Məhkəmə qərarları › İş №2(004)-4064/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4064/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4064/2020 17.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Əli oğlunun iştirakı ilə, İddiaçı ”xxxxxxxxxxx” X1 Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ”xxxxxxxxxxx” X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Künc divan Anhel üçün 1002 manat ödənilməmiş hissə, 264 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung markalı Soyuducu və LED TV üçün 2861 manat ödənilməmiş hissə, 492 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung Paltaryuyan üçün 470 manat ödənilməmiş hissə, 145 manat dəbbə, ümumilikdə 5234 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5264 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X2 ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Künc divan Anhel, Samsung markalı Soyuducu və LED TV, Samsung Paltaryuyan almış və nəticədə 5234 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə onun alqı-satqı qiyməti 1512 manat (24 ay x 63 manat + 0 manat ilkin ödəniş) Künc divan Anhel üçün ümumilikdə, 1266 manat olmaqla ondan, 1002 manat ödənilməmiş hissə, 264 manat dəbbə; cavabdeh xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə onun alqı-satqı qiyməti 4316 manat (12 ay x 328 manat + 380 manat ilkin ödəniş) Samsung markalı Soyuducu və LED TV üçün ümumilikdə 3353 manat olmaqla ondan, 2861 manat ödənilməmiş hissə, 492 manat dəbbə; cavabdeh xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə onun alqı-satqı qiyməti 1200 (min iki yüz) manat (18 ay x 44 manat + 408 manat ilkin ödəniş) Samsung Paltaryuyan üçün ümumilikdə, 615 (altı yüz on beş) manat olmaqla ondan, 470 (dörd yüz yetmiş) manat ödənilməmiş hissə, 145 (yüz qırx beş) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2695 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Nümayəndə Əli oğluiddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə aylıq 63 manat ödəmək şərti ilə ümumi məbləği 1512 manatolan Künc divanı Anhel, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə aylıq 328 manat ödəmək şərti ilə ümumi məbləği 4316 manatolan Samsung markalı Soyuducu və LED TV, Samsung Paltaryuyan, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə aylıq 44 manat ödəmək şərti ilə ümumi məbləği 1200 manatolan Samsung Paltaryuyanı verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1002 manat ödənilməmiş hissə, 264 manat cərimə pulu, cəmi 1266 manat borcu, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2861 manat məbləğində ödənilməmiş hissə, 492 manat cərimə borcu, cəmi 3353 manat borcu, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 470 manat məbləğində ödənilməmiş hissə, 145 manat cərimə borcu, cəmi 615 manat borcu vardır.Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1002 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2861 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 470 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 4403 manat borc alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2020-ci il tarixli maliyyə arayışına görə xx.xx.2018-c9 il tarixli müqaviləyə əsasən cərimə pulunun 264 manat məbləğində deyil, 20 manat məbləğində, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 492 manat məbləğində deyil, 40 manat məbləğində, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 145 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. İddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. AzərbaycanRespublikasıMPM-in 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki ProsessualMəcəlləsinin77.1-cimaddəsinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AzərbaycanRespublikasıMülki ProsessualMəcəlləsinin 218.3cümaddəsinəəsasənhakimişdəiştirakedənşəxslərinverdiyitələblərüzrəqətnaməçıxarır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1002 (bir min iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2861 (iki min səkkiz yüz altmış bir) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 470 (dörd yüz yetmiş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 4403 (dörd min dörd yüz üç) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı olan ”xxxxxxxxxxx” X1 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar