Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-406/2022 14.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri 40 saylı Notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Bakı şəhəri 40 saylı Notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsini satmaq məqsədilə, Cavabdeh ilə həmin torpaq sahəsinin dəyərini 350000 manat məbləğində razılaşmış və onlar arasında 25 may 2021-ci il tarixində Bakı şəhəri 40 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri 40 saylı notariat ofisində 25 may 2021-ci il tarixində alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh 100000 manat məbləğində pul ödəmişdir. Lakin bu torpaq sahəsinin real qiyməti deyildir. Cavabdeh bu günədək torpaq sahəsinin dəyərinin ödənilməmiş qalan hissəsini 250000 manat məbləğində pulu ödəməmişdir. Cavabdeh tərəfindən əmlakın dəyərinin qalan hissəsi ödənilmədiyi üçün alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qərarına gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı biznes ilə məşğul olmuş və ABŞ dolları devalvasiya olanda maddi çətinlikləri yaranmışdır. İddiaçının və oğlunun bəzi şəxslərə borcu yaranmışdır. Müqavilədə adı keçməyən Elçin adlı şəxs kriminal aləmin bəzi nümayəndələri ilə birlikdə iddiaçını və oğlunu söhbətə çağırmışlar. İddiaçının borcları qarşılığında obyekti qiymətini 250000 manata razılaşaraq ona verməyi, bunun qarşılığında iddiaçının borclu olduğu 10 nəfər şəxsdən borcları olmaması barədə imza alacağını söz vermiş, hansı ki, üç nəfərdən Allahverdinin borcu almaması barədə imza almışdır. İddiaçıdan etibarnamə alaraq obyekti başqa şəxsə satmışdırlar. Halbuki, onlar arasında obyektin başqa şəxsə satılması nəzərdə tutulmamışdır. Razılaşdırılmış 250000 manatdan iddiaçıya heç bir vəsait ödənilməmişdir. İddiaçının torpaq sahəsini satmaq niyyəti olmamış, müqaviləni hədə-qorxunnun təsiri altında bağlamışdır. Cavabdeh müqaviləni bağladığına baxmayaraq formal şəxsdir, əsas şəxs Elçin adlı şəxsdir. İddiaçının Cavabdeh ilə bağladıqları formal müqavilədən başqa heç bir tanışlığı yoxdur. Elçin adlı şəxslə bağlı Nizami RPİ-nin 23-cü Polis bölməsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə araşdırılma aparılmış, lakin bir nəticəsi olmamışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh razılığa gələrək Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh ilkin olaraq 100000 manat, sonra isə yerdə qalan 100000 manat pulu notariusun depozit hesabına köçürməklə iddiaçıya ödəmişdir. Hesab edir ki, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur və iddia tələbi rədd edilməlidir. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 40 saylı Notariat kontoru ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bakı şəhəri şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynova həmçinin ərizədə qeyd etmişdir ki, İddiaçı və Cavabdeh Eİman qızı arasında 25.05.202i-ci il tarixdə, 3M-1 88 nömrə ilə reyestrdə qeydə alınmış Abşeron rayonu, Xırdalan şəhəri. H.Olivcv prospektində yerləşən 0.014 ha torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qanunverciliyin bütün tələblərinə əməl edilmişdir. Belə ki, notarius həmin müqaviləni rəsmiləşərkən icarə hüququ yüklü edilən Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin həmin torpaq sahəsinin icarə hüququnun Cavabdeh adına satılmasına etirazının olmadığı barədə 25.05.2021ci il tarixli 450 nömrəli icazəsini İddiaçı həmin torpaq sahəsinin icarə hüququnu alqı-satqı müqaviləsi əsasında əldə eldiyi üçün nikah şəhadətnaməsini və arvadı X4 torpağın icarə hüququnun satılması barədə razılıq ərizəsini rəsmiləşdirmişdir. Həmin güb yəni 25.05.2021-ci il tarixdə müqavilə rəsmiləşərkən tərəflər özləri iştirak etmişlər və ilkin alqı-satqı müqaviləsinə əsasən tərəflər icarədə olan torpaq sahəsinin satış qiymətini 200000 manat məbləğində müəyyən elmişlər və razılığa gəlmişlər. Həmin məbləğin 100000 manatı müqavilə bağlanılması anında notariusun bankda aldığı depozit hesabı vasitəsilə ödənilmişdir. Yerdə qalan 100000 manatın isə alıcı tərəfindən 3 gün ərzində ödənilməsi barədə tərəflər razılığa gəldilər. Həmin müqavilə rəsmiləşən gün Cəfərov X3 E min Süleyman oğluna həmin torpaq sahəsinin icarə hüququnun satılması barədə 1 av müddətinə etibarnamə vermişdir. Həmin müqavilə rəsmiləşərkən alıcı və satıcının mehriban davranışının şahidi olmuşdur.. Hətta İddiaçı bildirmişdir ki, nə üçün bu torpağı baha satırsınız. Doğrudanmı real salış qiymətidir?. O bildirmişdir ki, Azərbaycan Dövlət Pedaqoji universitetinin müəllimidir. Bu alqı-satqı müqaviləsi reallıqdır O qanunları və hüquqlarını yaxşı bilir. Bu alqı-satqı müqaviləsində onlar qanunvericiliyə zidd hərəkət etmirlər. O, əmlakı 200000 manata satır. Aygün xanım da həmin qiymətə alır və etibarnaməli nümayəndəsi həmin torpaq sahəsinə görə Forma 1 arayışı alıb, onun iştirakı olmadan alqı-satqı müqaviləsini rəsmiləşdirəcəkdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 26.05.2021-ci il tarixli 498 nömrəli həmin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış aldıqdan sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi Axundov firnin Süleyman oğlu ilə Cavabdeh Eman qızı arasında həmin torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Müqavilənin rəsmiləşdirilməsindən bir həftə sonra X5 ona yaxınlaşaraq bildirmişdir ki, onu aldadıblar. Ssatdığı yerin tam pulunu verməyiblər. Ondan xahiş etmişdir ki,. müqaviləni ləğv etsin. O, bildirmişdir ki, müqavilə bir tərəfli əqd olmadığı üçün tərəflərin iradə ifadəsi olmaqla hər ikisinin iştirakı ilə ləğv oluna bilər. Amma onun verdiyi etibarnaməni ərizəsi əsasında ləğv edə bilər. Eyni zamanda bildirmişdir ki, ərizə versin digər notariat hərəkəti olarsa onu da Notariat haqqında qanunun 34-cü maddəsinə əsasən 10 (on) gün müddətinə dayandırsın və 10 (on) gün müddətinə məhkəmədən notariat hərəkətinin davandırılması barədə ərizənin daxil olması barədə məlumat gələrsə ondan notariat hərəkətinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılır, Lakin, Allahverdi müəllim nə ona, nə də ki məhkəməyə ərizə ilə müraciət etməmişdir. Hətta etibarnaməni belə ləğv etməmiş, notariat ofisini tərk etmiş və ərizə verməkdən imtina etmişdir.nO, Elçin, Abbas və Şahin adlı şəxsləri tanımır. Bu insanlarla heç bir iş əlaqəsi və şəxsi tanışlığı yoxdur. Tərəfindən müqavilələr rəsmiləşərkən qanunvercilivin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusunu yol verilməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri 40 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.05.2021-ci il tarixli 3M-188 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən tərəflər Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə icarə hüququnun alqı-satqısına dair müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götümüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən göstərilən icarədə olan topaq sahəsinin satış qiyməti 200000 manat müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən 100000 manat həmin müqavilənin bağlanması anında notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilir. Qalan 100000 manat isə alıcı tərəfindən 3 gün müddətində ödənilməsi barədə tərəflər razılığa gəlir. Müqavilənin 2.3-cü tərəflər bəndinə əsasən tərəflər 3 gün müddətində əsas müqavilənin bağlanması barədə razılığa gəlirlər. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ikinci tərəf 100000 manatı ödədikdən sonra tərəflər Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsini bağlamağı öhdəsinə götürür. Tərəflər müqaviləni şəxsən özləri notariusun iştirakı ilə imzalamışlar, onların fotoşəkillər kamera vasitəsilə müqavilədə öz əksini tapmışdır. Tərəflərin şəxsiyyətləri notarius tərəfindən müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti yoxlanılmışdır. İş materiallarında olan X6 tərəfindən verilmiş 25.05.2021-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, X6 birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin və üzərindəki tiklinin satılmasına etiraz etməmişdir. Bakı şəhəri şəhəri 40 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli 3M-195 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin icarə hüququnun 29.10.2106-cı ilədək satılması barədə razılığa gəlmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər müqavilə ilə razılaşdırılmış topaq sahəsinin satış qiyməti 200000 manatın 100000 manatını Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 25.05.2021-ci il tarixdə əsmiləşdirilmiş 3M-188 reyestr nömrəli ilkin müqaviləyə əsasən satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Qalan 100000 manatı isə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. İş materiallarında olan 25 may 2021-ci il və 26 may 2021-ci il tarixli mədaxil orderlərinə əsasən, Cavabdeh tərəfindən 25 may 2021-ci il tarixdə 100000 manat və 26 may 2021-ci il tarixdə 100000 manat olmaqla 200000 manat pul notariusun depozit hesabına ödənilmişdir. Bakı şəhəri şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynova Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş 03 dekabr 2021-ci il tarixli, x-1-1002 saylı məktubunda göstərmişdir ki, 25.05.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 25.05.2021-ci il tarixli, 3M-188 nömrə reyestrdə qeyd olunmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0.014 ha torpaq sahəsinin icarə hüququnun satılması üçün 200000 manat manata razılığa gələrək həmin məbləğin 100000 manat ödəyərək tərəflər “İlkin alqı-satqı müqaviləsi” bağlamışlar. İddiaçı tərəfindən verilmiş 7E-3167 reyestr nömrəli 26.05.2021-ci il tarixli etibarnamə əsasında X7 həmin torpaq sahəsinin üzərində yüklülük olmadığı barədə arayış alaraq notariat müraciət etmiş, etibarnamə əsasında çıxış edərək ödənilməmiş qalan 100000 manat X10 tərəfindən ödənildikdən sonra 26.05.2021-ci il tarixdə 3M-195 nömrəli reyestrlə qeyd olunmaqla “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi”ni rəsmiləşdirmişlər. Həmçinin Cavabdeh qızma İddiaçı tərəfindən satılmış torpaq sahəsi sonradan 23.06.2021-ci il tarixdə 3M- 241 nömrəli reyestrlə qeyd olunmuş “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi”nə əsasən X1. Həmin müqavilələr notarius tərəfindən Qanunvericiliyin tələblərinə uyğun rəsmiləşmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən müqaviləyə bilavasitə İddiaçı və Cavabdeh imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri (eləcə də satılan əmlakın qiyməti ilə bağlı şərt) qarşılıqlı razılıqları ilə müəyənləşdirilmişdir. Həmçinin, tərəflər həmin müqavilədə nəzərdə tutulan müddətdə və şərtlərlə əsas müqaviləni bağlamışdırlar. Müqavilə üzrə razılaşdırılmış məbləğ cavabdeh tərəfindən iddiaçıya notariusun depozit hesabı vasitəsilə ödənilmişdir. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. Alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili iddiaçının müqaviləni bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (Bakı şəhəri 40 saylı Notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-406/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-406/2022
14.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver