Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4083/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 972 manat əsas borc, 145 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 846 manat əsas borc, 98 manat dəbbə borcu olmaqla, ümumilikdə 2061 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 2061 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu ödəməmişdir. Cavabdeh ümumilikdə ödəniş etməmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01019267 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən Samsung LED TV və Panasonic ev telefonu Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli nömrəli ödəniş cədvəlinə əsasən, ilkin ödəniş də daxil olmaqla müqavilənin ümumi dəyəri 972 manat təşkil edir və aylıq 54 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01047873 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kod **********13713 Samsung Galaxy A50 markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, ilkin ödəniş də daxil olmaqla müqavilənin ümumi dəyəri 846 manat təşkil edir və aylıq 47 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdehnın xx.xx.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 972 manat ödənilməmiş hissə, 145 manat cərimə borcu olmaqla, ümumilikdə 1117 manat, xx.xx.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 846 manat ödənilməmiş hissə, 98 manat cərimə borcu olmaqla, ümumilikdə 944 manat, olmaqla cəmi 2061 manat məbləğində borcu vardır. AzərbaycanRespublikasıMülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 50 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 45 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 972 manat əsas borc, 50 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 846 manat əsas borc, 45 manat dəbbə borcu olmaqla, ümumilikdə 1913 (bir min doqquz yüz on üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4083/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4083/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver