cavabdehin cinsiyyətinin vəsiyyətnaməyə aiddiyyəti yoxdur. Cavabdeh ona mərhumla 2010-cu ildən tanışlıqlarının olduğunu bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh 3 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, mübahisənin vərəsəliklə bağlı hissəsində problem yoxdur. Tərəfə nəyisə məcbur etmək, təsir göstərmək mümkün deyil. Belə ki, notariat ofisi kamera müşahidəsi altındadır. İddiaçıların bacısı özü notariat ofisinə gələrək vəsiyyətnaməni özü yazıb və imzalayıb. Qardaş və bacılar 2-ci dərəcə vərəsələrdirlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, notariat hərəkətləri ilə bağlı video görüntülər 15-45 gün müddətində saxlanılır. Tərəfin fəaliyyət qabiliyyəti və iradə ifadəsi yoxlanılıb. Şəxs əl ilə vəsiyyətnaməni yaza bilirsə, şahidin iştirakı tələb olunmur, yaza bilmədiyi halda kompyuter vasitəsilə yazılır və 2 nəfər şahid iştirak edir. İddiaçıların bacısının başqa şəxsə vəsiyyətnamə yazması ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı9 və digər cavabdehlər 3 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin və Cavabdeh2 nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan: Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 219363 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X52 xx.xx.1990-ci il tarixdə Bakı şəhərində ürəyin dayanması səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 799 nömrəsi ilə qeyd edilmişdir. 3 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 969613 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2018-ci il tarixində Bakı şəhərində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1502 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naftalan Şəhər Polis Şöbəsinin 175- 173U-3219 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019-ci il tarixdə Naftalan ŞPŞ-və Bakı şəhər sakini Zaur adlı şəxs barəsində edilmiş müraciətlə bağlı araşdırılma aparılmışdır. Araşdırma zamanı müraciətin mülki xarakterli olduğu müəyyən olunduğu üçün toplanmış material arayışla işə alınmışdır. Odur ki, yerli məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, Cavabdeh3 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı 1 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və cavabı barədə vətəndaşın qeyd olunan telefon nömrələrinə zəng edilərək məlumat veriləcəyi bildirilmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 166 nömrəli Sərəncamından görünür ki, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına vətəndaş X40 müraciət edərək Cavabdeh3 ona patron (köməkçi) təyin edilməsini xahiş etmişdir. Təqdim olunan sənədlərə əsasən xx.xx.1965-ci il təvəllüdlü X40 1-ci dərəcəli əlildir, kənar şəxsin qulluğuna ehtiyacı vardır, Bakı şəhəri, Yasamal rayonu, X. Mustafayev küçəsi, 141 nömrəli evdə qeydiyyatdadır. Qeyd olunanlara əsasən, xx.xx.1965-ci il təvəllüdlü X26 mülkiyyətlərinə hüququ olmadan Cavabdeh3 patron (köməkçi) təyin edilmişdir. Nərimanov rayon prokurorluğunda araşdırması aparılmış 798-C-23 nömrəli material üzrə qəbul edilmiş 17 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X16 ölümündə cinayət hadisəsi müəyyən edilmədiyindən 798-C-23 Na-li material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, “17 dekabr 2023-cü il tarixdə saat 19:40-da Nərimanov RPl-nin 18-ci Polis Şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna 27 mart 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev 141 ünvanında qeydiyyatda olmaqla ünvan 6 kirayədə yaşayan X16 17 dekabr 2023- cü il tarixdə saat 19 radələrində yaşadığı evdə ölməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında meyitə baxış keçirilmiş, baxış zamanı meyitin üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Baxış yekunlaşdırıldıqda isə X16 meyiti xarici və daxili müayinə olunmasından ötrü MTE və PA Birliyinin Nərimanov rayon şöbəsinə göndərilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh3 göstərmişdir ki, X40 ilə ilk dəfə Azərbaycan nəşriyyatında tanış olmuş, belə ki, onunla uzun müddət bir yerdə çalışmışlar, bundan sonra aralarında dostluq münasibətləri yaranmağa başlamış, bir müddət sonra, təxminən 1 il bundan öncə Elmira Ağayeva onkoloji xəstəliyə düçar olmuş, bununla bağlı birlikdə “Milli Onkologiya Mərkəzi"-nə müraciət etmişlər, orada Elmira Ağayevanın xəstəliyi ağır olduğu üçün həkimlər ona kimyaterapiya müalicəsi məsləhət görmüşlər, o, Elmira xanıma xəstəliyi ilə əlaqədar onda qalmağı məsləhət görmüş, bundan sonra Elmira xanım, onunla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Oruc Əliyev 12/22 kirayədə yaşadığı ünvanında qalmağa başlamış, həmin müddət ərzində Elmira xanım 8 ədəd kimyaterapiya müalicəsi almış, vəziyyəti qismən yaxşılaşmış lakin son 3 ay ərzində vəziyyəti daha da pisləşməyə, qarın boşluğuna su yığılmağa başlamış, həkimlər Elmira Ağayevada ev şəraitində stasionar müalicəni məsləhət görmüşlər, bundan sonra o, evdə müalicəsini davam etmişdir, xx.xx.2023-cü il tarixdə Elmira xanımla evdə olan zaman saat 15 radələrində Elmira xanımın pisləşməyə başlamış, o, dərhal bununla bağlı "103” xidmətinə zəng etmiş, bundan təxminən 15-20 dəqiqə sonra "X69”-ın əməkdaşları gəlmiş, ona ilkin tibbi yardım göstərdikdən sonra çıxıb getmişlər, lakin Elmira xanımın vəziyyəti daha da pisləşməyə doğru getmiş, o, bununla bağlı yenidən "103” xidmətinə zəng etmiş, təxminən 10 dəqiqə sonra X69"-ın əməkdaşları yenidən gəlmiş, həkimlər ona artıq Elmira xanımın vəfat etdiyini bildirmişlər. O da, bununla bağlı "102" xidmətinə məlumat vermişdir. Qeyd etmişdir ki, X40 heç kimlə ailə həyatı qurmamış, həmçinin, övladları yoxdur. O, uzun müddət qardaşı ilə birlikdə Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 141 ünvanında birlikdə yaşamışlar, lakin həmin ev soyuq olduğu üçün xəstəliyi ilə əlaqədar onunla birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşamışdır. Həmçinin, bildirmişdir ki, o, Elmira xanım vəfat etdiyi zaman bu barədə onun yaxın qohumlarına məlumat verməmiş, habelə, bununla bağlı X16 heç bir yaxın qohumu onunla əlaqə saxlamamışdır. Cavabdeh3 əlavə olaraq göstərmişdir ki, X40 uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkmiş, bu xəstəliyin yaratdığı fəsadların olduğundan şikayətlənmiş, X16 ölümünə səbəb uzun sürən xəstəliyi olduğundan, bu barədə heç kəsə qarşı şikayəti və ya tələbi yoxdur. Aparılan araşdırılmanın dayandırılmasını xahiş etmişdir. Araşdırma ilə əlaqədar zərurət yarandığından X16 ölümünün səbəbi, onun bədənin üzərində hər hansı bir xəsarətlərin olub-olmaması və digər sualların aydınlaşdırılması məqsədi ilə məhkəmə- tibbi ekspertizası təyin olunub rəy alınmışdır. Araşdırma materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 148 №-li rəyində qeyd edilmişdir ki, X16 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarətin obyektiv əlamətləri aşkar edilmədi. X16 ölümünə səbəb mədənin bəd xassəli şişi (xərçəng) xəstəliyi nəticəsində orqanizmin ümumi intoksikasiyası olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 14-16 saat əvvələ uyğun gəlir, bu da meyit əlamətləri ilə öz təsdiqini tapır. Məhkəmə-kimya tədqiqatı nəticəsində X16 meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir.” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X74 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********75-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1138, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 163,10 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0186 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədən 1 hissədə X32 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə X13 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə X14 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə X17 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə X10 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə İddiaçı4 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə X18 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə İddiaçı1 adına xx.xx.2013-cü il tarixində, 1/2 hissədən 1 hissədə İddiaçı6 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə İddiaçı7 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə X33 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə X34 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissədən 1 hissədə X27 adına xx.xx.2007-ci il tarixində, 1/2 hissə 1 otaqdan (y/s-27.1 kv.m, k/s-5.3 kv.m) 1/2 hissədə X6 adına xx.xx.2019-cu il tarixində, 1/2 hissə 1 otaq (y/s- 27.1 kv.m, k/s-5.3 kv.m) hissədən 1/2 hissədə X11 adına xx.xx.2024-cü il tarixində, 1/2 hissədən 1 hissədə Cavabdeh3 adına xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. Birbank tətbiqindən əldə edilmiş xx.xx.2025-ci il tarixli **********7 nömrəli qəbzdən görünür ki, Elmira A****** adlı şəxsə məxsus ****2346 nömrəli kart hesabına 100 manat məbləğində pul köçürülmüşdür. Birbank tətbiqindən əldə edilmiş xx.xx.2025-ci il tarixli **********1 nömrəli qəbzdən görünür ki, Elmira A****** adlı şəxsə məxsus ****2346 nömrəli kart hesabına 100 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh3 Hidayət qızı tərəfindən X35, X41, X19, X20, X28, İddiaçı3, Ağayev ayev Eldar Nüsrət oğluna, X29, İddiaçı1, İddiaçı6, İddiaçı7, X42, X43, X8, X15 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, o, 27 avqust 2024-cü il tarixli 2V-351 №li vərəsəlik haqqında şəhadətnaməyə əsasən X16 vərəsəsi hesab edilmişdir. ünvan 1 saylı 163.1 kv.m fərdi yaşayış evinin hissədən qalan hissə X26 məxsus olmuşdur. Hal-hazırda həmin hissə onun mülkiyyətinə keçmiş, buna dair **********75-10301 saylı çıxarış əldə etmişdir. Məlum olduğu kimi, onun həmin mənzildən istifadə etməsi mümkün deyil. Ona görə də öz payını satmaq qərarına gəlmişdir. Azərbaycan respublikası Mülki Məcəlləsinin 218-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyətdə olan əmlak 3-cü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı almaqda üstünlük hüququna malikdir. Ümumi mülkiyyət hüququndakı payın satışı açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac keçirilə bilər. AR MM-nin 218.2-ci bəndinə uyğun olaraq, onlara yazılı bildiriş göndərir. Mülkiyyətində olan payı 30.000 (otuz min) manat müqavilində satmaq niyyətindədir. Onlar tərəfindən satın alınma ilə bağlı 45 gün ərzində müsbət cavab gəlməzsə, məhkəmə qaydasında evin satılıb, payına düşən ödənişin ona verilməsi ilə bağlı iddia qaldıracaqdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X40 27 mart 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 13 aprel 1965-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1808 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X24, anası X4r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsinin 1183 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində vəfat edən X16 adına Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Məhkəmə Tibbi Ekspertiza və X38 Publik Hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixində verilən ********** nömrəli AZS-106 tibbi şəhadətnamə əsasında, 893 saylı xx.xx.2023-cu il tarixli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat idarəsinin Ekspert komissiyası tərəfindən tərtib edilmiş akt təsdiq edildikdən sonra yandırma yolu ilə müddəti başa çatmış sənədlər məhv edilmişdir. Tibbi şəhadətnamələrin saxlanma müddəti 1 il olduğu üçün məhv etməyə ayrılmışdır, qeyd edilən səbəblərə görə X16 adına ölüm haqqında akt qeydinin qeydə alınmasına əsas olmuş sənədlərin verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhər Prokurorluğu tərəfindən Nərimanov rayon prokuroruna ünvanlanmış 2-2-303-1588 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X45 və digərlərinin qanunsuz hərəkətlərə məruz qalması lə bağlı müraciəti qanunamüvafiq qaydada baxılması üçün Nərimanov rayon prokuroruna göndərilmişdir. Müraciətdə göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanuna müvafiq tədbir görülməsini təmin edib, nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsinin 1207 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki xx.xx.2023-cü ildə vəfat etmiş X16 nikahı və övladları haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" X1 Sistemində bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 10 ünvanlanmış 1207 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X16 nikahı və övladları haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları X1 Sistemində bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. 3 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən X21 ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-45-3/1-24/2025 qeydiyyat nömrəli müraciətinə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları"nın 2-ci bəndinə əsasən, "ASAN xidmət mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Hərmin Fərmanın 5-ci bəndinə əsasən, "ASAN xidmət" mərkəzlərində xidmətlər müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. Sorğu ilə bağlı nəzərinə çatdırılmışdır ki, müraciətində qeyd etdiyi vətəndaş X16 “KV 6” elektron növbə bileti ilə xx.xx.2022-ci il tarixində Mərkəzə müraciəti aşkar olunmuşdur. Eyni zamanda bildirmək istərdilər ki, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınan videogörüntülər, həmin kameraların texniki göstəricilərindəki parametrlərdən asılı olaraq yaddaş bazasında 1 ayadək saxlanılır. Bu səbəbdən sorğuda qeyd etdiyi 2022-ci ilin 29 noyabr ayında Mərkəzdə qeydə alınmış videogörüntünü barəsində materialın təqdim edilməsi mümkün deyildir. Bakı şəhəri Yasamal rayon Məhkkəməsi tərəfindən X21 ünvanlanmış 1659/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsində elektron Məhkəmə tətbiq olunduğu dövrdən (2013-cü ildən) hazırkı dövrə kimi İddiaçı1 X16 fəaliyyət qabiliyyətli olmayan və ya məhdud fəaliyyət qabilliyyətli olmayan şəxs hesab edilməsinə dair Yasamal Rayon Məhkəməsinin icraatına heç bir ərizə daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X39 Xəstəxanasının 1/3661 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3 son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X5 müraciət etməyib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X56 3-28-29/2-6695/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1993cü il təvəllüdlü, Cavabdeh3 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məlumat üçün bildirilmişdir ki, verdikləri məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Həmin şəxsin (və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət edilməsi tövsiyə olunmuşdur. 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4051/2025 nömrəli qərardadıda əsasən 1821 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla xx.xx.2022-ci il tarixli 2V-1249 reyestr nömrəli vəsiyyətnaməyə vəsiyyətnaməyə dair notariat sənədlərinin surəti və notariat kitabı məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş: Notariat hərəkətlərinin qeyd edilməsi üçün 2V reyestri kitabında qeyd edilmiş 1249 nömrəli xx.xx.2022-ci il tarixli notariat hərəkətindən görünür ki, X16 vəsiyyətnamənin təsdiqi ilə bağlı notariat hərəkəti aparılmış, onun tərəfindən 17,25 manat dövlət rüsumu ödənilmiş və notariat hərəkətinin aparılması barədə qeyddə X40 öz ad, soyad və ata adını qeyd edərək imzalamışdır. 2V/1249 nömrəli notariat işində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin reyestrində 2V-1249 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, X40 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh3 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu ona izah edilmişdir. 2V/351 nömrəli notariat işində olan: Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 310104 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X40 xx.xx.2023-cü il tarixində Bakı şəhərində mədənin dəqiqləşdirilməmiş lokalizasiyalı bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 893 nömrə ilə qeyd edilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin reyestrində reyestrdə 8İ- 5758 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh3 notariat ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə X16 öldüyünü, ondan qalmış miras əmlakı - ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus hissəsini qəbul etdiyini, miras qoyanın ondan başqa digər vərəsələrinin olmadığını bildirmiş, mirasın tərkibinə daxil olan göstərilən əmlakdan ona çatası hissəyə dair qanun (vəsiyyətnamə, məcburi pay) üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, akı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 141 ünvanında yerləşən ümumi sahəsi 163,10 kv.m olan fərdi yaşayış evi ½ hissədə X27, X32, X13 və X22 adlarına, ½ hissədən qalan hissədə X17, X10, İddiaçı4, X18, İddiaçı1, İddiaçı6, İddiaçı7, X33, X34 və X16 adlarına, ½ hisədən 1 otaq (y/s: 27.10 kv.m, k/s: 5,3 kv.m) hissədə X25 adına daşınmaz əmlakın dövlət reyesrində 66 nömrəli reyestr kitabının 5954 nömrəli vərəqində qeydiyyata alınmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən Cavabdeh3 verilmiş, reyestrdə 2V-351 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli X30 X31yə əsasən, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2022 tarixdə təsdiq edilən və reyestrdə 2V/1249 nömrəsi ilə qeyd olunan Vəsiyyətnaməyə əsasən xx.xx.2023-ci il tarixdə vəfat etmiş X16 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsinin Cavabdeh3 olması və onun miras əmlakdan tam hissədə pay alması qeyd edilmişdir. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X26 verilmiş **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.1 kv/m olan fərdi yaşayış evinin (1/2 hissədən qalan hissə)-nin mərhuma məxsus hissəsindən ibarətdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iddiaçı Cavabdeh3 cavabdehlər X35, X41, X19, X20, X28, İddiaçı3, İddiaçı4, Sonduk (Ağayeva) Zərifə Nüsrət qızına, İddiaçı1, İddiaçı6, İddiaçı6, X42, X43, X8 və X15 qarşı “paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi məhkəmənin sorğusuna 4/544-745 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq, xx.xx.1965-ci il təvəllüdlü X16 adına olan xəstəlik tarixindən çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş: xx.xx.2019-cu il tarixli laborator analiz nəticələrindən müəyyən edilir ki, X23 onkomarker (CA 125) səviyyəsi 10.16 U/mL (norma: 0,5-35) olmaqla referens hədlər daxilində olmuşdur. xx.xx.2019-cu il tarixli Ginekoloji USM (transvaginal və transabdominal) nəticəsindən görünür ki, TA, TV US müayinəsi zamanı sidik kisəsində kiçik canaq orqanlarının müayinəsi zamanı boş sidik kisəsi təyin olunur. Menopuza 5 il. Uşaqlıq böyüməyib, vəziyyəti anteflexio, adi formadadır, ölçüləri: uzunluğu- 40 mm, qalınlığı -25 mm, eni-32 mm. Hüdudları aydındır, hamardır, həcmi-17 kub sm. Miometriyanın strukturu həmcinsdir. M exo 14mm. səhfələri 9-7 mm arası qeyri-bərabər qalınlaşıb. Vaskulvardır periferiyada tək lokus-Rİ 0.8. - endometrivanın hiperolastik prosesi mənfəzini tutan poİip? Uşaqlıq bovnu: 39 x 25 mm. Arxa Duqlas: 16 mm zolaq şəklində maye izlənir. Yumurtalıqlardan biri uşaqlığı defromasiya edir, kistoz transfomasiyaya uğramışdır, avaskulyardır, arakəsməlidir, ölçüləri- 71x113x75 mm. həcmi 315 kub sm, bir divarında 15x9 mm avaskulvar komponetlərlə yanası, D-11 mm. D-7.5 mm qovuq şəkilli kistoz elementlər izlənir. Digər yumurtalıq uşaqlığın arxasında izlənir-13x24x15mm, həcmi 2.6 kub sm, follikullar izlənmir. Hər iki qasıq nahiyəsində max. 16x8mm korteksi bir qədər diffuz qeyrihəmcins limfa düyünləri izlənir. xx.xx.2019-cu il tarixli Patomorfologiya şöbəsinin 5870/2019 nömrəli rəyindən müəyyən edilir ki, endometriyadan paypel biopsiya materialının histoloji müayinəsi nəticəsində xəstəyə "Endometrial polip”, “Endokerviks fraqmentləri. Qan” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixli Ağciyərlərin icmal rentgenoskopiyasının nəticəsindən görünür ki, Döş qəfəsi üzvlərinin rentgenoskopiyası və polipozision rəqəmsal çəkilmiş rentgenoqrammada ağciyərlərdə ocaqlı, infiltrativ dəyişikliklər təyin olunmur.Hər iki tərəfdən ağciyər kökləri və kökyanı şəkil bir qədər güclənmişdir. Rentgenoloji divararalığı kölgəsi genişlənməmişdir. Soldan sinusda mave qeyd olunur. Sağdan sinus sərbəstdir. Diafraqma hərəkətlidir. Rentgenoloji ürək və aorta patologiyasızdır xx.xx.2022-ci il tarixli Döş qəfəsinin kompüter tomoqrafiyası nəticəsindən görünür ki, xəstədə hər iki Hər iki aşağı ağciyər sahəsində xətti atelektazlar təyin olunur. Sağ plevral boşluqda 1.0 sm və solda ən qalın verində ~2.8 sm ölcü göstərən “sərbəst” mave səviyyəsi izlənilir. Divararalığında və hər iki qoltuqaltı nahiyyədə patoloji böyümüş limfa düyünləri təyin olunmur. Divararalığı magistral damarların diametri genişlənməmişdir. Traxeya və hər iki baş bronxun mənfəzi sərbəstdir. Müayinə sahəsinə girən qarın boşluğunda assit təyin olunur. Döş fəqərələrində xəfif degenerativ dəyişikliklər qeyd edilir. xx.xx.2022-ci il tarixli Qarın boşluğunun icmal rentgenoskopiyası müayinəsinin nəticəsindən görünür ki, xəstənin qarın boşluğunun AP vəziyyətdə icmal rentgenoqrammasında boşluqlu orqanın perforasiya əlaməti (sərbəst qaz) və bağırsaq ilgəklərində keçməzlik əlamətləri təyin olunmur. Bağırsaq ilgəklərində qaz və nəcis kölgələri təyin edilir. Müayinə sahəsinə daxil olan hər iki tərəfdən plevral boşluqda maye qeyd edilir. xx.xx.2022-ci il tarixli mammoqrafiya (bilateral) müayinə nəticəsindən görünür ki, hər iki süd vəzinin fibroadenomatozu müəyyən edilmişdir (Mb Bİ-RADS 2 / MS Bİ-RADS 2). xx.xx.2022-ci il tarixli Ağciyərlərin icmal rentgenoskopiyasının nəticəsindən görünür ki, C56-Yumurtalığın bədxassəli yenitörəməsi diaqnozu fonunda xəstədə döş qəfəsi üzvlərinin rentgenoskopiyası və polipozision çəkilmiş rentgenoqrammada ağciyərlərdə ocaqlı, infiltrativ dəyişikliklər təyin olunmur. Hər iki tərəfdən ağciyər kökləri patologiyasizdir. Rentgenoloji divararalığı kölgəsi genişlənməmişdir. Sağ sinus sərbəstdir. Sol sinusda az miqdarda maye qeyd olunur. Diafraqma hərəkətlidir. Rentgenoloji ürək və aorta yaşa uyğundur. xx.xx.2022-ci il tarixli biokimyəvi və immunokimyəvi analizlərin nəticələrindən müəyyən edilir ki, xəstədə onkomarker (CA 125) səviyyəsi kəskin artaraq 671.6 U/mL-ə yüksəlmiş, QQT və CRP göstəricilərində ciddi kənaraçıxmalar müşahidə edilmişdir. xx.xx.2023-cü il tarixli Ağciyərlərin icmal rentgenoskopiyası müayinəsinin nəticəsindən müəyyən edilir ki, həmin tarixdə xəstənin ağciyər toxumasında hər hansı ocaqlı və ya infiltrativ dəyişiklik təyin olunmamış, rentgenoloji ürək və aorta yaşa uyğun qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli Döş qəfəsi, Üst qarın boşluğu və Kiçik çanaq KT (kompüter tomoqrafiyası) nəticələrindən görünür ki, Ağciyərlərdə ocaqlı, infiltrativ dəyişiklik təyin olunmur. Sol ağciyər dilcik seqmentdə linear atelektaz təyin olunur. Plevral boşluqlarda “sərbəst" maye izlənilmir. Divararalığında sağ paratraxeal sahədə 7 mm ölçülü kalsifik düyün müəyyən edilir. Hər iki qoltuqaltı nahiyyədə patoloji böyümüş limfa düyünləri təyin olunmur. Divararalığı magistral damarların diametri genişlənməmişdir. Traxeya və hər iki baş bronxun mənfəzi sərbəstdir. Döş fəqərələrində xəfif degenerativ dəyişikliklər qeyd edilir. Qarın boşluğunun aksial tomoqramlarında: Qaraciyər konturları hamardır, ölçüləri bir qədər böyümüşdür, parenximində diffuz steatoz fonunda sol payda -1,6x1,8 sm ölçülü kistik lezion təyin olunur. Öd kisəsi kontraktədir. İntra və ekstrahepatik öd yollarında dilatasiya izlənilmir. Dalağın konturu və ölçüləri normaldır, parenximi homogendir. Pankreasın baş, korpus və quyruq kəsimləri dəyişiksizdir. Kontrast maddə ilə dolmuş mədə və nazik bağırsaq seqmentlərində patoloji divar qalınlaşması görülmədi. Böyrəküstü vəzilərin strukturunda ocaqlı və ya düyünlü patoloji dəyişikliklər qeyd edilmir. Hər iki böyrəyin yerləşməsi, konturu, ölçüləri və parenxim qalınlığı normaldır, KL sistemi genişlənməyib. Sidik kisəsi divarları qalınlaşmayıb, mənfəzində konkrement, patoloji törəmə izlənilmir. Uşaqlıq və sol yumurtalıqda kobud patologiya görülmədi. Sağ cver vizualizə olunmur. Periton səhf'ələrində düyünlü qalınlaşma və piylikdə heterogenlik diqqət çəkir (kanseromatoz). Paraaortal, parakaval və parailiak patoloji böyümüş limfa düyünləri aşkar edilmir. İntraabdominal “ sərbəst” maye təyin olunmur. Müayinə sahəsinə daxil olan sümüklərdə destruktiv dəyişikliklər qeyd edilmir. xx.xx.2023 tarixli KT filmləri ilə müqayisədə nəzərə çarpacaq dəyişiklik qeyd edilmir –stabilizasiya. xx.xx.2023-cü il tarixli Ultrasəs ilə müayinə nəticəsindən görünür ki, xəstənin qaraciyərində sağ payın çəp vertikal ölçüsü 165 mm(N<150 mm). Sol payın qalınlığı 69mm (N<50-60mm), sağ qabırğa qövsündən kənara çıxmır. Konturları hamardır. Bucaqları itidir. Strukturu sol payda dinamikada veni İİ seqmentdə 21x15 mm və oarenximada subsantimetrik ölçülü bir necə kistik törəmə qeyd olunur. Exogenliyi artıb, Grade İİ hepatosteatoz qeyd olunur. öd axarları genişlənməyib. Dalağın ölçüləri böyüyüb: 170x64 mm ( N<120*60 mm). Konturları hamardır. Strukturu homogendir. Qapı nahiyyəsində 13 mm ölçülü aksessuar dalaq izlənir. Böyrəklərin yerləşməsi tipikdir, parenximanın qalınlığı sağ 17 mm, sol 14 mm. Exogenliyi norma daxilindədir. Parenxima- KLS nisbəti 2:1-dir. Kortikomedulyar qatın differensasiyası N. İri konkrement, genişlənmə, hidronefroz, kəskin patologiya təyin edilmir. Sidik axarları sərbəstdir. Böyrəküstü vəzilər orqanik patologiyasızdır. Sidik kisəsi kafi dolğundur. Divarları N, tərkibi sərbəstdir. LMP çoxillik menopauza. TV USM uşaqlığın vəziyyəti – antifleksio, forması – ovaldır, ölçüləri: uzunluq -35mm, ön-arxa -26 mm, köndələn -42 mm. Exostrukturu - qeyri-həmcinsdir. Endometriya -3mm. Boşluğu sərbəstdir. Uşaqlıq boynu -30x25 mm. Endoserviks 6 mm. Sağ yumurtalıq anamnezə əsasən post.op. Sol uşaqlığın arxa divarın intim yerləşib, ölçüləri 29x16 mm olub, strukturu heterogendir, solid fibroz degenerasiya izlənir. Qarın boşluğunda perihepatik, perisplenik və kiçik çanaq boşluğunda bağırsaq ilgəkəri arasında olmaqla ümumi həcmi ~1lt sərbəst maye-assit qeyd olunur. Peritonarxası sahə kəskin meteroizm və assit səbəbi ilə vizualizə edilmir. Bilateral qalça, qası, körpücüksütü nahiyyədə LAP izlənmir. Böyük piylik diffuz hipertrofikdir və kanseromatoz hesabına heterogendir. Tiroidi sağ payında 13x11 mm, sol payında 8x7 mm ölçülü Tİ-RADS 5 xaraketerli solid düyün izlənir. xx.xx.2023-cü il tarixli İnvaziv Diaqnostika və Müalicə şöbəsinin müayinə nəticəsindən müəyyən edilir ki, Qarın nahiyyəsinə sterilizasiya sonrası Yerli Keyitmə ilə USM altında 18 G iynə ilə qarın boşluğundakı orta miqdarda maye sahəsinə girilmişdir. İynədən -1000 ml maye aspirasiya edilmişdir. Əməliyyat zamanı və sonrasında ağırlaşma izlənməmişdir. xx.xx.2023-cü il tarixli Döş qəfəsinin Kompüter Tomoqrafiyası müayinəsinin nəticəsindən müəyyən edilir ki,"Yumurtalığın bədxassəli yenitörəməsi" (C56) diaqnozu fonunda xəstədə hər iki ağciyər aşağı pay bazal seqmentlərdə xətti fibroz dəyişikliklər təyin edilmiş, sol ağciyər dilcik seqmentdə linear atelektaz təyin olunmuş, plevral boşluqlarda “sərbəst” maye izlənilməmiş, divararalığında sağ paratraxeal sahədə 1 mm ölçülü kalsifik düyün müəyyən edilmiş, hər iki qoltuqaltı nahiyyədə patoloji böyümüş limfa düyünləri təyin olunmamış, divararalığı magistral damarların diametri genişlənməmişdir. Müayinə sahəsinə düşdüyü qədər qarın boşluğunda maye və oeritoneal piy toxumasının kəskin düyünlü qalınlaşması təyin edilmişdir. Traxeya və hər iki baş bronxun mənfəzi sərbəstdir. Döş fəqərələrində xəfif degenerativ dəyişikliklər qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Kiçik çanaq orqanlarının MRT müayinəsinin nəticəsindən müəyyən edilir ki, sidik kisəsi kafi dolğunluqdadır, divarları qalınlaşmayıb, daxilində konkrement, törəmə qeyd olunmur. Sidik kanalının divarları qalınlaşmayıb. Uşaqlıq cismi və dibində, endometriyada, uşaqlıq boynunda və uşaqlıq yolunda törəmə təyin edilməmişdir. Sol yumurtalığın ölçüləri 24x23 mm təşkil edir, strukturu qeyri-həmcinsdir, təhrif olunmuşdur. Düz bağırsağın divarları qalınlaşmayıb. Mezorektal presakral sahələrdə patoloji limfa düyünləri qeyd edilmir. Qalça damarları boyunca böyümüş limfa düyünləri müəyyən edilmir. Sidik axarları genişlənməyib. Assit qeyd olunur. Böyük piylik heterogen görünümdədir. Çanaq sümüklərində ocaqlı patologiya qeyd olunmur. xx.xx.2023-cü il tarixli Üst qarın qarın boşluğu MRT nəticələrindən görünür ki, Qaraciyər adi ölçüdədir, hüdudları hamar, strukturu qeyri-homogendir, parenximasında Vİİ seqmentdə 5 mm ölçülü T2 və diffuziyaya həssas parmalarda hiperintens lezion qeyd edilir. Qaraciyərin sol payında perihepatik peritonda 18x16 mm və müxtəlif lokalizasiyalı mm-rik T2 hiperintens lezionlar (kanseromatoz) qeyd olunur. İntrahepatik və ekstrahepatik öd yolları genişlənməyib. Öd kisəsinin divarları qalınlaşmayıb, tərkibi homogendir, konkrement, törəmə qeyd edilmir. Mədə divarları qalınlaşmayıb. Paraqastral patoloji adenopatiya qeyd edilmir. Mədəaltı vəzi adi ölçüdədir, hududları hamar, strukturu homogendir, törəmə təyin olunmur. Virsunq axarı genişlənməyib. Dalağın vertikal ölçüsü 13.6 cm təşkil edir, strukturu homogendir, törəmə təyin olunmur. Böyrəküstü vəzilər adi forma və ölçüdədir, strukturları homogendir, törəmə qeyd edilmir. Böyrəklərin forma və ölçüləri dəyişilməyib, hüdudları hamar, parenximası eynicinslidir, kasa-ləyən sistemi genişlənməyib, törəmə təyin olunmur. Aortokaval sahələrdə böyümüş limfa düyünləri qeyd olunmur. Qarın boşluğunda sərbəst maye qeyd olunur. xx.xx.2023-cü il tarixli Qarın boşluğunun icmal rentgenoskopiyası nəticəsindən görünür ki, Qarın boşluğunun AP vəziyyətdə icmal rentgenoqrammasında boşluqlu orqanın perforasiya əlaməti (sərbəst qaz) təyin olunmur. Soldan yuxarı bayır kvadrantda yoğun bağırsaq ilgəklərində iki ədəd hava maye səviyyəsi izlənilir - hissəvi bağırsaq keçməzlivi əlaməti. Rentgen pozitiv konkrement və ya yad cisim təyin edilmir. Bağırsaq ilgəklərində meteorizm əlamətləri nəzərə çarpır. xx.xx.2023-cü il tarixli ultrasəs ilə müayinə (USM) nəticələrindən görünür ki, Qarın boşluğunda əsasən perisplenik, sol yan kanal və çanaq boşluğunda qismən perihepatik və sağ yan kanalda olmaqla ümumi həcmi 3.5Lt sərbəst maye-assit qeyd olunur. Bilateral plevral sinus sərbəstdir. xx.xx.2023-cü il tarixli ultrasəs ilə müayinə nəticəsindən görünür ki, xəstənin qaraciyərində sağ pay 173 mm (Hepatomeaaleva). Parenximada çoxlu sayda max. İV seqmentdə 30x23 mm. İİ seqmentdə 32x30 mm ölçülü ocaqlı dəyişikliklər izlənilir. Böyrəkləri bilateral yerləşib, normal lokalizasiyadadır, forması adidir. Hər iki böyrəyin ölçüləri və qabıq medulyar differensiyasiyası aydındır, konturları dəqiq, exostruktur adi, parenximalarında patoloji törəmə aşkar olunmur. Böyrəküstü vəzilər: N. Sidik kisəsi adi formadadır, orta dolğun, tərkibi homogen, konturları aydın, hamar, konkrement izlənilmir, selikli qişanın relyefi təbiidir. Perihepatik +perisplenik sahədə V~3100 ml miqdarda, sol yan kanalda V-1200 ml. sağ yan kanal V~440 ml miqdarda sərbəst mave izlənilir. TA USM: bütünlüklə kiçik çanaq boşluğunu əhatə edən V-700 ml miqdarda sərbəst maye və - 62x62 mm ölçülü solid və kistik hissələrdən ibarət septalara malik solid fibroz depenerasiya sahəsi izlənir. Peritonarxası hər iki qalça nahivvələrində kəskin metiorizm və Assit fonunda müavinə mümkün olmamışdır. Hər iki boyun-körpücüküstü nahiyələrin müayinəsi zamanı pataloji limfa düyünləri izlənilmir. Sağ qasıqda max. 16x7 mm, sol qasıqda max. 18x5 mm ölçülü reaktiv limfa düyünləri izlənilir. Böyük piylik diffuz hipertrofikdir və kanseromatoz hesabına heterogendir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza Və X38" X74 məhkəmənin sorğusuna 3-28-28/2-357/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, mərhum - 1965-ci il təvəllüdlü X16 meyiti Nərimanov Rayon Prokurorunun köməkçisi Rafiq Şıxaəliyevin təliqə və qərarı əsasında xx.xx.2023-cü il tarixdə “MTE və PAB” phş-nin Nərimanov rayon şöbəsində məhkəmə-tibb eksperti Mövsüm Məmmədov tərəfindən məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilmiş və xx.xx.2024-cü il tarixdə buna dair 148 saylı “Ekspert rəyi” tərtib olunub, aidiyyəti üzrə Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir. Bununla yanaşı olaraq X2 ölümünün səbəbinə dair xx.xx.2023-cü il tarixdə **********12 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə” də tərtib olunub, Birliyin Nərimanov rayon şöbəsi tərəfindən Ədliyyə Nazirliyinin Nərimanov Ədliyyə Qeydiyyat Şöbəsinə göndərilmişdir. Sorğunuz əsasında X2 meyitinin məhkəmə-tibbi ekspertiza müayinəsinə dair 148 saylı “Ekspert rəyi”nin və onun ölümünün səbəbinə dair **********12 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”nin kserosurətləri məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş: Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ölüm haqqında tibbi şəhadətnamə”dən görünür ki, X40 xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhərində mədənin dəqiqləşdirilməmiş lokalizasiyalı bədxassəli yenitörəməsi səbəbindən evdə vəfat etmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza Və X38" X56 148 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1965-ci il təvəllüdlü, X16 meyitinin məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara, əlavə laborator müayinələrə, ilk məlumata əsaslanaraq və verilən suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. X3 meyitinin məhkəmə tibbi-ekspertizası zamanı bədən səthində xəsarətin obyektiv əlamətləri aşkar edilmədi. 2. X2 ölümünə səbəb mədənin bəd xassəli şişi (xərçəng) xəstəliyi nəticəsində orqanizmin ümumi intoksikasiyası olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 14-16 saat əvvələ uyğun gəlir, bu da meyit əlamətləri ilə öz təsdiqini tapır. 3. Məhkəmə-kimya tədqiqatı nəticəsində X16 meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-238/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən, şikayət təmin olunaraq, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X36 tərəfindən qəbul edilmiş 17 yanvar 2024-cü il tarixli 798-C23 nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarım ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır. Beyləqan rayon Qeydiyyat şöbəsi məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, xx.xx.1993-cü ildə Beyləqan rayon Dünyamallar kəndində doğulmuş Cavabdeh3 doğum haqqında şəhadətnaməsinin verilməsi üçün əsas olmuş sənədlər Beyləqan rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. 1159.2-ci mmaddəsinə əsasən, ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı ikinci növbəli vərəsələr hesab olunurlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1177-ci maddəsinə əsasən, vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. 1179-cu maddəsinə əsasən, Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən, Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1-ci maddəsinə əsasən, Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1186-cı maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1229-cu maddəsinə əsasən, vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. 1230-cu maddəsinə əsasən, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1321.1-ci maddəsinə əsasən Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322-ci maddəsinə əsasən, Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun: 47-ci maddısinə əsasən, Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur. 57-ci maddəsinə əsasən, Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik X31 verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 60-ci maddəsinə əsasən, Notarius X30 X31 verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, miras qoyan X40 xx.xx.2023-ci il tarixdə tarixdə vəfat etmişdir. İddiaçılar X2 bacı və qardaşlarıdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin reyestrində 2V-1249 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli vəsiyyətnaməyə əsasən, X40 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh3 vəsiyyət etmişdir. Daha sonra 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən Cavabdeh3 xx.xx.2024-cü il tarixdə X30 X31 verilmişdir. Vəsiyyətnaməyə əsasən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X26 verilmiş **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.1 kv/m olan fərdi yaşayış evinin (1/2 hissədən qalan hissə)-nin mərhuma məxsus hissəsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X74 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********75-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1138, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 163,10 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0186 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədən 1 hissədə Cavabdeh3 adına xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. İş üzrə iddiaçılar həmin əmlakın digər paylı mülkiyyətçiləridir. Daha sonra Cavabdeh3 Hidayət qızı X35, X41, X19, X20, X28, İddiaçı3, Ağayev ayev Eldar Nüsrət oğluna, X29, İddiaçı1, İddiaçı6, İddiaçı7, X42, X43, X8, X15 xx.xx.2025-ci il tarixli bildiriş ünvanlayaraq ki, onun həmin mənzildən istifadə etməsinin mümkün olmadığını, ona görə də öz payını satmaq qərarına gəldiyini, onlar tərəfindən satın alınma ilə bağlı 45 gün ərzində müsbət cavab gəlməzsə, məhkəmə qaydasında evin satılıb, payına düşən ödənişin ona verilməsi ilə bağlı iddia qaldıracağını bildirmişdir. Hazırda iddiaçılar vəsiyyətnamənin və X30 X31nin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğvi, vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçılar vəsiyyətnamənin saxtalığını və ya qeyri-qanuniliyini iddia etsələr də, bu hal iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, mülki qanunvericiliyə görə, vəsiyyətnamə notarial qaydada təsdiq edilməlidir. 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4051/2025 nömrəli qərardadıda əsasən 1821 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla xx.xx.2022-ci il tarixli 2V-1249 reyestr nömrəli vəsiyyətnaməyə dair notariat sənədlərinin surəti və notariat kitabı məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş Notariat hərəkətlərinin qeyd edilməsi üçün 2V reyestri kitabında qeyd edilmiş 1249 nömrəli xx.xx.2022-ci il tarixli notariat hərəkətindən görünür ki, X16 vəsiyyətnamənin təsdiqi ilə bağlı notariat hərəkəti aparılmış, notariat hərəkətinin aparılması barədə qeyddə X40 öz ad, soyad və ata adını qeyd edərək imzalamışdır. 2V/1249 nömrəli notariat işində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin reyestrində 2V-1249 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, X40 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh3 vəsiyyət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu ona izah edilmişdir. Məhəmə iclasında cavabdeh 3 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, tərəfə nəyisə məcbur etmək, təsir göstərmək mümkün deyil. Belə ki, notariat ofisi kamera müşahidəsi altındadır. İddiaçıların mərhum bacıları özü notariat ofisinə gələrək vəsiyyətnaməni özü yazıb və imzalayıb. Qardaş və bacılar 2-ci dərəcə vərəsələrdirlər. Notariat hərəkətləri ilə bağlı video görüntülər 15-45 gün müddətində saxlanılır. Tərəfin fəaliyyət qabiliyyəti və iradə ifadəsi yoxlanılıb. Şəxs əl ilə vəsiyyətnaməni yaza bilirsə, şahidin iştirakı tələb olunmur, yaza bilmədiyi halda kompyuter vasitəsilə yazılır və 2 nəfər şahid iştirak edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir, vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Vəsiyyətnaməni vəsiyyət edən tərtib edərək, imzalamalı, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləməlidir. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir, yəni vəsiyyətnaməni vəsiyyət edən özü yazdıqda şahid iştirakı məcburi deyil. Bundan başqa Bakı şəhəri Yasamal rayon Məhkkəməsi tərəfindən X21 ünvanlanmış 1659/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsində elektron Məhkəmə tətbiq olunduğu dövrdən (2013-cü ildən) hazırkı dövrə kimi İddiaçı1 X16 fəaliyyət qabiliyyətli olmayan və ya məhdud fəaliyyət qabilliyyətli olmayan şəxs hesab edilməsinə dair Yasamal Rayon Məhkəməsinin icraatına heç bir ərizə daxil olmamışdır. Bu arayış təsdiq edir ki, mərhumun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmə aktı olmamışdır. Məhkəmə qeyd edir ki, mərhumun onkoloji xəstəliyinin olması, onun hüquqi baxımdan iradə ifadə etməsinə mane olan bir amil deyil. İddiaçılar iddia edir ki, mərhumun ata-anasının vəfat etməsi və övladının, rəsmi nikahının olmaması, ona dair miras əmlak kütləsinin İİ dərəcəli vərəsələrə çatmağına xidmət edir. Bununla bağlı qeyd olunmalıdır ki, mülki qanunvericilik vərəsəlik növbəliliyində vəsiyyətnaməyə üstünlük verir. İddiaçılar X2 bacı-qardaşları olaraq onun qanun üzrə 2-ci növbə vərəsələrdir. Lakin vəsiyyətnamə olduqda qanun üzrə vərəsəlik deyil, vəsiyyət üzrə vərəsəlik əsas götürülür. Bu zaman Mülki Məcəlləyə görə, yalnız uşaqlar, valideynlər və arvad (ər) vəsiyyətnamədən asılı olmayaraq məcburi pay tələb edə bilər. Göründüyü kimi, qanunvericilikdə bacı-qardaşların məcburi pay hüququ nəzərdə tutulmamışdır, buna görə də Elmira Ağayevanın özünə məxsus olan bütün əmlakını kənar şəxsə vəsiyyət etməkdə tam sərbəst olmuşdur. İddiaçılar cavabdehin özünü "Mirzaur" kimi təqdim etməsini, tərəflər arasında rəsmi nikah olmamasını mərhumun aldadılması halı hesab etsələr də, nəzərə alınmalıdır ki, vəsiyyətnamə tərtib edilərkən notarius şəxsin şəxsiyyət vəsiqəsini yoxlayır. Vəsiyyətnamədə vərəsə kimi Mirzaur deyil, rəsmi olaraq Cavabdeh3 qeyd olunub. İddiaçılar tərəfindən təqdim edilmiş fotoşəkillərdən və video-görüntülərdən də görünür ki, Elmira Ağayeva və Cavabdeh3 xx.xx.2019-cu il tarixdə toy mərasimi keçirərək evlənmişlər. Bundan başqa iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 166 nömrəli Sərəncamına əsasən, xx.xx.1965-ci il təvəllüdlü X26 mülkiyyətlərinə hüququ olmadan Cavabdeh3 patron (köməkçi) təyin edilmişdir. Qeyd olunan sübutlar onlar arasında könüllülüyə əsaslanan, yaxın (sevgi) münasibətin olduğunu və mərhum Elmira Ağayevanın vəsiyyət etdiyi şəxsin rəsmi kimliyindən xəbərdar olduğunu sübut edir. İş üzrə tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan və iş materiallarında olan fotoşəkillər, audio-video yazılardan da görünür ki, mərhum X68 Kərimova ilə xx.xx.2019-cu ildə nikah münasibətlərinə daxil olmuş, uzun müddət (Elmira Ağayeva vəfat edənədək) bir yerdə yaşamışlar. Belə olan halda, məhrumun cavadehin şəxsiyyəti barədə məlumatsız olması ağlabatan deyil. Vəsiyyətnamənin tərtib olunma tarixindən də görünür ki, o, cavabdehlə faktiki birlikdə yaşamağa başladığı müddətdən xeyli sonra, mərhumun vəfatından 1 il qabaq tərtib edilmişdir. Belə olan halda cavabdehin mərhumu aldatması istisna olunur. Həmçinin məhkəmə hesab edir ki, mərhum Elmira Ağayeva vəsiyyətnaməni bağlayarkən öz hərəkətlərinin mənasını başa düşmüş, vəsiyyətnamə qanunun tələb etdiyi formada tərtib edilmişdir. X30 qaydasında iddiaçılar, mərhumun ikinci dərəcəli vərəsələri olduğundan bu əmlak üzərində məcburi pay hüquqları yoxdur. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 cavabdehlər Cavabdeh3, 3 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisi, Cavabdeh2nə qarşı "vəsiyyətnamənin və X30 X31nin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğvi, vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 cavabdehlər Cavabdeh3, 3 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisi, Cavabdeh2nə qarşı "vəsiyyətnamənin və X30 X31nin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğvi, vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-4051/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4051/2025
19.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver