Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4078/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Ağdaş rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Ağdaş rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkə aid texniki pasportun X8 Həşimova X1 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən mülkə aid texniki pasportun X10 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ev mərhum X5na məxsusdur. X4 21 mart 1939-cu ildə anadan olmuşdur. Bu barədə Ağdaş rayon ZAQS bürosu tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Anası 20 may 1960-cı ildə X22 ilə ailə quraraq Həşimova soyadınını qəbul etmişdir. Bu barədə 20 may 1960-cı ildə Ağdaş rayonu Ləki qəsəbə soveti tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamədə X19 yazılmışdır. Bu nikahdan xx xxxxxx 1961-ci ildə mən X15 anadan olmuşdur. Bu barədə 8 fevral 1961-ci ildə Ağdaş rayonu Ləki qəsəbə soveti tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin ana qrafasında X20 qeyd edilmişdir. 28 yanvar 1965-ci ildə bacısı X16 anadan olmuşdur. 29 yanvar 1965-ci ildə Ağdaş rayonu Ləki qəsəbə soveti tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamədə ana qrafasında X20 qeyd edilmişdir. X6 31 yanvar 1968-ci ildə vəfat etmişdir. Bu barədə Ağdaş rayon Ləki qəsəbə İcra nümayəndəliyi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. X5 24 fevral 2016-cı ildə vəfat etmişdir. Bu barədə 10 yanvar 2017-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum X5na 18 oktyabr 2003-cü ildə Ağdaş rayon Polis idarəsi tərəfindən AZE 01199552 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Mərhum anasından qalmış Ağdaş rayon, Ləki qəsəbəsi N.Nərimanov küçəsi 3-4 saylı evə mirası qəbul etmək üçün Ağdaş şəhər notariat kontoruna müraciət etmişdir. Təqdim olunmuş sənədlərdə anasının ata adında uyğunsuzluq olduğundan mirasın açılmasından imtina edilmişdir. Mərhum X5nın ata adında mövcud olan uygunsuzluga görə ondan miras qalmış əmlak üzərində sərəncam vermək üçün vərəsələrə çətinlik yaradır. Başqa üsül və vasitə ilə həmin səhvi aradan qaldıra bilmirlər. X2 X20 təqdim olunan sənədlərdə göstərilən ata adı ilə uygun gəlmir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-ИE 113861 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X18 21 mart 1939-cu ildə anadan olmuşdur. X3 oğlu, anası isə X11r. İş materiallarında olan İ-ИE 166921 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X22 və X19 20 may 1960-cı ildə evlənmişlər. Evlənmə qeyd ediləndən sonra kişiyə “Həşimov”, qadına “Həşimova” soyadı verilmişdir. İş materiallarında olan İİ-ИE 026882 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi 8 fevral 1961-ci ildə anadan olmuşdur. X7, anası isə X12r. İş materiallarında olan AZ-İ 991932 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X23 xx.xx.1968-сi ildə Ağdaş rayonun Ləki qəsəbəsində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1968-ci ildə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 21 mart 1939-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 843086 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X21 xx.xx.2016-сı ildə Ağdaş rayonun Ləki qəsəbəsində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında 1988-ci ildə verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mülk X13 məxsusdur. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1939-cu il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri X43 N.Nərimanov küçəsi 3/4 ünvanı qeyd olunmuş mərhumə X9 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1.qızı: X17, 2. qızı: X16. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatı və təqdim edilmiş rəsmi sənədlərlə ünvan 5 ünvanda yerləşən mülkə aid texniki pasportun X10 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və sənədin X13 məxsus olmasını başqa qaydada əldə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 5 ünvanda yerləşən mülkə aid texniki pasportun X10 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4078/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4078/2022
22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver